Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5055/2023 29.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12704,97 (on iki min yeddi yüz dörd manat doxsan yeddi qəpik) manat məbləğində sığorta ödənişinin, 128,12 (bir yüz iyirmi səkkiz manat on iki qəpik) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının, cəmi 12833,49 (on iki min səkkiz yüz otuz üç manat qırx doqquz qəpik) manat məbləğində pulun tutulub iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh özünə məxsus olan “Chrysler” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" ASC-də (bundan sonra ASC) “avtokasko” risklərindən sığortalanmış "xxxx" markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində "xxxx" markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləği 17777 (on yeddi min yeddi yüz yetmiş yeddi) manat məbləğində qiymətləndirilmiş, zərər məbləğindən 100 (bir yüz) manat azadolma məbləği çıxılmaqla 17677 (on yeddi min altı yüz yetmiş yeddi) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin məbləğin 4972,03 (dörd min doqquz yüz yetmiş iki manat üç qəpik) manat məbləğində olan hissəsi cavabdehin üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalanmış "xxxx" ASC tərəfindən ödənilmişdir. xx.xx.2023-cü il tarixli, ********** saylı sığorta şəhadətnaməsinin və 01 saylı cədvəlin surətindən müəyyən olunur ki, "xxxx" markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən sığorta olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş AR DİN Bakı şəhər DYPİ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışına və AR DİN Bakı şəhər DYPİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh etmə haqqında qərara əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, AR İXM-nin 327.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş İSB.az saytından çıxarışdan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi törədilən tarixdə “Chrysler” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-C- 23/0763 saylı məktubdan görünür ki, iddiaçı cavabdehə müraciət edərək zərərin qiymətləndirmə prosesində iştirak etməsini təklif etmiş və həmin məktub SS842859675AZ seriya nömrəli poçt qəbzinə əsasən cavabdehə çatdırılmışdır. İddia ərizəsinə əlavə edilmiş zərərin hesablanması aktından görünür ki, "xxxx" markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 17777 (on yeddi min yeddi yüz yetmiş yeddi) manat məbləğində ziyan dəymişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından və xx.xx.2023-cü il tarixli sığorta aktından müəyyən olunur ki, dəymiş zərərə görə 100 (bir yüz) manat azadolma məbləği çıxılmaqla 17677 (on yeddi min altı yüz yetmiş yeddi) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin ödəniş sənədindən müəyyən olunur ki, "xxxx" markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 4972,03 (dörd min doqquz yüz yetmiş iki manat üç qəpik) manat məbləğində sığorta ödənişi zərərvuranın sığortaçısı "xxxx" ASC tərəfindən ASC-yə ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 17677 (on yeddi min altı yüz yetmiş yeddi) manat məbləğində sığorta ödənişinin qalıq 12704,97 (on iki min yeddi yüz dörd manat doxsan yeddi qəpik) manat məbləğində olan hissəsinin 5 gün müddətində ödənilməsi cavabdehdən tələb edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayara, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə məktub göndərərək, iş yüklərinin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini, ona görə də 04 avqust 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının və sonrakı məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanmaqla işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə tərəfindən bildiriş cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilmiş və həmin orqan tərəfindən məhkəmə bildirişinin üzərində müvafiq qeydlər olunmaqla bildirişin kötüyü məhkəməyə qaytarılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh 18 mart 2023-cü il tarixində saat 00:05-də “Chrysler” minik markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi nəticəsində Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədildiyinə görə 60 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. 29 mart 2023-cü il tarixli zərərin hesablanması aktından görünür ki, zərər dəymiş əmlak olan "xxxx" markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 17777 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ X8 İdarəsinin 7039 nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, 18 mart 2023cü il tarixdə saat 00:05 dəqiqədə Azadlıq prospekti ilə N.B.Yusifbəyli küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh məxsus olan “Chrysler” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə "xxxx" MMC-nin mülkiyyətində olan və hadisə zamanı X3 tərəfindən idarə edilən "xxxx" markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin BS-S-23/1240 nömrəli, 24 may 2023-cü il tarixli geriyə tələb (subroqasiya) məktubunda Cavabdeh bildirilmişdir ki, 17677 (on yeddi min altı yüz yetmiş yeddi) manat məbləğində sığorta ödənişinin 4972,03 (dörd min doqquz yüz yetmiş iki manat üç qəpik) manat məbləğində olan hissəsi mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ASC-yə ödənildiyi üçün ASC qalıq 12704,97 (on iki min yeddi yüz dörd manat doxsan yeddi qəpik) manat məbləğində sığorta ödənişinin məbləğini ondan tələb etmək hüququna malikdir. Odur ki, 5 gün müddətində göstərilən məbləği "xxxx" ASC-yə ödəməsi xahiş edilmiş, ödənilməzsə, ASC tərəfindən haqqında məhkəməyə 12704,97 (on iki min yeddi yüz dörd manat doxsan yeddi qəpik) manat məbləğində sığorta ödənişinin ödənilməsi tələbi ilə müraciət olunacağı və iddia təmin olunacağı təqdirdə, bu məbləğlə yanaşı, məhkəmə icraatının başlanmasına sərf olunan dövlət rüsumunun və digər məsrəflərin də ödənilməsi öhdəliyinin onun üzərinə düşəcəyi bildirilmişdir. ********** saylı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Avtomobillərin tam sığortası üzrə sığorta şəhadətnaməsi” və 01 saylı cədvəldən görünür ki, BOKT "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər avtonəqliyyat hadisəsi, heyvanların hərəkəti, yanğın və partlayış, təbii fəlakət, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq ilə bağlı sığorta risklərindən sığorta təminatı verilmişdir. "xxxx" markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığorta olunmuşdur. xx.xx.2023-cü il tarixli, İT0011150 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 hesabına 17677 manat sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixli, 235 nömrəli "xxxx" BOKT tərəfindən X2 verilmiş etibarnamədən görünür ki, BOKT "xxxx" MMC-yə məxsus olan "xxxx" minik markalı, tip: sedan, ban: 4T1C11AK5LU999952, buraxılış ili: 2020, tünd-boz metallik rəngli, AZ **-AK- *** saylı dövlət qeydiyyat nişanlı avtomobil X2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə qədər idarə edilməsinə etibar edilmişdir. Bu etibarnamə üzrə səlahiyyətlər digər şəxslərə verilə bilməz. AE seriyalı, 129146 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh avtomobili idarə etmək hüququ vardır. BB705750 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X1 avtomobili idarə etmək hüququ vardır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, "xxxx" minik markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. İcbari Sığorta Müqavilələrinin Mövcudluğunun Yoxlanılması barədə məlumatdan görünür ki, “Chrysler” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmışdır. "xxxx" ASC-nin ödəniş sənədindən görünür ki, "xxxx" markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 4972,03 (dörd min doqquz yüz yetmiş iki manat üç qəpik) manat məbləğində sığorta ödənişi zərərvuranın sığortaçısı "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. xx.xx.2023-cü il tarixli "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sığorta aktından görünür ki, ********** saylı “Avtomobillərin tam sığortası üzrə sığorta şəhadətnaməsi”nə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər sığortalı BOKT "xxxx" MMC, sığorta predmeti "xxxx" markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə tərəflərindən 100 (bir yüz) manat azadolma məbləği çıxılmaqla 17677 (on yeddi min altı yüz yetmiş yeddi) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixində, 00:05 dəqiqələrində Cavabdeh ona məxsus olan “Chrysler” minik markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman Azadlıq prospekti ilə N.B.Yusifbəyli küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış "xxxx" markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər vurmuşdur. Yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədildiyinə görə 60 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. 29 mart 2023-cü il tarixli zərərin hesablanması aktına əsasən zərər dəymiş əmlak olan "xxxx" markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 17777 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, İT0011150 nömrəli ödəniş tapşırığı və xx.xx.2023-cü il tarixli "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sığorta aktına əsasən "xxxx" markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 100 (bir yüz) manat azadolma məbləği çıxılmaqla "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 17677 (on yeddi min altı yüz yetmiş yeddi) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İcbari Sığorta Müqavilələrinin Mövcudluğunun Yoxlanılması barədə məlumata əsasən “Chrysler” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmışdır. "xxxx" ASC-nin ödəniş sənədindən görünür ki, "xxxx" markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 4972,03 (dörd min doqquz yüz yetmiş iki manat üç qəpik) manat məbləğində sığorta ödənişi zərərvuranın sığortaçısı "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin BS-S-23/1240 nömrəli, 24 may 2023-cü il tarixli geriyə tələb (subroqasiya) məktubunda Cavabdeh ASC tərəfindən haqqında məhkəməyə 12704,97 (on iki min yeddi yüz dörd manat doxsan yeddi qəpik) manat məbləğində sığorta ödənişinin ödənilməsi tələbi ilə müraciət olunacağı və iddia təmin olunacağı təqdirdə, bu məbləğlə yanaşı, məhkəmə icraatının başlanmasına sərf olunan dövlət rüsumunun və digər məsrəflərin də ödənilməsi öhdəliyinin onun üzərinə düşəcəyi bildirilmişdir. Hal-hazırda iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia qaldırmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə məktub göndərərək, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etmədiyindən onun iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ödədiyi sığorta ödənişinin əvəzini subroqasiya qaydasında tələb etməkdə haqlıdır. Belə ki, iş materiallarından da göründüyü kimi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 100 (bir yüz) manat azadolma məbləği çıxılmaqla 17677 (on yeddi min altı yüz yetmiş yeddi) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. "xxxx" ASC-nin ödəniş sənədindən görünür ki, "xxxx" markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 4972,03 (dörd min doqquz yüz yetmiş iki manat üç qəpik) manat məbləğində sığorta ödənişi zərərvuranın sığortaçısı "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh sığorta ödənişinin qalıq 12704,97 (on iki min yeddi yüz dörd manat doxsan yeddi qəpik) manat hissəsinin ödənilməsi tələb edilsə də, bu tələbi cavabsız qalmışdır. Odur ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 936.1-ci maddəsinə əsasən, Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1.3-cü maddəsinə əsasən 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. 63.1-ci maddəsinə görə qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumu 18 aprel 2022-ci il tarixli qərarında qeyd etmişdir ki, Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Bu qaydadan bəzi istisnalar mövcuddur: - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır; - dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa, onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır; - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən normaları təhlil edərək belə qənaətə gəlmişdir ki, müraciətdə qaldırılan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin kim tərəfindən qarşılanmalı olması məsələsinin həlli üçün, ilk növbədə, əmək münasibətlərinin mövcud olub-olmaması aydınlaşdırılmalıdır. Belə ki, əmək və ya mülki hüquqi müqavilələr üzrə əmək (xidməti) vəzifələrinin icrası ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə uyğun olaraq mülki hüquq məsuliyyəti daşıyır. Digər hallarda, yüksək təhlükə mənbəyi olaraq nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi məsələsi Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq həll edilir. Göstərilənlərə əsasən məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 12704,97 (on iki min yeddi yüz dörd manat doxsan yeddi qəpik) manat məbləğində sığorta ödənişinin əvəzi tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçının xahişi nəzərə alınmaqla, iddiaçı tərəfindən ödənilmiş 0,40 (qırx qəpik) manat xidmət haqqı və 128,12 (bir yüz iyirmi səkkiz manat on iki qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 12704,97 (on iki min yeddi yüz dörd manat doxsan yeddi qəpik) manat sığorta ödənişinin əvəzi, 128,12 (bir yüz iyirmi səkkiz manat on iki qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı olmaqla, cəmi 12833,49 (on iki min səkkiz yüz otuz üç manat qırx doqquz qəpik) manat pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-5055/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5055/2023
29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver