Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-565/2023 13.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Cavabdeh ilə, iddiaçı «Xalq Sığorta» açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Xalq Sığorta» açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin əvəzi qismində 5.750 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 77 manat 50 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı «Xalq Sığorta» açıq səhmdar cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, «Hyudai Elantra» markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək bir il müddətinə «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» ilə sığortalanmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə sərxoş vəziyyətdə idarə etdiyi həmin avtomobillə hərəkət edərkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə «X5 Prado» markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilin sürücüsü X2 yüngül dərəcədə xəsarət yetirmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X3 tərəfindən xx.xx.2020-ci il tarixində cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə qərarın surəti inzibati tənbeh tədbirinin görülməsi üçün Bakı şəhəri Binəqədi DYPŞ-ə göndərilmişdir. Bakı şəhəri Binəqədi DYPŞ tərəfindən xx.xx.2020-ci il tarixdə AP ******* saylı inzibati protokol tərtib edilmiş və Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə bacxılması üçün göndərilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-1175/2020 saylı qərarına əsasən Cavabdeh 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, 700 manat məbləğində cərimə edilmişdir. «Avtomobillərin Texniki Xidmət Mərkəzi» tərəfindən verilmiş qüsur aktına əsasən hadisə nəticəsində «X5 Prado» markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilə 6.860 manat məbləğində zərər dəymişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X7 tərəfindən verilmiş 289 nömrəli ekpert rəyinə əsasən X1 aldığı xəsarətlər yüngül zərər vurmaya aiddirlər. İddiaçı xx.xx.2021-ci il tarixində 5.750 manat məbləği zərərçəkmiş şəxs X2 ödənmişdir. Buna görə də «Xalq Sığorta» açıq səhmdar cəmiyyətinin cavabdehdən subroqasiya qaydasında pul tələb etmək hüququ yaranmışdır. 12 yanvar 2023-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi M.S.Mirzəbutov mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə icalasında Cavabdeh məhkəməyə yazılı ərizə təqdim etməklə, iddianı tam həcmdə etiraf etdiyini, iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirərək, izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə sərxoş vəziyyətdə idarə etdiyi «Hyudai Elantra» markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil «X5 Prado» markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə o, yolnəqliyyat hadisəsi törətmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-1175/2020 saylı qərarı ilə o, həmin yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və onun barəsində 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, 700 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsindən və iddiaçının qeyd etdiyi kimi sığorta ödənişinin ödənilməsindən 2 il müddət keçmişdir. Həmin müddət ərzində isə onun maddi vəziyyəti pisləşmişdir. Hazırda o, iddia tələbi olan 5.750 manat məbləğində pul vəsaitini iddiaçıya bir dəfəyə ödəyə bilmir. Lakin o, iddiaçıya olan sığorta borcunu hissə-hissə ödəyə bilər. Sonda Cavabdeh iddianı etiraf edərək, iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh məxsus «Hyudai Elantra» markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə PXA61283 nömrəli «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi» üzrə bir il müddətinə icbari sığorta olunaraq, sığorta təminatı almışdır. İşdə olan xx.xx.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən inzibati tənbeh tədbirinin görülməsi üçün qərarın surəti Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin DYPŞ-ə göndərilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə «Hyudai Elantra» markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində «X5 Prado» markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilin sürücüsü X2 yüngül dərəcədə xəsarət yetirmişdir. İş materiallarına olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-1175/2020 saylı qərarı qərarının surətindən görünür ki, barəsində inzibati xəta haqqında icraar aparılan Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə bilinmiş və barəsində 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, 700 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş qüsur aktının surətindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində «X5 Prado» markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilə 6.860 manat məbləğində maddi zərər dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X7 tərəfindən verilmiş 289 nömrəli ekpert rəyinin surətindən görünür ki, X1 bədənində aşkar olunmuş xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozuımasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan xx.xx.2021-ci il tarixli cari hesabdan çıxarışın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə «Xalq Sığorta» açıq səhmdar cəmiyyəti PXA61283 nömrəli «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi» üzrə 5.750 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan 13 mart 2020-ci il tarixli sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil-təslim aktının surətindən görünür ki, ********** nömrəli kartı və ŞEN zərflər X2 təhvil verilmişdir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə Cavabdeh iddianı etirafı qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin tələbinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə hesab edir ki, tərəflər arasındakı hüquq münasibətləri «subroqasiya hüququ» ilə bağlıdır və «subroqasiya hüququ» sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun sığortaçıya keçməsidir. Yəni «subroqasiya hüququ» müqavilə əsasında deyil, vurulmuş zərərin əvəzinin ödənilməsi nəticəsində, yaxud qanunun tələbi ilə əmələ gəlmişdir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında tədqiq olunmaqla müəyyən edilmiş hallarını, eləcə də cavabdehin iddia tələbini etiraf etməsini nəzərə alaraq, hesab edir ki, xx.xx.2020 il tarixdə, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-1175/2020 saylı qərarında öz təsdiqini tapmış yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 5.750 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 77 manat 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən iddianın qismən etiraf olunması təsdiq edilsin. «Xalq Sığorta» açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh iddiaçı «Xalq Sığorta» açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 5.750 (beş min yeddi yüz əlli) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 77 (yetmiş yeddi) manat 50 (qırx) qəpik, cəmi 5.827 (beş min səkkiz yüz iyirmi yeddi) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-565/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-565/2023
13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver