Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5069/2025 26.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X39 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2, etibarnamə üzrə nümayəndəsi və vəkili və eyni zamanda digər Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras mülkə dair payının müəyyən olunması və sənədləşmə üçün mülkün müayinəsinə cavabdehlər tərəfindən şəraitin yaradılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, rəhmətlik X3ndan miras qalmış ünvan 1 ünvanda yerləşən mülkə dair miras payının müəyyən edilməsi və mülkün sənədləşməsi üçün müayinəyə cavabdehlər tərəfindən şəraitin yaradılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X3ndan ünvan 2 ünvanda yerləşən mülk miras qalmışdır. Mülkün 4/5 hissəsi paylı mülkiyyət hüququ ilə atasının, 1/5 hissəsi isə əmisi X9 adlarına qeyd edilmişdir. X3 13 iyul 2002-ci ildə rəhmətə getmiş, anası X25 isə 23 oktyabr 2007-ci ildə rəhmətə getmişdir. Ailədə 4 uşaq olmuşlar, qardaşı Vidadi 2010-cu ildə, bacısı Mirvari isə 2022-ci ildə dünyasını dəyişmişdirlər. Atası rəhmətə gedəndən sonra bu mirası qəbul etmişdir. Belə ki, atası öləndən sonra da həmin evdə qeydiyyatda olmaqla yaşamış, miras əmlakı idarə etmişdir. Lakin cavabdehlər mübahisə yaratdıqları üçün mülkə dair payını müəyyən etdirə bilməmiş, onlar sənədləşməyə hər vəchlə maneə yaratmış, mülkün müayinəsinə imkan verməmiş, gələn əməkdaşları qovmuş, payların müəyyən olunmasını və yeni sənədin verilməsini istəməmişdirlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi bildirmişdir ki, mübahisə olduğuna görə ərizəni icra edə bilmirlər. Notariat orqanı da mübahisə olduğunu qeyd edərək, vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, mərhum atasından miras qalmış əmlakın 4/5 hissəsinə dair onun və cavabdehlərin bərabər hissədə payları müəyyən olunmaqla, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili Nümayəndə digər vərəsələrin miras əmlakı qəbul etmədiklərini və heç bir tələblərinin olmadığını göstərərək, iddiaçı və cavabdehlərin bərabər hissədə paylarının müəyyən olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 sözügedən ünvanda yaşamaqla mirası qəbul etdiyini və miras əmlaka dair bərabər hissədə paylarının müəyyən olunmasına heç bir etirazının olmadığını göstərdi. Məhkəmə iclasında Cavabdeh2, eləcə də digər Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 miras əmlaka dair iddiaçı və cavabdehlərin hər birinin bərabər hissədə paylarının müəyyən olunmasına heç bir etirazının olmadığını göstərdi. Məhkəmə tərəfindən işə cəlb olunmuş digər vərəsə mərhum X6 vərəsəsi (əri) X7 məhkəməyə ərizə verərək, mərhum həyat yoldaşı Quliyeva (İbrahimova) Mirvari Sabir qızının X3ndan miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakı qəbul etmədiyini, hazırda həyat yoldaşının vərəsələri olaraq onun, həmçinin övladları X1 və X2 həmin miras mülkə dair heç bir iddia və tələblərinin olmadığını göstərmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-7547/2025 nömrəli məktubun surətindən görünür ki, Kirovabad şəhəri, Gəncəvi küçəsi, 1-ci döngə, ev 16 ünvanında yerləşən fərdi yaşayış evi Kommunal Təsərrüfatı Nazirliyinin xx.xx.1978-ci il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu X10 adına qeyd edilmişdir. X10 adından X14 adına keçməsi barəsində heç bir hüquq müəyyənedici sənəd olmadan Kirovabad şəhəri, Bayan küçəsi, 1-ci dölmə, ev 38 ünvanında yerləşən fərdi yaşayış evi Kommunal Təsərrüfatı Nazirliyinin xx.xx.1962-ci il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu X14 adına qeyd edilmişdir. Kirovabad şəhər 1 saylı notariat kontorunun xx.xx.1987-ci il tarixli, 3-2-269 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən fərdi yaşayış evi X14 vərəsələri X15 (4/5 hissə) və X16 (1/5 hissə) paylı şəkildə bölünmüşdür. Kirovabad şəhəri, Gəncəvi küçəsi, 1-ci döngə, ev 16 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.1987-ci il tarixli texniki pasport paylı formada X10 (4/5 hissə) və X9 (1/5 hissə) adlarınadır. Azərbaycan Sovet Sosialist Respublikası İcraiyyə Komitəsinin Rayon (Şəhər) X20 Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli, 2585 nömrəli qeydiyyat vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Kirovabad şəhəri, Gəncəvi küçəsi, 1-ci döngə, 16 nömrəli ev 4/5 hissədə X10, 1/5 hissədə X9 adına rəsmi reyestrdə qeydə alınmışdır. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 05/09İS/023256-25 nömrəli arayışın surətindən görünür ki, X10 ailə tərkibi arvadı X25 (xx.xx.1939-xx.xx.2007-ci ildə vəfat edib), oğlu Cavabdeh1 (xx.xx.1961), oğlu X26 (xx.xx.1963-xx.xx.2010-cu ildə vəfat edib), qızı X11 (xx.xx.1965-xx.xx.2022-ci ildə vəfat edib) və oğlu İddiaçı (xx.xx.1968) ibarətdir. İ-İE 162001 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X21 ilə X12 nikahları xx.xx.1958-ci ildə Kirovabad şəhər Bağmanlar kənd sovetində 63 nömrə ilə qeydə alınmışdır. V-JQ 342189 nömrəli, AZ 369417 nömrəli, AZ ******* nömrəli doğum haqqında şəhadətnamələrin notariat qaydada təsdiq olunmuş surətlərindən və AZ 662250 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1961-ci ildə anadan olmuş Cavabdeh1, xx.xx.1963-cü ildə anadan olmuş X17, xx.xx.1965-ci ildə anadan olmuş X6 və xx.xx.1968-ci ildə anadan olmuş X18 ata qrafalarında X21, ana qrafalarında X4 qeyd olunmuşdur. AZ 053268 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X21 xx.xx.2002-ci ildə ölmüşdür. AZ-İ 429398 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X26 xx.xx.2010-cu ildə ölmüşdür. AZ-İ 255427 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X25 xx.xx.2007-ci ildə ölmüşdür. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-16- 2406/2025 nömrəli arayışın surətindən görünür ki, X17 ailə tərkibi X3 (xx.xx.1931xx.xx.2002-ci ildə vəfat edib), anası X25 (xx.xx.1939-xx.xx.2007-ci ildə vəfat edib), arvadı Cavabdeh2 (xx.xx.1960), uşağı X19 (xx.xx.1990) və uşağı X13 (xx.xx.1988) ibarətdir. İİİ-JQ 464468 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X26 ilə X8 nikahları xx.xx.1986-cı ildə Azərbaycan SSR Vartaşen rayonu Vardanlı kənd sovetində 22 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra ərə Quliyev, arvada Quliyeva soyadı verilmişdir. Vİ-JQ 324324 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X6 nikahları xx.xx.1993-cü ildə Samux rayonu İH Qarayeri qəsəbəsi İcra Nümayəndəliyində 26 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra ərə İbrahimov, arvada İbrahimova soyadı verilmişdir. xx.xx.2024-cü il tarixli telekommunikasiya xismətlərindən istifadə haqqında müqavilənin surətindən görünür ki, Gəncəvi küçəsi, 1-ci döngə, ev 16 ünvanında abunəçi qismində İddiaçı kimi qeyd olunmuşdur. 40646 nömrəli, 2014-cü il tarixli qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, ünvan 3 ünvanında istehlakçı qismində İddiaçı kimi qeyd olunmuşdur. ünvan 4at ofisinin notariusu Elnur Məhərrəmov tərəfindən qəbul edilmiş notariat hərəkətlərinin aparılmasından imtinaya dair xx.xx.2025-ci il tarixli imtina qərarının surətindən görünür ki, mərhum X10 vərəsələri arasında pay bölgüsü ilə bağlı mübahisə olduğu üçün İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, Gəncə şəhəri, Gəncəvi küçəsi, 1-ci döngə ünvanında yerləşən 16 nömrəli fərdi yaşayış evinin 4/5 hissəsi X5 miras qalmışdır. X21 xx.xx.2002-ci ildə vəfat etmiş və miras açılandan sonra mirasqoyanın vərəsələri oğlu İddiaçı, oğlu Cavabdeh1 və oğlu mərhum X17 vərəsəsi (arvadı) Cavabdeh2 miras əmlakı faktiki olaraq qəbul edərək, idarə etmişdir. Miras əmlakın qeyd edilən vərəsələr tərəfindən qəbul edilməsini tərəflər özləri də mübahisələndirməmişlər. Mirasqoyanın digər vərəsəsi qızı mərhum Quliyeva (İbrahimova) Mirvari Sabir qızının vərəsəsi (əri) X7 məhkəməyə ərizə verərək, miras əmlakı qəbul etmədiyini, hazırda isə həyat yoldaşının vərəsələri olaraq onun, həmçinin övladları X1 və X2 həmin miras mülkə dair heç bir iddia və tələblərinin olmadığını göstərmişdir. Məhkəmə iclasında tərəflər mərhum X5 miras qalmış əmlakın 4/5 hissəsinə dair hər birinin bərabər hissədə paylarının müəyyən edilməsinə heç bir etirazlarının olmadığını göstərmişdir. Məhkəmə tərəflərin və onların nümayəndələrinin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verib hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci məaddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. MM-in 1243.1-1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçir. Məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülkü hüquqda mirasın “qəbul etmə sistemi deyilir”. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsində isə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin X5 miras qalmış 4/5 hissədə payının 4/15 hissəsində İddiaçı, 4/15 hissəsində Cavabdeh1, 4/15 hissəsində Cavabdeh2 payları müəyyən edilməlidir. Mülkün sənədləşməsi üçün müayinəyə cavabdehlər tərəfindən şəraitin yaradılması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, mülkün sənədləşməsi üçün cavabdehlər tərəfindən müayinənin aparılmasına maneçilik törədilməsi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bununla yanaşı tərəflərin hər birinin payı olmaqla mülkün sənədləşməsi də özlərinin marağına uyğundur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin X5 miras qalmış 4/5 hissədə payının 4/15 hissəsində İddiaçı, 4/15 hissəsində Cavabdeh1, 4/15 hissəsində isə Cavabdeh2 payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-5069/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5069/2025
26.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver