Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4922/2025 12.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı MMC sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə Tefal markalı fritoz üçün 288,77 manat ödənilməmiş məbləğ, 28,88 manat cərimə və xx.xx.2025-ci il tarixli müqavilə üzrə İphone 16 Pro Max markalı telefon üçün 4163,54 manat ödənilməmiş məbləğ, 416,35 manat cərimə və İnnovativ Layihələr Mərkəzi rüsumu 23,6 manat olmaqla, cəmi 4921,14 manat borcun və 69,22 manat dövlət rüsumunun alınaraq xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan alqı-satqı qiyməti 327 manat olan Tefal markalı fritoz alaraq müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyi üçün 288,77 manat ödənilməmiş məbləğ, 28,88 manat cərimə, xx.xx.2025-ci il tarixdə bağlanmış müqavilə əsasında alqı-satqı qiyməti 4172,04 manat olan İphone 16 Pro Max markalı telefon alaraq müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyi üçün 4163,54 manat ödənilməmiş məbləğ, 416,35 manat cərimə və İnnovativ Layihələr mərkəzi rüsumu 23,6 manat olmaqla, cəmi 4921,14 manat borcu yaranmışdır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Ərizəyə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 391463 nömrəli müqavilədən və müqavilənin tərkib hissəsi olan əlavədən görünür ki, cavabdeh İddiaçı MMC-dən 299,9 manat dəyərində Tefal markalı fritozq 12 ay müddətinə ödəmək şərti ilə almışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, həmin müqavilə üzrə 38,23 manat ödəniş olunmuşdur. xx.xx.2025-ci il tarixli, 391463 nömrəli müqavilədən və müqavilənin tərkib hissəsi olan əlavədən görünür ki, cavabdeh İddiaçı MMC-dən 3599,99 manat dəyərində İphone 16 Pro Max markalı telefonu 18 ay müddətinə ödəmək şərti ilə almışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, həmin müqavilə üzrə 8,5 manat ödəniş olunmuşdur. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlində cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə 288,77 manat ödənilməmiş məbləğ, 28,88 manat cərimə borcu, xx.xx.2025ci il tarixli müqavilə üzrə 4163,54 manat ödənilməmiş məbləğ, 416,35 manat cərimə borcu olduğu və 23,6 manat İnnovativ Layihələr Mərkəzinə rüsum ödənildiyi qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qayda da elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdırüçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. MM-in 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İşin müəyyən olunmuş hallarından göorünür ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, 391463 nömrəli və xx.xx.2025-ci il tarixli, 391463 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmış, xx.xx.2024-cü il tarixli, 391463 nömrəli müqavilənin tərkib hissəsi olan əlavəyə əsasən 299,9 manat dəyərində Tefal markalı fritoz, xx.xx.2025-ci il tarixli, 391463 nömrəli müqavilənin tərkib hissəsi olan əlavəyə əsasən 3599,99 manat dəyərində İphone 16 Pro Max markalı telefon iddiaçı tərəfindən cavabdehə satılmışdır. xx.xx.2024-cü il tarixli, 391463 nömrəli müqavilədə satılan malın qiyməti 299,9 manat, xx.xx.2025-ci il tarixli, 391463 nömrəli müqavilədə satılan malın qiyməti 3599,99 manat olduğu halda iddiaçı xx.xx.2024-cü il tarixli, 391463 nömrəli müqavilə üzrə alqı satqı qiymətinin 327 manat, xx.xx.2025-ci il tarixli, 391463 nömrəli müqavilə üzrə 4172 manat olduğunu iddia edərək cavabdehdən həmin qiymətlərə görə malın dəyərini tələb etmişdir. İddiaçı cavabdehə satılan malların alqı-satqı müqaviləsində göstərilən qiymətlərdən artıq tələb etməsini iddia ərizəsində əsaslandırmamış və bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının cavabdehə satdığı malın alqı-satqı müqaviləsində göstərilən qiymətdən artıq pul tələb etməsinin nə müqavilə əsası nə də ki, qanuni əsası olmamışdır. MM-in 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-in 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşıyır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilələr bağlanmış, həmin müqavilələr ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, xx.xx.2025-ci il tarixli müqavilə üzrə tələb olunan 416,35 manat cərimə məbləği azaldılaraq 41,6 manat həddində müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 261,76 manat ödənilməmiş məbləğ, 28,88 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 3591,49 manat ödənilməmiş məbləğ, 41,6 manat cərimə və 23,6 manat xərc olmaqla, cəmi 3947,33 manat pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 59,47 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 261,76 manat ödənilməmiş məbləğ, 28,88 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 3591,49 manat ödənilməmiş məbləğ, 41,6 manat cərimə və 23,6 manat xərc olmaqla, cəmi 3947,33 (üç min doqquz yüz qırx yeddi manat 33 qəpik) manat pul, 59,47 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-4922/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4922/2025
12.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver