Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5468/2024 19.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 5498.06 manat ödənilməmiş hissə, 1646.94 manat dəbbə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 170.91 manat ödənilməmiş hissə, 50.09 manat dəbbə pulu və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 144.4 manat ödənilməmiş hissə, 43.6 manat dəbbə pulu olmaqla, cəmi 7554 manat borc, 95.54 manat ödənilməmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu: **********40115 olan İphone 13 Pro Max markalı telefon, İMEİ kodu: **********88067 olan İphone 11 markalı telefon; X3 10 parca 4MM və Gastro mini soba almış və nəticədə 7554 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 6414.06 manat (18 ay x 343.67 manat + 228 manat ilkin ödəniş) olan İMEİ kodu: **********40115 olan İphone 13 Pro Max markalı telefon, İMEİ kodu: **********88067 olan İphone 11 markalı telefon üçün ümumilikdə 7145 manat olmaqla ondan 5498.06 manat ödənilməmiş hissə, 1646.94 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 342 manat (12 ay x 28.5 manat + 0 manat ilkin ödəniş) olan X3 10 parca 4MM üçün ümumilikdə 221 manat olmaqla ondan 170.91 manat ödənilməmiş hissə, 50.09 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 224.4 manat (12 ay 18.7 manat + 0 manat ilkin ödəniş) olan Gastro mini soba üçün ümumilikdə 188 manat olmaqla ondan 144.4 manat ödənilməmiş hissə, 43.6 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1167.09 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş müqavilələrdən görünür ki, Cavabdeh "xxxx" MMCdən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 6414.06 manat (18 ay x 343.67 manat + 228 manat ilkin ödəniş) İMEİ kodu: **********40115 olan İphone 13 Pro Max markalı telefon, İMEİ kodu: **********88067 olan İphone 11 markalı telefon; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 342 manat (12 ay 28.5 manat + 0 manat ilkin ödəniş) X3 10 parca 4MM; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 224.4 manat (12 ay x 18.7 manat + 0 manat ilkin ödəniş) Gastro mini soba satın və təhvil almış, həmin əşyaların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 5498.06 manat ödənilməmiş hissə, 1646.94 manat dəbbə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 170.91 manat ödənilməmiş hissə, 50.09 manat dəbbə pulu və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 144.4 manat ödənilməmiş hissə, 43.6 manat dəbbə pulu olmaqla, cəmi 7554 manat cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq əşyaların nisyə alqı-satqısı barədə müqavilələr bağlanmışdır. İddiaçı (satıcı) müqavilələr üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan əşyaları Cavabdeh təhvil vermiş, lakin sonuncu, müqavilələr öhdəliklərini lazimi qaydada icra etməmişdir. Nəticədə, iddiaçının təqdim etdiyi sübutlar əsas borcun yarandığı müqavilələr üzrə düzgün hesablandığını təsdiq edir, qarşı tərəf isə daha çox ödəniş edildiyinə, daha az borcun qalmasına dair hər hansı dəlillə əsas borca dair tələbi təkzib etməmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 5498.06 manat ödənilməmiş hissə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 170.91 manat ödənilməmiş hissə və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 144.4 manat ödənilməmiş hissə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı müqavilələrə istinad edərək gecikdirilmiş ödənişlərə görə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1646.94 manat; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 50.09 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 43.6 manat cərimə tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz surətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və dəbbə pulunun xx.xx.2022-ci il tarixli müqavilə üzrə 15.06 manat; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 04.09 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 05.6 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 5498.06 manat əsas, 15.06 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 170.91 manat əsas, 04.09 manat cərimə və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 144.4 manat əsas, 05.6 manat cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, iddiaçnın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 78.38 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 5498.06 manat əsas, 15.06 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 170.91 manat əsas, 04.09 manat cərimə və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 144.4 manat əsas, 05.6 manat cərimə olmaqla, cəmi 5838 (beş min səkkiz yüz otuz səkkiz) manat 12 (on iki) qəpik pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 78 (yetmiş səkkiz) manat 38 (otuz səkkiz) qəpik pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-5468/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5468/2024
19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver