Məhkəmə qərarları › İş №e-2(125)-5346/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5346/2024

05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5346/2024 05.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 2086.2 manat ödənilməmiş hissə, 483 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 1393.92 manat ödənilməmiş hissə, 414 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 609.12 manat ödənilməmiş hissə, 180 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 406.6 manat ödənilməmiş hissə, 123.96 manat dəbbə və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 215.04 manat ödənilməmiş hissə, 48.16 manat dəbbə pulu olmaqla, cəmi 5960 manat borc və 79.60 manat ödənilməmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, Samsung soyuducu, Playstation 5, PS5 oyun pultu, İmei kod **********19480 Samsung Galaxy A33 markalı telefon, İmei kod **********69058 Samsung Galaxy A52 markalı telefon və Elektromobil almış və nəticədə 5960 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 2236.2 manat (18 ay x 115.9 manat + 150 manat ilkin ödəniş) olan Samsung soyuducu üçün ümumilikdə 2569.2 manat olmaqla ondan 2086.2 manat ödənilməmiş hissə, 483 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1672.92 manat (18 ay x 92.94 manat + 0 manat ilkin ödəniş) olan Playstation 5, PS5 oyun pultu üçün ümumilikdə 1807.92 manat olmaqla ondan 1393.92 manat ödənilməmiş hissə, 414 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 916.02 manat (18 ay 50.89 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********19480 Samsung Galaxy A33 markalı telefon üçün ümumilikdə 789 manat olmaqla ondan 609.12 manat ödənilməmiş hissə, 180 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1070.1 manat (18 ay 59.45 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********69058 Samsung Galaxy A52 markalı telefon üçün ümumilikdə 530.56 manat olmaqla ondan 406.6 manat ödənilməmiş hissə, 123.96 manat cərimə və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 585.04 manat (24 ay 20.21 manat + 100 manat ilkin ödəniş) olan Elektromobil üçün ümumilikdə 263.2 manat olmaqla ondan 215.04 manat ödənilməmiş hissə, 48.16 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1769.4 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş müqavilələrdən görünür ki, Cavabdeh "xxxx" MMCdən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2236.2 manat (18 ay x 115.9 manat + 150 manat ilkin ödəniş) Samsung soyuducu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1672.92 manat (18 ay 92.94 manat + 0 manat ilkin ödəniş) Playstation 5, PS5 oyun pultu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 916.02 manat (18 ay x 50.89 manat + 0 manat ilkin ödəniş) İmei kod **********19480 Samsung Galaxy A33 markalı telefon; 1xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1070.1 manat (18 ay x 59.45 manat + 0 manat ilkin ödəniş) İmei kod **********69058 Samsung Galaxy A52 markalı telefon və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 585.04 manat (24 ay x 20.21 manat + 100 manat ilkin ödəniş) Elektromobil satın və təhvil almış, həmin əşyaların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 2086.2 manat ödənilməmiş hissə, 483 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 1393.92 manat ödənilməmiş hissə, 414 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 609.12 manat ödənilməmiş hissə, 180 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 406.6 manat ödənilməmiş hissə, 123.96 manat dəbbə və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 215.04 manat ödənilməmiş hissə, 48.16 manat dəbbə pulu olmaqla, cəmi 5960 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq əşyaların nisyə alqı-satqısı barədə müqavilələr bağlanmışdır. İddiaçı olan satıcı müqavilələr üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan əşyaları alıcı olan cavabdehə təhvil vermiş, lakin sonuncu, müqavilələr öhdəliklərini lazimi qaydada icra etməmişdir. Nəticədə, iddiaçının təqdim etdiyi sübutlar əsas borcun yarandığı müqavilələr üzrə düzgün hesablandığını təsdiq edir, qarşı tərəf isə daha çox ödəniş edildiyinə, daha az borcun qalmasına dair hər hansı dəlillə əsas borca dair tələbi təkzib etməmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 2086.2 manat ödənilməmiş hissə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 1393.92 manat ödənilməmiş hissə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 609.12 manat ödənilməmiş hissə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 406.6 manat ödənilməmiş hissə və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 215.04 manat ödənilməmiş hissə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı müqavilələrə istinad edərək gecikdirilmiş ödənişlərə görə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 483 manat; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 414 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 180 manat; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 123.96 və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 48.16 cərimə tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz surətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və dəbbə pulunun xx.xx.2023-cü il tarixli müqavilə üzrə 13.8 manat; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 15.08 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 3.88 manat; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 3.4 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2.96 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 2086.2 manat ödənilməmiş hissə, 13.8 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 1393.92 manat ödənilməmiş hissə, 15.08 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 609.12 manat ödənilməmiş hissə, 3.88 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 406.6 manat ödənilməmiş hissə, 3.4 manat dəbbə və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 215.04 manat ödənilməmiş hissə, 2.96 manat dəbbə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, iddiaçnın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 67.5 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 2086.2 manat ödənilməmiş hissə, 13.8 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 1393.92 manat ödənilməmiş hissə, 15.08 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 609.12 manat ödənilməmiş hissə, 3.88 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 406.6 manat ödənilməmiş hissə, 3.4 manat dəbbə və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 215.04 manat ödənilməmiş hissə, 2.96 manat cərimə olmaqla, cəmi 4750 (dörd min yeddi yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 67 (altmış yeddi) manat 50 (əlli) qəpik pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar