Məhkəmə qərarları › İş №e-2(125)-552/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-552/2023

14.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-552/2023 14.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rustəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ kodu: **********91345 olan İphone 11 Pro MAX markalı telefon üçün 2267.4 manat ödənilməmiş hissə, 680.4 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən Sony Musiqi mərkəzi üçün 1922.8 manat ödənilməmiş hissə, 545.4 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən İMEİ kodu: **********91345 olan İphone 11 Pro MAX markalı telefon üçün 1474.98 manat ödənilməmiş hissə, 441.22 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən Sony Musiqi mərkəzi üçün 611 manat ödənilməmiş hissə, 182.7 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən Samsung Saat üçün 500.4 manat ödənilməmiş hissə, 137.7 manat cərimə, ümumilikdə 8764 manat borcun və 107.64 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu: **********91345 olan İphone 11 Pro MAX markalı telefon, Sony Musiqi mərkəzi, İMEİ kodu: **********91345 olan İphone 11 Pro MAXƏ, Sony Musiqi mərkəzi və Samsung Saat üçün 8764 manat borc yaranmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 2592 manat (15 ay x 162 manat + 162 manat ilkin ödəniş) olan İMEİ kodu: **********91345 olan İphone 11 Pro MAX markalı telefon üçün ümumilikdə, 2947.8 manat olmaqla ondan, 2267.4 manat ödənilməmiş hissə, 680.4 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 2024 manat (19 ay x 101.2 manat + 101.2 manat ilkin ödəniş) olan Sony Musiqi mərkəzi üçün ümumilikdə, 2468.2 manat olmaqla ondan, 1922.8 manat ödənilməmiş hissə, 545.4 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 1573.28 manat (15 ay x 98.33 manat + 98.33 manat ilkin ödəniş) olan İMEİ kodu: **********91345 olan İphone 11 Pro MAX üçün ümumilikdə, 1916.2 manat olmaqla ondan, 1474.98 manat ödənilməmiş hissə, 441.22 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən,alqı-satqı qiyməti 698.4 manat (7 ay x 87.3 manat + 87.3 manat ilkin ödəniş) olan Sony Musiqi mərkəzi üçün ümumilikdə, 793.7 manat olmaqla ondan, 611 manat ödənilməmiş hissə, 182.7 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 556.4 manat (19 ay x 27.82 manat + 27.82 manat ilkin ödəniş) olan Samsung Saat üçün ümumilikdə, 638.1 manat olmaqla ondan, 500.4 manat ödənilməmiş hissə, 137.7 manat cərimə borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 667.5 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş müqavilələrdən görünür ki, Cavabdeh "xxxx" MMCdən xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2592 manat (15 ay x 162 manat + 162 manat ilkin ödəniş) İMEİ kodu: **********91345 olan İphone 11 Pro MAX markalı telefon; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2024 manat (19 ay x 101.2 manat + 101.2 manat ilkin ödəniş) Sony Musiqi mərkəzi; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1573.28 manat (15 ay x 98.33 manat + 98.33 manat ilkin ödəniş) İMEİ kodu: **********91345 olan İphone 11 Pro MAX markalı telefon; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 698.4 manat (7 ay x 87.3 manat + 87.3 manat ilkin ödəniş) Sony Musiqi mərkəzi; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 556.4 manat (19 ay x 27.82 manat + 27.82 manat ilkin ödəniş) Samsung Saat satın və təhvil almış, həmin əşyaların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu: **********91345 olan İphone 11 Pro MAX markalı telefon üçün 2267.4 manat ödənilməmiş hissə, 680.4 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Sony Musiqi mərkəzi üçün 1922.8 manat ödənilməmiş hissə, 545.4 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu: **********91345 olan İphone 11 Pro MAX markalı telefon üçün 1474.98 manat ödənilməmiş hissə, 441.22 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Sony Musiqi mərkəzi üçün 611 manat ödənilməmiş hissə, 182.7 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Saat üçün 500.4 manat ödənilməmiş hissə, 137.7 manat cərimə, ümumilikdə 8764 borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq əşyaların nisyə alqı-satqısı barədə müqavilələr bağlanmışdır. İddiaçı (satıcı) müqavilələr üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan əşyaları Cavabdeh təhvil vermiş, lakin sonuncu, müqavilələr öhdəliklərini lazimi qaydada icra etməmişdir. Nəticədə, iddiaçının təqdim etdiyi sübutlar əsas borcun yarandığı müqavilələr üzrə düzgün hesablandığını təsdiq edir, qarşı tərəf isə daha çox ödəniş edildiyinə, daha az borcun qalmasına dair hər hansı dəlillə əsas borca dair tələbi təkzib etməmişdir. İddiaçı müqavilələrə istinad edərək gecikdirilmiş ödənişlərə görə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 680.4 manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 545.4 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 441.22 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 182.7 manat cərimə və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 137.7 manat cərimə tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz surətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və dəbbə pulunun xx.xx.2020-ci il tarixli müqavilə üzrə 32.6 manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 27.2 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 25.02 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 9 manat cərimə və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 9.6 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 2267.4 manat ödənilməmiş hissə, 32.6 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 1922.8 manat ödənilməmiş hissə, 27.2 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1474.98 manat ödənilməmiş hissə, 25.02 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 611 manat ödənilməmiş hissə, 9 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 500.4 manat ödənilməmiş hissə, 9.6 manat cərimə, ümumilikdə 6880 manat borc Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, iddiaçnın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 88.8 manat pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 2267.4 manat ödənilməmiş hissə, 32.6 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 1922.8 manat ödənilməmiş hissə, 27.2 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1474.98 manat ödənilməmiş hissə, 25.02 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 611 manat ödənilməmiş hissə, 9 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 500.4 manat ödənilməmiş hissə, 9.6 manat cərimə olmaqla, ümumilikdə 6880 (altı min səkkiz yüz səksən) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 88 (səksən səkkiz) manat 80 (səksən) qəpik pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar