Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5375/2024 19.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, bu qətnaməni qəbul etdi; İşin halları Mülki işin materiallarında olan, xx.xx.2022-ci il tarixli PAG********** saylı icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X4 məxsus “Honda Accord” markalı, ** DP *** qeydiyyat nişanlı avtomobilinin sığortalanması barədə "xxxx" ASC ilə X7 arasında xx.xx.2022-ci il tarixdə PAG********** saylı sığorta müqaviləsi bağlanmışdır. Mülki işin materiallarında olan, xx.xx.2022-ci il tarixli ƏN-Vİİİ № 620708 saylı etibarnamənin surətindən görünür ki, X2 tərəfindən X3 “VAZ 21074” markalı, ** BE *** qeydiyyat nişanlı avtomobilinə 1 il müddətinə etibarnamə verilmişdir. Mülki işin materiallarında olan, xx.xx.2024-cü il tarixli geriyə tələb (subroqasiya) məktubunun surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh zərərin aradan qaldırılması üçün ödənilmiş 5000 manat sögorta ödənişi məbləğinin 10 gün müddətində "xxxx" ASC-nə ödənilməsi xahiş olunmuşdur. Mülki işin materiallarında olan, xx.xx.2023-cü il tarixli A-PAG 0660/23 saylı Sığorta Aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə "xxxx" ASC şirkətində sığortalanmış X4 məxsus “Honda Accord” markalı, ** DP *** qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2023cü il tarixdə Abşeron rayonu, Bakı-Şamaxı yolu 13.8-ci km yolunda törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində “Geely Emgrand” markalı 10XY943 qeydiyyat nömrə nişanlı avtomobilinə dəymiş 4354,07 (dörd min üç yüz əlli dörd) manat 07 qəpik məbləğində sığorta ödənişi X1 ödənilmişdir. Mülki işin materiallarında olan, xx.xx.2023-cü il tarixli A-PAG 0671/23 saylı Sığorta Aktının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Bakı-Şamaxı yolu 13.8-ci km yolunda törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 dəymiş 645.93 manat məbləğində sığorta ödənişi X3 ödənilmişdir. Mülki işin materiallarında olan, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X3 645.93 manat sığorta ödənişi olmuşdur. Mülki işin materiallarında olan, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X1 4354,07 (dörd min üç yüz əlli dörd) manat 07 qəpik sığorta ödənişi olmuşdur. Mülki işin materiallarında olan, İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, həmin qərarla “Honda Accord” markalı, ** DP *** qeydiyyat nişanlı avtomaşını idarə edən Cavabdeh İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. İddia tələbi barədə məlumatlar. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat məbləğində sığorta ödənişi, 70 (yetmiş) manat dövlət rüsumu və 0.4 (qırx) manat xidmət haqqının, cəmi 5070,40 (beş min yetmiş) manat 40 qəpik pulun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə 14 iyun 2022-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Honda Accord” markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Bakı- Şamaxı yolu ərazisində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Geely Emgrand” markalı ** XY *** dövlət qeydiyyatlı nişanlı və “Vaz 21074” markalı ** BE *** dövlət qeydiyyatlı nişanlı avtomobillərə toqquşaraq onları zədələmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “Geely Emgrand” markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4354,07 (dörd min üç yüz əlli dörd) manat 07 qəpik və “Vaz 21074” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 645,93 (altı yüz qırx beş) manat 93 qəpik olmaqla, cəmiyyət tərəfindən ümumillikdə 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Honda Accord” markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktında, yol-nəqliyyat hadisəsi nəticəsində “Geely Emgrand” markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 5460 (beş min dörd yüz altmış) manat müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli yekun qiymətləndirmə aktında, yol-nəqliyyat hadisəsi nəticəsində “Vaz 21074” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 810 (səkkiz on) manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının “İcbari sığortalar haqqında” qanunun 58.3-cü maddəsinə əsasən Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrıayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Bu səbəbdən “Geely Emgrand” markalı ** XY *** dövlət qeydiyyatlı nişanlı avtomobilə 4354,07 (dörd min üç yüz əlli dörd manat 07 qəpik) manat, “Vaz 21074” markalı ** BE *** dövlət qeydiyyatlı nişanlı avtomobilə isə645,93 (altı yüz qırx beş manat 93 qəpik) manat sığorta ödənişi təşkil etmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 093/24 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Geely Emgrand” markalı ** XY *** dövlət qeydiyyatlı nişanlı və “Vaz 21074” markalı ** BE *** dövlət qeydiyyatlı nişanlı avtomobil vasitələrinə dəymiş zərərlə bağlı ödənilməli olan 5000 (beş min) manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2-ci maddəsinə (subroqasiya hüququ) əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin – sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. Bu tələb hüququ isə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun xüsusi normasına müvafiq olaraq əmələ gəlir. Belə ki, həmin qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Göründüyü kimi bu maddəyə əsasən Cavabdeh qarşı subroqasiya hüquqları yaranmışdır. Tərəflərin izahatları Məhkəmədə Cavabdeh iştirak etmiş, iddia ərizəsinə qismən etiraz edərək, izahatında göstərmişdir ki, həqiqətən də qeyd edilən hadisə onun iştirakı ilə baş vermiş və o hadisə yerindən getdiyinə görə İXM-nin 327-ci maddəsi ilə inzibatı məsuliyyətə cəlb edilmişdi. Buna baxmayaraq, həmin hadisə nəticəsində zərərçəkmişlərə iddia edilən məbləğlərdə ziyan dəyməmişdir. Ona görə də hesab edir ki, iddia əsassızdır. Sonda cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərə alaraq, işə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edərək işə baxmışdır. Tətbiq edilən hüquq Maddi hüquq normaları «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununu Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. 13.2. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. 13.3. Bu Qanunun məqsədləri üçün fərdi qəzadan icbari sığortada müvafiq sığorta müqaviləsində müəyyən edilmiş hallarda baş verən fərdi qəza nəticəsində sığorta olunanın sağlamlığına zərər dəyməsi sığorta hadisəsi sayılır. 13.4. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur Maddə 23.1.6 Sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüquqları vardır: Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: -25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Maddə 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Prosessual hüquq normaları, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin iş üzrə mövqeyi Məhkəmə Cavabdeh dinləyib və iş materiallarını araşdırıb, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə göstərir ki, iş materiallarında olan mötəbər sübutetmə vasitələri ilə işin faktiki halları kimi müəyyən edilir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən sığortalanmış “Honda Accord” markalı, ** DP *** qeydiyyat nişanlı avtomobili idarə edərkən Abşeron rayonu, Bakı-Şamaxı yolu 13.8-ci km yolunda törədilmiş yol-nəqliyyat hadisəsi törətmiş, “Geely Emgrand” markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobil və “Vaz 21074” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillərə toqquşaraq onları zədələmişdir. Bundan sonra hadisə yerindən yayınmışdır. Baş vermiş hadisə ilə bağlı Cavabdeh inzibati xəta törətməkdə təqsirli bilinmiş və inzibatı qaydada məsuliyyətə cəlb edilmişdir.“Geely Emgrand” markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4354,07 (dörd min üç yüz əlli dörd) manat 07 qəpik və “Vaz 21074” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 645,93 (altı yüz qırx beş) manat 93 qəpik olmaqla, cəmiyyət tərəfindən ümumillikdə 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda qeyd edilən normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən edilir ki, "xxxx" ASC tərəfindən irəli sürülən, cəmi 5000 manat məbləğində sığorta ödənişlərinin Cavabdeh subroqasiya qaydasında geri alınması barədə iddia tələbi qanuni əsaslıdır, ona görə də təmin olunmalıdır. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, hazırki iddianın qaldırılması üçün iddiaçı "xxxx" ASC tərəfindən 70 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsaslanan məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş dövlət rüsumunun ödənilmiş tələblərə mütənasib olan 70 manat hissəsinin əvəzi Cavabdeh alınıb "xxxx" ASC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 (yetmiş) manat məbləğində pul alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-5375/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5375/2024
19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver