Məhkəmə qərarları › İş №e-2(125)-5335/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5335/2024

16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5335/2024 16.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2023-cü il tarixli, 03353969 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.052 manat 92 qəpik, cərimə qismində 854 manat 08 qəpik, xx.xx.2023-cü il tarixli, 03353991 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.608 manat 96 qəpik, cərimə qismində 458 manat 04 qəpik, cəmi 5.974 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 79 manat 74 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək bildirdi ki, cavabdehin "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli, 03353969 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 3.112 manat 92 qəpik olan «İphone 14 Pro» markalı mobil telefon üçün 3.052 manat 92 qəpik ödənilməmiş hissə, 854 manat 08 qəpik cərimə borcu vardır. Cavabdehin "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli, 03353991 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 1.668 manat 96 qəpik olan «İphone 11» markalı mobil telefon üçün 1.608 manat 96 qəpik ödənilməmiş hissə, 458 manat 04 qəpik cərimə borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 120 manat təşkil edir. Tərəflər arasında tərtib olunmuş müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, Cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf etdiyini, xx.xx.2023-cü il tarixli, 03353969 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.052 manat 92 qəpik və xx.xx.2023-cü il tarixli, 03353991 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.608 manat 96 qəpik məbləğində pul vəsaitinin ondan alınaraq iddiaçıya verilməsinə razı olduğunu, iddianı cərimə borcu hissəsində qəbul etmədiyini bildirdi, bundan başqa iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu qeyd etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli, 03353969 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən 12 ay ərzində hissə-hissə ödəmək şərtilə «İphone 14 Pro» markalı mobil telefonu 3.112 manat 92 qəpik məbləğinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən almışdır. Həmin əşya xx.xx.2023-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 03353991 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən 12 ay əzində hissə-hissə ödəmək şərtilə «İphone 11» markalı mobil telefonu 1.668 manat 96 qəpik məbləğinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən almışdır. Həmin əşya xx.xx.2023-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. Mülki işdə olan Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə borcu barədə xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh hazırda iddiaçıya olan borcu xx.xx.2023-cü il tarixli, 03353969 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 3.052 manat 92 qəpik, cərimə qismində 854 manat 08 qəpik, xx.xx.2023-cü il tarixli, 03353991 nömrəli müqavilə üzrə 1.608 manat 96 qəpik, cərimə qismində 458 manat 04 qəpik, cəmi 5.974 manat təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, borcu könüllü ödəməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, xx.xx.2023-cü il tarixli, 03353969 nömrəli müqavilə üzrə 854 manat 08 qəpik təşkil edən cərimə məbləğinin 20 manat məbləğinə qədər, xx.xx.2023-cü il tarixli, 03353991 nömrəli müqavilə üzrə 458 manat 04 qəpik təşkil edən cərimə məbləğinin 10 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, xx.xx.2023-cü il tarixli, 03353969 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.052 manat 92 qəpik, cərimə qismində 20 manat, xx.xx.2023-cü il tarixli, 03353991 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.608 manat 96 qəpik, cərimə qismində 10 manat, cəmi 4.691 manat 88 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 66 manat 92 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2023-cü il tarixli, 03353969 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.052 (üç min əlli iki) manat 92 (doxsan iki) qəpik, cərimə qismində 20 (iyirmi) manat, xx.xx.2023-cü il tarixli, 03353991 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.608 (bir min altı yüz səkkiz) manat 96 (doxsan altı) qəpik, cərimə qismində 10 (on) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 66 (altmış altı) manat 92 (doxsan iki) qəpik, cəmi 4.758 (dörd min yeddi yüz əlli səkkiz) manat 80 (səksən) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar