Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5237/2023 11.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı MMC, xx.xx.2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 261,28 manat ödənilməmiş əsas, 26,72 manat cərimə; xx.xx.2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 136,5 manat ödənilməmiş əsas, 13,5 manat cərimə; xx.xx.2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 560,1 manat ödənilməmiş əsas, 56,9 manat cərimə olmaqla, ümumilikdə 1055 manat pulun və ödənilmiş 30,55 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında xx.xx.2021-ci il tarixdə İmei kodu **********54634 olan Realme C21 markalı telefonun və yaddaş kartının nisyə alğı-satqısı barədə ******* nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyaların ümumi dəyəri 447,96 manat, ödəniş müddəti 12 ay olmaqla, aylıq ödəniş 37,33 manat müəyyən edilmişdir. Əşyalar cavabdehə xx.xx.2021-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2022-ci il tarixdə TV Box adlı əşyanın nisyə alğısatqısı barədə ******* nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 182,04 manat, ödəniş müddəti 12 ay olmaqla, aylıq ödəniş 15,17 manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2022-ci il tarixdə İmei kodu **********85006 olan Xiaomi Redmi 10 markalı telefonun nisyə alğı-satqısı barədə ******* nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 821,94 manat, ilkin ödəniş 74,22 manat, ödəniş müddəti 12 ay olmaqla, aylıq ödəniş 62,31 manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir. Hər üç müqavilə üzrə cavabeh tərəfindən ödənişlər qismən aparılmışdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtləri cavabdeh tərəfindən pozulmuş, ümumilikdə xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 186,68 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə 45,54 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə 261,84 manat ödəniş edilmişdir. Ona görə də cavabdehin iddiaçıdan aldığı xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə dəyəri 447,96 manat (12 ay x 37,33 manat + 0 manat ilkin ödəniş) olan əşyaya görə 261,28 manat əsas, 26,72 manat dəbbə (güzəştlə) pulu borcu, xx.xx.2022-ci il tarixli ******* nömrəli üzrə dəyəri 182,04 manat (12 ay x 15,17 + 0 manat ilkin ödəniş) olan telefona görə 136,5 manat əsas, 13,5 manat dəbbə (güzəştlə) pulu borcu, xx.xx.2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə dəyəri 821,94 manat (12 ay x 62,31 manat + 74,22 manat ilkin ödəniş) olan telefona görə 560,1 manat əsas, 56,9 manat dəbbə (güzəştlə) pulu borcu yaranmışdır. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq reyestrdən çıxarış işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iddiaçının verdiyi maliyyə və ödəniş cədvəlinə görə cavabdehin xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə borca görə ödədiyi pul məbləği 186,68 manat, qalıq borcu – 261,28 manat əsas və 26,72 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 288 manat; xx.xx.2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə borca görə ödədiyi pul məbləği 45,54 manat, qalıq borcu – 136,5 manat əsas və 13,5 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 150 manat; xx.xx.2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə borca görə ödədiyi pul məbləği 261,84 manat, qalıq borcu – 560,1 manat əsas və 56,9 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 617 manat təşkil edir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə sözügedən müqavilələr üzrə borcunun olması barədə xəbərdarlıq edilmiş, ondan borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəllərində nəzərdə tutulmuşdur ki, ödəniş cədvəlləri üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%dək həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601.2). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2). Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alğı-satqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə təhvil verilmiş, həmin müqavilələr ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Cavabdehin iddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilələr üzrə yaranmış borcu və hesablanmış cərimə məbləğini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 261,28 manat əsas, 26,72 manat cərimə; xx.xx.2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə 136,5 manat əsas, 13,5 manat cərimə; xx.xx.2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə 560,1 manat əsas, 56,9 manat cərimə olmaqla, ümumilikdə 1055 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30,55 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli ******* nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 261,28 manat əsas, 26,72 manat cərimə, xx.xx.2022-ci il tarixli ******* nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 136,5 manat əsas, 13,5 manat cərimə, xx.xx.2022-ci il tarixli ******* nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 560,1 manat əsas, 56,9 manat cərimə olmaqla, ümumilikdə 1055 (bir min əlli beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,55 (otuz manat əlli beş qəpik) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-5237/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5237/2023
11.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver