Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4971/2025 25.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ODUNCU - MALDİV YATAQ DESTİ, MATRAS üçün 879.51 (səkkiz yüz yetmiş doqquz manat, 51 qəpik) manat ödənilməmiş hissə, 87.95 (səksən yeddi manat 95 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 4 ədəd ZƏMANƏT + 2 İL xidməti, 4 ədəd PANEL RADİATORU WARMHAUS üçün 482.8 (dörd yüz səksən iki manat 80 qəpik) manat ödənilməmiş hissə, 48.28 (qırx səkkiz manat 28 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, HİSENSE TV üçün 427.61 (dörd yüz iyirmi yeddi manat, 61 qəpik) manat ödənilməmiş hissə, 42.8 (qırx iki manat, 80 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********99666 XİAOMİ REDMİ 14C üçün 363 (üç yüz altmış üç) manat ödənilməmiş hissə, 36.3 (otuz altı manat, 30 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, DESMAL QURUDUCUSU AYEN üçün 71.74 (yetmiş bir manat 74 qəpik) manat ödənilməmiş hissə, 7.17 (yeddi manat, 17 qəpik) manat cərimə olmaqla ümumilikdə 2447.13 manat borc və 44.48 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərindəki müqavilələrə əsasən ODUNCU - MALDİV YATAQ DESTİ, MATRAS, 4 ədəd ZƏMANƏT + 2 İL xidməti, 4 ədəd PANEL RADİATORU WARMHAUS, HİSENSE TV, İmei kod **********99666 XİAOMİ REDMİ 14C, DESMAL QURUDUCUSU AYEN almış və nəticədə 2447.13 (iki min dörd yüz qırx yeddi manat, 13 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 920.88 (doqquz yüz iyirmi manat, 88 qəpik) manat (24 ay x 38.37 manat + 0 manat ilkin ödəniş) olan ODUNCU - MALDİV YATAQ DESTİ, MATRAS üçün 967.46 (doqquz yüz altmış yeddi manat, 46 qəpik) manat olmaqla ondan, 879.51 (səkkiz yüz yetmiş doqquz manat, 51 qəpik) manat ödənilməmiş hissə, 87.95 (səksən yedd imanat 95 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 511.2 (beş yüz on bir manat 20 qəpik) manat (18 ay x 28.4 manat + 0 manat ilkin ödəniş) olan 4 ədəd ZƏMANƏT + 2 İL xidməti, 4 ədəd PANEL RADİATORU WARMHAUS üçün 531.08 (beş yüz otuz bi r manat, 8 qəpik) manat olmaqla ondan 482.8 (dörd yüz səksən iki manat 80 qəpik) manat ödənilməmiş hissə, 48.28 (qırx səkkiz manat 28 qəpik) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 472.8 (dörd yüz yetmiş iki manat, 80 qəpik) manat (24 ay x 18.7 manat + 24 manat ilkin ödəniş) olan HİSENSE TV üçün 470.4 (dörd yüz yetmiş manat, 40 qəpik) manat olmaqla ondan 427.61 (dörd yüz iyirmi yeddi manat, 61 qəpik) manat ödənilməmiş hissə, 42.8 (qırx iki manat, 80 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 378 (üç yüz yetmiş səkkiz) manat (18 ay x 21 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********99666 XİAOMİ REDMİ 14Cüçün 399.3 (üç yüz doxsan doqquz manat, 30 qəpik) manat olmaqla ondan 363. (üç yüz altmış üç) manat ödənilməmiş hissə, 36.3 (otuz altı manat, 30 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 75.96 (yetmiş beş manat 96 qəpik) manat (18 ay x 4.22 manat + 0 manat ilkin ödəniş) olan DESMAL QURUDUCUSU AYEN üçün 78.91 (yetmiş səkkiz manat 91 qəpik) manat olmaqla ondan 71.74 (yetmiş bir manat. 74 qəpik) manat ödənilməmiş hissə, 7.17 (yeddi manat, 17 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 134.18 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrdən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 920,88 manat olan ODUNCU - MALDİV YATAQ DESTİ, MATRAS, dəyəri 511,2 manat olan 4 ədəd ZƏMANƏT + 2 İL xidməti, 4 ədəd PANEL RADİATORU WARMHAUS, dəyəri 472,8 manat olan HİSENSE TV, dəyəri 378 manat olan İmei kod **********99666 XİAOMİ REDMİ 14C, dəyəri 75,96 manat olan DESMAL QURUDUCUSU AYEN dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1 faizi miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar ODUNCU - MALDİV YATAQ DESTİ, MATRAS üçün hər ay 38,37 manat, 4 ədəd ZƏMANƏT + 2 İL xidməti, 4 ədəd PANEL RADİATORU WARMHAUS üçün hər ay 28,4 manat, HİSENSE TV üçün hər ay 18,7 manat, İmei kod **********99666 XİAOMİ REDMİ 14C üçün hər ay 21 manat və DESMAL QURUDUCUSU AYEN üçün hər ay 4,22 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. 30 iyul 2025-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən ODUNCU - MALDİV YATAQ DESTİ, MATRAS üçün 24 ay müddətinə ödəmək şərti ilə dəyəri 920,88 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc 879,51 manat borcunu ödəmədiyindən, həmin məbləğə 87,95 manat cərimə hesablanmış; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən 4 ədəd ZƏMANƏT + 2 İL xidməti, 4 ədəd PANEL RADİATORU WARMHAUS üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 511,2 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 482,8 manat borcunu ödəmədiyindən, həmin məbləğə 48,28 manat cərimə hesablanmış; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən HİSENSE TV üçün 24 ay müddətinə ödəmək şərti ilə dəyəri 472,8 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 427,61 manat borcunu ödəmədiyindən, həmin məbləğə 42,8 manat cərimə hesablanmış, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kod **********99666 XİAOMİ REDMİ 14C üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 378 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 363 manat borcunu ödəmədiyindən, həmin məbləğə 36,30 manat cərimə hesablanmış; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən DESMAL QURUDUCUSU AYEN üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 75,96 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 71,74 manat borcunu ödəmədiyindən, həmin məbləğə 7,17 manat cərimə hesablanmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə cərimə (dəbbə) pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 5 müqavilə üzrə 222.47 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 9 (doqquz) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, "xxxx" MMC-nin xeyrinə Cavabdeh ODUNCU - MALDİV YATAQ DESTİ, MATRAS üçün 879,51 (səkkiz yüz yetmiş doqquz manat əlli bir qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə, 4 ədəd ZƏMANƏT + 2 İL xidməti, 4 ədəd PANEL RADİATORU WARMHAUS üçün 482,8 (dörd yüz səksən iki manat səksən qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə, HİSENSE TV üçün 427,61 (dörd yüz iyirmi yeddi manat altmış bir qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə, İmei kod **********99666 XİAOMİ REDMİ 14C üçün 363 (üç yüz altmış üç) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə, DESMAL QURUDUCUSU AYEN üçün 71,74 (yetmiş bir manat yetmiş dörd qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə borcu olmaqla, ümumilikdə 2233,66 (iki min iki yüz otuz üç manat altmış altı qəpik) manat borc pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 44,48 manat dövlət rüsumunun 42,33 manatı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" MMC-nin xeyrinə Cavabdeh ODUNCU - MALDİV YATAQ DESTİ, MATRAS üçün 879,51 (səkkiz yüz yetmiş doqquz manat əlli bir qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə, 4 ədəd ZƏMANƏT + 2 İL xidməti, 4 ədəd PANEL RADİATORU WARMHAUS üçün 482,8 (dörd yüz səksən iki manat səksən qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə, HİSENSE TV üçün 427,61 (dörd yüz iyirmi yeddi manat altmış bir qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə, İmei kod **********99666 XİAOMİ REDMİ 14C üçün 363 (üç yüz altmış üç) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə, DESMAL QURUDUCUSU AYEN üçün 71,74 (yetmiş bir manat yetmiş dörd qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə borcu olmaqla, ümumilikdə 2233,66 (iki min iki yüz otuz üç manat altmış altı qəpik) manat borc və məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumunun 42.33 (qırx iki manat otuz üç qəpik) manatı tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-4971/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4971/2025
25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver