Məhkəmə qərarları › İş №e-2(125)-5591/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5591/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5591/2023 21.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********30798 SAMSUNG GALAXY A10S markalı telefon üçün 22.87 (iyirmi iki manat səksən yeddi qəpik) manat ödənilməmiş hissə, 2.13 (iki manat on üç qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********85396 SAMSUNG GALAXY A12 markalı telefon üçün, 62 (altmış iki) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********72591 SAMSUNG GALAXY A12 markalı telefon üçün 229.67 (iki yüz iyirmi doqquz manat altmış yeddi qəpik) manat ödənilməmiş hissə, 22.33 (iyirmi iki manat otuz üç qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********87688 SAMSUNG GALAXY A52 markalı telefon üçün 526.38 (beş yüz iyirmi altı manat otuz səkkiz qəpik) manat ödənilməmiş hissə, 52.62 (əlli iki manat altmış iki qəpik) manat cərimə olmaqla, ümumilikdə 924 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixlərindəki müqavilələrinə əsasən İMEİ KOD **********30798 SAMSUNG GALAXY A10S markalı telefon, İMEİ KOD **********85396 SAMSUNG GALAXY A12 markalı telefon, İMEİ KOD **********72591 SAMSUNG GALAXY A12 markalı telefon, İMEİ KOD **********87688 SAMSUNG GALAXY A52 markalı telefon almış və nəticədə 924 (doqquz yüz iyirmi dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 412.2 (dörd yüz on iki manat iyirmi qəpik) manat (yəni 18 ay x 22.9 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KOD **********30798 SAMSUNG GALAXY A10S markalı telefon,üçün ümumilikdə 25 (iyirmi beş) manat olmaqla ondan, 22.87 (iyirmi iki manat səksən yeddi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olaraq 2.13 (iki manat on üç qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 588 (beş yüz səksən səkkiz) manat (yəni18 ay x 31 manat + 30 manat ilkin ödəniş) olan İMEİ KOD **********85396 SAMSUNG GALAXY A12 markalı telefoünçün ümumilikdə 68 (altmış səkkiz) manat olmaqla ondan, 62 (altmış iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olaraq 6 (altı) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 478.86 (dörd yüz yetmiş səkkiz manat səksən altı qəpik) manat (yəni 18 ay x 25.52 manat + 19.5 manat ilkin ödəniş) olan İMEİ KOD **********72591 SAMSUNG GALAXY A12 markalı telefoünçün ümumilikdə 252 (iki yüz əlli iki) manat olmaqla ondan 229.67 (iki yüz iyirmi doqquz manat altmış yeddi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olaraq 22.33 (iyirmi iki manat otuz üç qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 904.96 (doqquz yüz dörd manat doxsan altı qəpik) manat (yəni 12 ay x 75.38 manat + 0.4 manat ilkin ödəniş) İMEİ KOD **********87688 SAMSUNG GALAXY A52 markalı telefon üçün ümumilikdə 579 (beş yüz yetmiş doqquz) manat olmaqla ondan 526.38 (beş yüz iyirmi altı manat otuz səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olaraq 52.62 (əlli iki manat altmış iki qəpik) manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1543.1 manat təşkil edir. Cavabdehlə aramızda xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materialları araşdırılaraq hesab edilir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixlərindəki müqavilələrinə əsasən İMEİ KOD **********30798 SAMSUNG GALAXY A10S markalı telefon, İMEİ KOD **********85396 SAMSUNG GALAXY A12 markalı telefon, İMEİ KOD **********72591 SAMSUNG GALAXY A12 markalı telefon, İMEİ KOD **********87688 SAMSUNG GALAXY A52 markalı telefon almış və nəticədə 924 (doqquz yüz iyirmi dörd) manat borc yaranmış, həmçinin "xxxx" MMC məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Bu Məcəllənin 448.1ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hesab edilir ki, Cavabdeh alqı-satqı müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci və 467-ci maddələrinin mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixli müqavilə üzrə hesablanmış 83.08 manat (cərimə) dəbbə pulu azaldılmalı və hər müqavilə üzrə 1 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********30798 SAMSUNG GALAXY A10S markalı telefon üçün 22.87 (iyirmi iki manat səksən yeddi qəpik) manat ödənilməmiş hissə, 2.13 (iki manat on üç qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********85396 SAMSUNG GALAXY A12 markalı telefon üçün, 62 (altmış iki) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********72591 SAMSUNG GALAXY A12 markalı telefon üçün 229.67 (iki yüz iyirmi doqquz manat altmış yeddi qəpik) manat ödənilməmiş hissə, 22.33 (iyirmi iki manat otuz üç qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********87688 SAMSUNG GALAXY A52 markalı telefon üçün 526.38 (beş yüz iyirmi altı manat otuz səkkiz qəpik) manat ödənilməmiş hissə, 52.62 (əlli iki manat altmış iki qəpik) manat cərimə olmaqla, ümumilikdə 924 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360, 284-5-284-6-cı maddələrinə əsasən, qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********30798 SAMSUNG GALAXY A10S markalı telefon üçün 22.87 (iyirmi iki manat səksən yeddi qəpik) manat ödənilməmiş hissə, 2.13 (iki manat on üç qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********85396 SAMSUNG GALAXY A12 markalı telefon üçün, 62 (altmış iki) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********72591 SAMSUNG GALAXY A12 markalı telefon üçün 229.67 (iki yüz iyirmi doqquz manat altmış yeddi qəpik) manat ödənilməmiş hissə, 22.33 (iyirmi iki manat otuz üç qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********87688 SAMSUNG GALAXY A52 markalı telefon üçün 526.38 (beş yüz iyirmi altı manat otuz səkkiz qəpik) manat ödənilməmiş hissə, 52.62 (əlli iki manat altmış iki qəpik) manat cərimə olmaqla, ümumilikdə 924 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar