Məhkəmə qərarları › İş №e-2(125)-5707/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5707/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5707/2023 30.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə Marvin-Genc-Bazalı-Çarpayı, X3, Marvin-Genc-Dolab və iki ədəd matras üçün 795,9 manat ödənilməmiş məbləğ, 237,1 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Hoffmann Mrac kondisioner üçün 949,5 manat ödənilməmiş məbləğ, 283,5 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Hoffmann markalı tərəzi, Samsung markalı televizor və soyuducu üçün 4832 manat ödənilməmiş məbləğ, 1450 manat cərimə olmaqla, ümumilikdə 8548 manat borcun və 105,48 manat dövlət rüsumunun cavabdehdən alınaraq xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-in nümayəndəsi X2 iddianı müdafiə edib izahatında göstərdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan iki ədəd Marvin markalı bazalı çarpayı, Marvin markalı dolab və iki ədəd matrası 18 ay müddətinə hər ay 113,7 manat ödəmək şərti ilə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Hoffmann markalı kondisioneri 18 ay müddətinə, hər ay 63,30 manat ödəmək şərtilə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Hoffmann markalı tərəzi, Samsung markalı televizor və Samsung markalı soyuducunu isə 18 ay müddətinə, hər ay 302 manat ödəmək şərtilə almışdır. Cavabdeh hazırki vaxta kimi üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ödəmə ilə bağlı iddiaçı tərəfindən dəfələrlə müraciət edilsə də, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 795,9 manat ödənilməmiş məbləğ, 237,1 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 949,5 manat ödənilməmiş məbləğ, 283,5 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə isə 4832 manat ödənilməmiş məbləğ, 1450 manat cərimə olmaqla, ümumilikdə 8548 manat borcu yaranmışdır. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, göstərilən avadanlıqları almış, bir müddət heç bir problem olmadan ödəmişdir. Ödənişlərin gecikmə səbəbi borcun 3 qrafik üzrə tərtib edilməsi olmuşdur. Dəfələrlə iddiaçıdan 1 qrafikə salınmasını xahiş etsə də, razılaşmamışdırlar. Hazırda maddi imkanı da zəifdir. Əsas borcun ödənilməsinə heç bir etirazı yoxdur, ancaq cərimə pulunu qəbul etmədiyini göstərərək iddianın cərimə hissəsində təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2020-ci il tarixli, 21145825 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında iki ədəd Marvin markalı bazalı çarpayının, Marvin markalı dolabın və iki ədəd matrasın nisyə alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqaviləyə görə ödənişlər 18 ay müddətinə hər ay 113,7 manat nəzərdə tutulmuşdur. xx.xx.2021-ci il tarixli, 23147927 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında Hoffmann markalı kondisionerin nisyə alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqaviləyə görə ödənişlər 18 ay müddətinə hər ay 63,30 manat nəzərdə tutulmuşdur. xx.xx.2021-ci il tarixli, 23247686 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında Hoffmann markalı tərəzinin, Samsung markalı televizorun və Samsung markalı soyuducunun nisyə alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqaviləyə görə ödənişlər 18 ay müddətinə hər ay 302 manat nəzərdə tutulmuşdur. "xxxx" MMC-in Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir. xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 795,9 manat ödənilməmiş məbləğ, 237,1 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 949,5 manat ödənilməmiş məbləğ, 283,5 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə isə 4832 manat ödənilməmiş məbləğ, 1450 manat cərimə olmaqla, ümumilikdə 8548 manat borcu qalmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında məişət əşylarının nisyə alğısatqısına dair müqavilə bağlanmış, cavabdeh iddiaçıdan iki ədəd Marvin markalı bazalı çarpayını, Marvin markalı dolabı və iki ədəd matrası alaraq, həmin əşyaların dəyərini 18 ay müddətinə hər ay 113,7 manat olmaqla, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan Hoffmann markalı kondisioner alaraq, həmin əşyaların dəyərini 18 ay müddətinə hər ay 63,30 manat olmaqla və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan Hoffmann markalı tərəzinin, Samsung markalı televizoru və Samsung markalı soyuducunu alaraq, həmin əşyaların dəyərini 18 ay müddətinə hər ay 302 manat olmaqla ödəməyi üzərinə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. MM-in 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə tutulmalı olan 237,1 manat cərimə məbləği azaldılaraq 7 manat həddində, xx.xx.2021-ci il tarixli müqavilə üzrə tutulmalı olan 283,5 manat cərimə məbləği azaldılaraq 10 manat həddində, xx.xx.2021-ci il tarixli müqavilə üzrə isə tutulmalı olan 1450 manat cərimə məbləği azaldılaraq 50 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 795,9 manat ödənilməmiş məbləğ, 7 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 949,5 manat ödənilməmiş məbləğ, 10 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə isə 4832 manat ödənilməmiş məbləğ, 50 manat cərimə olmaqla, hər üç müqavilə üzrə ümumilikdə 6644,4 (altı min altı yüz qırx dörd manat 40 qəpik) manat cavabdehdən alınaraq İddiaçı MMC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 86,44 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 795,9 manat ödənilməmiş məbləğ, 7 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 949,5 manat ödənilməmiş məbləğ, 10 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 4832 manat ödənilməmiş məbləğ, 50 manat cərimə olmaqla, hər üç müqavilə üzrə ümumilikdə 6644,4 (altı min altı yüz qırx dörd manat 40 qəpik) manat pul və dövlət rüsumunun əvəzi olaraq 86,44 manat alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar