Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5737/2025 12.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X27 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi, İddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhəri 1 saylı notariat ofisinə qarşı miras əmlaka payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhəri 1 saylı notariat ofisinə qarşı miras əmlaka payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X8 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə vərəsə tanınmaqla, həmin miras mülkə payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X4 ilə anası X11 evliliyindən o və hazırki iş üzrə cavabdeh olan qardaşları Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və qardaşı X12 adlı uşaqları anadan olmuşdur. X4 1993-cü ildə, X18 2024-cü ildə, qardaşı X12 isə 2010-cu ildə vəfat etmişdir. 21 noyabr 2024-cü il tarixdə vəfat edən anası X11 adına ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi var və həmin evə dair onun adına 27 mart 2012-ci il tarixli çıxarış verilmişdir. Məhz bu səbəblərdən mərhum anasından qalmış miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Notariat ofisinə müraciət etmişdir. Lakin hazırki iş üzrə cavabdeh olan Gəncə şəhəri 1 saylı Notariat ofisinin 02 iyun 2025-ci il tarixli qərarı ilə vərəsələr arasında mübahisə olmaması əsası ilə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə İddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirak etmiş, təmsil etdiyi iddiaçının irəli sürdüyü iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh1 iştirak etmiş və mərhum anası X8 qalmış miras əmlakdan imtina etdiyini bildirmiş və qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh3 iştirak etmiş və bildirmişdir ki, anası X7 ikən əmlakını ona vəsiyyət etmiş, qardaşları isə anaları X11 ölümündən sonra ondan miras qalmış əmlakdan onlara çatası paydan imtina etmişlər. Qanunvericiliyin tələblərinə uyğun olaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Gəncə şəhəri 1 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını və iş üzrə yekun qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi, vəkil Nümayəndə izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X9 birgə nikahından 03 avqust 1961-ci il tarixdə İddiaçı anadan olmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1993-cü ildə ölmüşdür. İşdə olan arayışdan görünür ki, X18 21 noyabr 2024-cü ildə ölmüşdür. İş materiallarında olan 2 saylı Gəncə ASAN xidmət mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin 14 aprel 2025-ci il tarixli 05/09İS/047180-25 saylı arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X14 aid 14 aprel 2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X11 ailə tərkibində xx.xx.1961-ci il tarixdə anadan olmuş İddiaçı, xx.xx.1963-cü il tarixdə anadan olmuş Cavabdeh1, xx.xx.1967-ci il tarixdə anadan olmuş Cavabdeh2 və xx.xx.1970-ci il tarixdə anadan olmuş Cavabdeh3, xx.xx.2010-cu ildə vəfat etmiş X15 göstərilmişdir. İşdə olan xx.xx.2007-ci il tarixdə Gəncə şəhər 3 saylı notariat ofisində reyestrdə 1S- 2362 nömrə ilə qeydə alınmış vəsiyyətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X6 şəhəri,T.Hacıyev küçəsi ev 1 və Ş.İ.Xətai küçəsi, 14 A ünvanında yerləşən əmlakını Cavabdeh3 vəsiyyət etmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (keçmiş T.Hacıyev küçəsi, X29 prospekti, 1/14A) 27 mart 2012-ci il tarixli, **********16-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X13 adınadır. Fərdi yaşayış evinin ümumi sahəsi 275.7 kv.m, yaşayış sahəsi 119.9 kv.m olan dörd yaşayış otağından, 12.7 kv.m hamamdan ibarətdir. İş materiallarında olan Gəncə şəhəri 1 saylı notariat ofisinin qərarından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etmiş mərhum anası X13 vəfatından sonra adına miras qalmış Gəııcə şəhəri, T.Hacıyev küçəsi, 1 saylı ünvanda yerləşən əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Lakin araşdırma zamanı X3 vərəsələrinin arasında mübahisə olduğu aşkar edilmişdir. İddiaçına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İşdə olan ərizənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 anası X13 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payını və məcburi payını qəbul etmədiyini, imtina etdiyini bildirmişdir. Ərizədə Cavabdeh1 hansı vərəsənin xeyrinə imtina etdiyi göstərilməmişdir. İşdə olan ərizənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 anası X13 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payını və məcburi payını qəbul etmədiyini, imtina etdiyini bildirmişdir. Ərizədə Cavabdeh1 hansı vərəsənin xeyrinə imtina etdiyi göstərilməmişdir. Beləliklə, məhkəmədə tədqiq edilmiş sübutlarla işin faktiki halları kimi müəyyən olunmuşdur ki, X3 adına 27 mart 2012-ci il tarixdə ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi mülk kimi qeydə alınmışdır. X19 21 noyabr 2024-cü ildə ölmüşdür. Onun vəfatından sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. X3 qanun üzrə birinci növbəli vərəsəsi olan dörd uşağı vardır. X3 qanun üzrə birinci növbəli vərəsəsi olan uşaqları Cavabdeh1 və Cavabdeh2 anaları X13 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan onlara çatası miras payından və məcburi paylarını qəbul etmədiklərini, imtina etdiklərini bildirmişlər. Ərizələrdə hansı vərəsənin xeyrinə imtina edildiyi göstərilməmişdir. X1 ünvan 3 ünvanında yerləşən əmlakını xx.xx.2007-ci il tarixdə Cavabdeh3 vəsiyyət etmişdir. İddiaçı mərhum anasından miras qalmış əmlakdan ölənin vərəsəsi kimi payları müəyyən edən qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə bağlı aşağıdakı normaları qeyd etməyi vacib hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. X5 21 noyabr 2024-cü ildə öldüyündən və vərəsəlik həmin tarixdə açıldığından mübahisəli münasibətlərə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, mübahisə predmeti əsasən miras əmlakın hüquqi müqəddəratının müəyyən edilməsi ilə bağlı olduğundan ilk növbədə mirasın kütləsinə aid olan əmlak növləri müəyyənləşdirilməli, daha sonra isə həmin əmlakın bölgüsü məsələsinə qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin 1152-ci maddəsinə əsasən, miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Məhkəmə qeyd edir ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X13 adına mirasın açılacağı vaxtadək qeydiyyata alınmışdır və buna görə də həmin əmlak mirasın kütləsinə daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən, vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideyinlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə qeyd edir ki, mərhum mirasqoyan X13 hazırda dörd nəfər övladı sağdır və onlardan ikisi mirasdan imtina etmişlər. Məhkəmə işin bu halını nəzərə alır və hesab edir ki, mərhum X17 Calal qızı 2007-ci ildə əmlakını Cavabdeh3 vəsiyyət etdiyindən və həmin əmlak 2012-ci ildə X13 adına qeydə alındığından, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1152-ci maddəsinə əsasən, miras əmlakda paylar müəyyən edilərkən həmin vəsiyyətnamə nəzərə alınmalı, Cavabdeh3 payı vəsiyyətnaməyə əsasən müəyyən edilməli, ölənin qanun üzrə birinci növbəli vərəsələrindən mirasdan imtina etməmiş vərəsəsinin, yəni İddiaçı miras əmlakda məcburi payı müəyyən edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, X10 miras qalmış ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin 1/4 hissəsi üzərində İddiaçının, qalan 3/4 hissəsi üzərində Cavabdeh3 vərəsə payları müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. X2 miras qalmış ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin 1/4 hissəsi üzərində İddiaçının, qalan 3/4 hissəsi üzərində Cavabdeh3 vərəsə payları müəyyən olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-5737/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5737/2025
12.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver