Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5553/2023 09.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh və X4 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh və X4 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada Cavabdeh və X2 xx.xx.2018-ci tarixli, GK07412 №-li müqavilə üzrə 288.95 manat qalıq borcu, 273.48 manat cərimə borcu olmaqla, cəmi 532.43 manat və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci tarixli, GK07412 №-li nisyə alqı-satqı müqaviləsinə əsasən, ilkin ödəniş 21 manat olmaqla , 6 ay müddətinə hissə-hissə hər ay üçün 70 manat, sonuncu ay üçün isə 68.95 manat ödəmək şərti ilə, 439.95 manat dəyərində malların nisyə satış müqaviləsinə 2 saylı əlavədə-təhvil-təslim aktında göstərilən məişət texnikalarını nisyə satılmış və həmin məhsullar cavabdehə təhvil-təslim aktı üzrə təhvil verilmişdir. Eyni zamanda "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci tarixli, GK07412 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi zamin X7 arasında zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Belə ki, Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında xx.xx.2018-ci tarixli, GK07412 saylı müqavilə üzrə qalıq borcu 288.95 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%- i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Borclu kreditor qarşısında müqavilə üzrə cərimə borcu 1367.40 manat təşkil edir. Hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq etdiyi üçün hesablanmış cərimə məbləğinin yalnız 20%-ni ödəməyi borcludan tələb etmişlər. Belə olan halda, hesablanmış cərimə məbləğinin 20%-i 273.48 manat təşkil edir. Hazırda cavabdehin iddiaçı qarşısında xx.xx.2018-ci tarixli, GK07412 saylı müqavilə üzrə 288.95 manat qalıq borcu, 273.48 manat cərimə borcu olmaqla, cəmi 532.43 manat borcu yaranmışdır. Faktor “X8 Olmayan Kredit Təşkilatı” MMC ilə müştəri "xxxx" MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 №-li faktorinq müqaviləsinə əsasən, "xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci tarixli, GK07412 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X8 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etmişdir. "xxxx" MMC tərəfindən borclu Cavabdeh xx.xx.2018-citarixli, GK07412 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X8 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etməsi barədə bilidiriş verilmişdir. Odur ki, cavabdehlərdən müştərək qaydada Cavabdeh və X2 xx.xx.2018-ci tarixli, GK07412 №-li müqavilə üzrə 288.95 manat qalıq borcu, 273.48 manat cərimə borcu olmaqla, cəmi 532.43 manat və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək iştirakları olmadan işə baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh və X7 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərərək qeyd etmişlər ki, iddiaçı X8 Olmayan Kredit Təşkilatı tərəfindən onlara qarşı müqavilə öhdəliyi üzrə kredit borcunun ödənilməsi və həmin borcun zamin olaraq X2 müştərək qaydada alınması ilə bağlı Gəncə şəhər Məhkəməsinə müraciət etmişdir. X7 2018-ci ilin 12 dekabr tarixində Cavabdeh telefonnun alınması ilə bağlı götürdüyü kredit üzrə ilkin zaminlik müqaviləsini imzalamışdır. Lakin 20-gündən sonra Cavabdeh kreditlə aldığı telefon xarab olması ilə bağlı zəmanət kartına əsasən həmin telefonu geri qaytarmış və aralarında bağlanmış kredit və zaminlik müqaviləsi ləğv edilmişdir. Bundan sonra Cavabdeh yeni bir kreditlə telefon götürdükdən sonra yeni bir müqavilə bağlamış və həmin müqavilə üzrə mənimlə zaminlik müqaviləsi bağlanmamışdır. Həmçinin zamin kimi ona qarşı iddia müddətini ötürülmüşdür. Zaminə qarşı müqavilə öhdəliyi üzrə iddia müddəti 1 il AR MM-nin 477, 478-ci maddəsində göstərilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz edərək X3 göstərdiyi arqumentləri təsdiq edir, həmçinin iddiaçının iddia tələbi üzrə müqavilə öhdəliyi üzrə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. AR MM-nin 389-cu maddəsində də müqavilə üzrə iddia müddəti 3 il müəyyən edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən və iddia ərizəsindəndə görünür ki, iddiaçı tərəfindən həm 1 illik, həmçinin 3 illik iddia müddəti ötürülmüşdür. İddia müddəti ötdüyü üçün məhkəmədən iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, satıcı alıcıya müqaviləyə əlavə 2-də göstərilən malı verir, alıcı isə həmin malı qəbul edir və müqavilədə razılaşdırılmış qaydada malların dəyərini ödəyir. İşdə olan xx.xx.2018-ci il tarixli müqaviləyə əlavə 1-dən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixədək aldığı malın dəyərini hər ay 70 manat olmaqla, sonuncu ay isə 68ş95 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2018-ci il tarixli təhvil təslim aktından görünür ki, Osmanov X5 SM- J600FZ/KDCAU Black telefonunu təslim almışdır. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 588.95 manat qalıq borc, 1367.40 manat cərimə, hesablanmış cərimə məbləğinin 20 faizi 273.48 manat olmaqla, cəmi 562.43 manat borcu vardır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, satıcı alıcıya müqaviləyə əlavə 2-də göstərilən malı verməyi, alıcı isə həmin malı qəbul edib müqavilədə razılaşdırılmış qaydada malların dəyərini xx.xx.2019-cu il tarixədək aldığı malın dəyərini hər ay 70 manat olmaqla, sonuncu ay isə 68ş95 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.İddiaçı cavabdehin öhdəliyi icra etmədiyini qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər Cavabdeh və X7 məhkəməyə ərizə ilə müraciət edərək ondan tələb olunan məbləğ üzrə iddia müddətinin ötdüyünü göstərib tələbə iddia müddətini tətbiq etməklə rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MM-nin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci və 373.3-cü maddələrinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydada istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 377.3-cü maddəsinə görə icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Göründüyü kimi qanunvericiliyin sadalanan müddəaları iddia müddətinin axımını müəyyən edərkən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımının icra müddətinin bitməsi anından başlandığını təsbit etmişdir. Bundan başqa iş üzrə iddia müddətinin axımının dayandırılmasına səbəb olan Azərbaycan Respublikası MM-nin 379-cu maddəsində qeyd edilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin zamin X4 aid hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı X7 ilə əsas ğöhdəliyin təminatı kimi zaminlik müqaviləsi bağlandığını qeyd etsə də, zaminlik müqaviləsi məhkəmə təqdim edilməmişdir. X1 iddiaçı qarşısında hər hansı öhdəliyinin olmasını təsdiqləyəcək sübutlar təqdim edilmədiyindən və iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. İddia tələbinin Cavabdeh aid hissəsi ilə bağlı qeyd edilməlidir ki, iş materiallarından görünür ki, iddiaçı təşkilat, yalnız, xx.xx.2023-cü ildə iddia qaldırmışdır, halbuki, Azərbaycan Respublikası MM-nin 377.2-ci maddəsi icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımının icra müddətinin bitməsi anından başlandığını təsbit etmiş, qeyd olunan nisyə alqı-satqı müqaviləsi tərəflər arasında xx.xx.2018-ci tarixədək bağlanmış və tərəflər həmin müddət ərzində, yəni xx.xx.2019-cu il tarixədək nisyə alqı-satqı müqaviləsində göstərilən öhdəlikləri icra etməli olmuşlar. Eyni zamanda Azərbaycan Respublikası MM-nin 373-cü maddəsi həmin növ müqavilələrdən irəli gələn mübahisələr üzrə iddia müddətini 3 il müəyyənləşdirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfin də ərizəsində göstərildiyi kimi hazırki mübahisə üzrə həqiqətən də iddia müddəti üzrlü səbəblər olmadan ötürülmüşdür. Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, məhkəmə hesab edir ki, hazırki iddia, əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh və X2 xx.xx.2018-ci tarixli, GK07412 №-li müqavilə üzrə 288.95 manat qalıq borcu, 273.48 manat cərimə borcu olmaqla, cəmi 532.43 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nə ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(125)-5553/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5553/2023
09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver