Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5545/2025 13.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 2238 manat ödənilməmiş hissə, 23.6 manat İnnovativ Layihələr Mırkəzinə ödənilən rüsum, 223.8 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 959.04 manat ödənilməmiş hissə, 23.6 manat İnnovativ Layihələr Mırkəzinə ödənilən rüsum, 95.9 manat cərimə, ümumilikdə 3563.94 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55.64 manat pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kodu **********79771 Samsung Galaxy S24 Ultra markalı telefon, İmei kodu **********91749 Samsung Galaxy S23 markalı telefon almış və nəticədə 3563.94 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2638 manat (12 ay x 186.50 manat + 400 manat ilkin ödəniş) olan İmei kodu **********79771 Samsung Galaxy S24 Ultra markalı telefon üçün ümumilikdə, 2485.40 manat olmaqla ondan, 2238 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat rüsum, güzəşt olunaraq 223.80 manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1319.04 manat (12 ay x 79.92 manat + 360 manat ilkin ödəniş) olan İmei kodu **********91749 Samsung Galaxy S23 markalı telefon üçün ümumilikdə, 1078.54 manat olmaqla ondan, 959.04 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat rüsum, güzəşt olunaraq 95.90 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 760 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilə və bildirişdən görünür ki, Cavabdeh dəyəri 2399.99 manat olan İmei kodu **********79771 Samsung Galaxy S24 Ultra markalı telefonu satın və təhvil almış, dəyərini ödəməyi öhdəsinə götürmüşdür; ilkin ödəniş 400 manat olmaqla 12 ay ərzində hər ay 186.5 manat olmaqla ümumi ödəniş məbləği 2638 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilə və bildirişdən görünür ki, Cavabdeh dəyəri 1199.99 manat olan İmei kodu **********91749 Samsung Galaxy S23 markalı telefonu satın və təhvil almış, dəyərini ödəməyi öhdəsinə götürmüşdür; ilkin ödəniş 360 manat olmaqla 12 ay ərzində hər ay 79.92 manat olmaqla ümumi ödəniş məbləği 1319.04 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışdan görünür ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ilkin ödəniş 400 manat olmaqla 12 ay ərzində hər ay 186.5 manat olmaqla alqı-satqı qiyməti 2638 manat borcdan 400 manat ödəniş edilməklə Cavabdeh 2238 manat ödənilməmiş hissə, 223.8 manat cərimə borcu hesablanmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışdan görünür ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ilkin ödəniş 360 manat olmaqla 12 ay ərzində hər ay 79.92 manat olmaqla alqı-satqı qiyməti 1319.04 manat borcdan 959.04 manat ödəniş edilməklə Cavabdeh 959.04 manat ödənilməmiş hissə, 95.9 manat cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1 və 404.2-ci maddələrinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərindən yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. - Həmin Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfərlələ istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təkif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. - Həmin Məcəllənin 419.2-ci maddəsinə görə müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Məhkəməyə təqdim edilmiş iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinin predmeti olan mobil telefonun qiyməti 2399.99 manat təşkil edir. Həmin müqavilə üzrə ilkin ödəniş 400 manat olmaqla, 12 ay müddətində hər ay 186.5 manat olmaqla, cəmi 2638 manat ödənilməsi qeyd olunmuşdur. Göründüyü kimi alqı-satqı müqaviləsinin predmeti olan əmlakın qiyməti ilə ödənilməli məbləğ arasında uyğunsuzluq mövcuddur. Buna görə də həmin uyğunsuzluq onun müqaviləyə daxil edilməsini təklif etmiş iddiaçının əleyhinə təfsir edilməli, həmin müqavilə üzrə məhsulun dəyəri olan 2399.99 manat borc üzrə ödənilmiş 400 manat çıxılmaqla 1999.99 manat pul ödənilməmiş əsas borcun əvəzi qismində cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia həmin müqavilə üzrə göstərilən məbləğlə ehtiva olunmayan əsas borcun tutulmasına dair hissədə təmin edilməməlidir. Məhkəməyə təqdim edilmiş iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinin predmeti olan mobil telefonun qiyməti 1199.99 manat təşkil edir. Həmin müqavilə üzrə ilkin ödəniş 360 manat olmaqla, 12 ay müddətində hər ay 79.92 manat olmaqla, cəmi 1319.04 manat ödənilməsi qeyd olunmuşdur. Göründüyü kimi alqı-satqı müqaviləsinin predmeti olan əmlakın qiyməti ilə ödənilməli məbləğ arasında uyğunsuzluq mövcuddur. Buna görə də həmin uyğunsuzluq onun müqaviləyə daxil edilməsini təklif etmiş iddiaçının əleyhinə təfsir edilməli, həmin müqavilə üzrə məhsulun dəyəri olan 1199.99 manat borc üzrə ödənilmiş 360 manat çıxılmaqla 839.99 manat pul ödənilməmiş əsas borcun əvəzi qismində cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia həmin müqavilə üzrə göstərilən məbləğlə ehtiva olunmayan əsas borcun tutulmasına dair hissədə təmin edilməməlidir. Bundan başqa, iddiaçı gecikdirilmiş ödənişlərə görə cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 223.8 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 95.9 manat cərimə tutulmasını tələb etmişdir. Məhkəmə, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, tələb olunan dəbbə pulu (cərimə) əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 15.01 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 5.01 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı, İnnovativ Layihələr Mərkəzi rüsumu qismində 23.6 manat pulun tutulmasını xahiş etsə də, iddianın həmin hissədə əsaslı olması sübut edilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq məhkəmə xərci olan dövlət rüsumunun əvəzi qismində 48.6 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 1999.99 manat ödənilməmiş hissə, 15.01 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 839.99 manat ödənilməmiş hissə, 5.01 manat cərimə, ümumilikdə 2860 (iki min səkkiz yüz altmış) manat pul və 48 (qırx səkkiz) manat 60 (altmış) qəpik ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-5545/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5545/2025
13.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver