Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5524/2025 25.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ZƏMANƏT +2 İL XİDMƏTİ, TOZSORAN PHİLİPS, TAÇ STONE 7 PRÇ TENCERE SET üçün 322.50 (üç yüz iyirmi iki manat, 50 qəpik) manat ödənilməmiş hissə, 32.25 (otuz iki manat, 25 qəpik) manat cərimə. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ZƏMANƏT + 3 İL xidməti, MİNİ SOBA GASTRO üçün 190.40 (yüz doxsan manat, 40 qəpik) manat ödənilməmiş hissə, 19.04 (on doqquz manat, 04 qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, FEN- DARAQ ROWENTA üçün 129.96 (yüz iyirmi doqquz manat, 96 qəpik) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, RADİATOR HOFFMANN üçün 80.76 (səksən manat, 76 qəpik) manat ödənilməmiş hissə, 8.08 (səkkiz manat, 08 qəpik) manat cərimə ümumilikdə 795.98 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, ZƏMANƏT +2 İL XİDMƏTİ, TOZSORAN PHİLİPS, TAÇ STONE 7 PRÇ TENCERE SET, ZƏMANƏT + 3 İL xidməti, MİNİ SOBAGASTROV QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, FEN-DARAQ ROWENTA, RADİATOR HOFFMANN almış və nəticədə 795.98 (yeddi yüz doxsan beş manat, 98 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 387(üç yüz səksən yeddi) manat (18 ay x 21.50 manat + 0 manat ilkin ödəniş) olan ZƏMANƏT +2 İL XİDMƏTİ, TOZSORAN PHİLİPS, TAÇ STONE 7 PRÇ TENCERE SETİ üçün ümumilikdə, 354.75(üç yüz əlli dörd manat, 75 qəpik) manat olmaqla ondan, 322.50 (üç yüz iyirmi iki manat, 50 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32.25 (otuz iki manat, 25 qəpik) manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 214.20 (iki yüz on dörd manat, 20 qəpik) manat (18 ay x 11.9 manat + 0 manat ilkin ödəniş) olan ZƏMANƏT + 3 İL xidməti, MİNİ SOBA GASTRO üçün ümumilikdə, 209.44 (iki yüz doqquz manat, 44 qəpik) manat olmaqla ondan 190.40 (yüz doxsan manat, 40 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19.04(on doqquz manat, 04 qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 129.96(yüz iyirmi doqquz manat, 96 qəpik) manat (18 ay x 7.22 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, FEN-DARAQ ROWENTA üçün ümumilikdə, 142.96 (yüz qırx iki manat, 96 qəpik) manat olmaqla ondan, 129.96(yüz iyirmi doqquz manat, 96 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13 (on üç) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 99 (doxsan doqquz) manat (18 ay x 5.50 manat + 0 manat ilkin ödəniş) olan RADİATOR HOFFMANN üçün ümumilikdə, 88.84 (səksən səkkiz manat, 84 qəpik) manat olmaqla ondan, 80.76 (səksən manat, 76 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8.08 (səkkiz manat, 08 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 106.54 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2024-cü il, tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 65,57(altmış beş manat əlli yeddi qəpik)iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il və xx.xx.2024-cü il tarixli müqavilələrdən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 387 manat olan ZƏMANƏT +2 İL XİDMƏTİ, TOZSORAN PHİLİPS, TAÇ STONE 7 PRÇ TENCERE SET, dəyəri 214,2 manat olan ZƏMANƏT + 3 İL xidməti, MİNİ SOBA GASTRO, dəyəri 129.96 manat olan QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, FEN-DARAQ ROWENTA, dəyəri 99 manat olan RADİATOR HOFFMANN dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1 faizi miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar ZƏMANƏT +2 İL XİDMƏTİ, TOZSORAN PHİLİPS, TAÇ STONE 7 PRÇ TENCERE SET üçün hər ay 21,5 manat, ZƏMANƏT + 3 İL xidməti, MİNİ SOBA GASTRO üçün hər ay 11,9 manat, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, FEN-DARAQ ROWENTA üçün hər ay 7,22 manat və RADİATOR HOFFMANN üçün hər ay 5,5 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. 27 avqust 2025-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il müqaviləyə əsasən "xxxx" MMC-dən ZƏMANƏT +2 İL XİDMƏTİ, TOZSORAN PHİLİPS, TAÇ STONE 7 PRÇ TENCERE SET üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 387 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 322,5 manat borcunu ödəmədiyindən, həmin məbləğə 32,25 manat cərimə hesablanmış; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən ZƏMANƏT + 3 İL xidməti, MİNİ SOBA GASTRO üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 214,2 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 190,4 manat borcunu ödəmədiyindən, həmin məbləğə 19,04 manat cərimə hesablanmış; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, FEN-DARAQ ROWENTA üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 129,96 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 129,96 manat borcunu ödəmədiyindən, həmin məbləğə 13 manat cərimə hesablanmış, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən RADİATOR HOFFMANN üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 99 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş,əsas borc məbləğindən 80,76 manat borcunu ödəmədiyindən, həmin məbləğə 8,08 manat cərimə hesablanmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə cərimə (dəbbə) pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq dörd müqavilə üzrə hesab edir ki, dörd müqavilə üzrə 72,36 (yetmiş iki manat otuz altı qəpik) manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 9 (doqquz) manat məbləğində müəyyən edilməlidir Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, "xxxx" MMC-nin xeyrinə Cavabdeh ZƏMANƏT +2 İL XİDMƏTİ, TOZSORAN PHİLİPS, TAÇ STONE 7 PRÇ TENCERE SET üçün 322.50 (üç yüz iyirmi iki manat əlli qəpik) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, ZƏMANƏT + 3 İL xidməti, MİNİ SOBA GASTRO üçün 190,40 (bir yüz doxsan manat qırx qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, FEN-DARAQ ROWENTA üçün 129,96 (bir yüz iyirmi doqquz manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə, RADİATOR HOFFMANN üçün 80,76 (səksən manat yetmiş altı qəpik) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə borcu olmaqla, ümumilikdə 732,62 (yeddi yüz otuz iki manat altmış iki qəpik) manat borc pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. "xxxx" MMC-nin xeyrinə Cavabdeh ZƏMANƏT +2 İL XİDMƏTİ, TOZSORAN PHİLİPS, TAÇ STONE 7 PRÇ TENCERE SET üçün 322.50 (üç yüz iyirmi iki manat əlli qəpik) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, ZƏMANƏT + 3 İL xidməti, MİNİ SOBA GASTRO üçün 190,40 (bir yüz doxsan manat qırx qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, FEN-DARAQ ROWENTA üçün 129,96 (bir yüz iyirmi doqquz manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə, RADİATOR HOFFMANN üçün 80,76 (səksən manat yetmiş altı qəpik) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə borcu olmaqla, ümumilikdə 732,62 (yeddi yüz otuz iki manat altmış iki qəpik) manat borc pul və məhkəmə xərci qismində ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-5524/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5524/2025
25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver