Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5841/2024 18.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2024-cü il tarixli, 332323 saylı müqavilə üzrə 175 manat əsas, 0 manat cərimə borcu və xx.xx.2024-cü il tarixli, 332320 saylı müqavilə üzrə 200 manat əsas borc, 0 manat cərimə borcu ümumilikdə 375 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə borclu Cavabdeh arasında xx.xx.2023-cü il tarixində-332323 saylı və xx.xx.2023-cü il tarixində- 332320 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, İddiaçı MMC Cavabdeh ilkin ödəniş 15 manat olmaqla, kreditlə 12 ay 25 manat hissə-hissə ödəmək şərtilə 1 ədəd 315 manat məbləğində Tozsoran və ilkin ödəniş 11 azn olmaqla, kreditlə 8 ay 30 manat, 4 ay 25 manat hissə-hissə ödəmək şərtilə 1 ədəd 351 manat məbləğində Samovar satmışdır. Lakin Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməyərək, 332323 saylı alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 25 manat ödəniş etmiş, 332320 saylı alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 25 manat ödəniş etmiş, xx.xx.2024-cü il tarixdən bu günədək heç bir ödəniş etməmişdir, bunun nəticəsində İddiaçı MMC-yə Tozsorana görə əsas borc üzrə 175 manat, hər gecikdiyi gün üçün faiz üzrə 0 manat borcu , Samovara görə əsas borc üzrə 200 manat, hər gecikdiyi gün üçün faiz üzrə 0 manat borcu yaranmışdır. Alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 0.5 manat) gündəlik dəbbə pulu hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 332323 saylı və xx.xx.2023-cü il tarixli, 332320 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh ilkin ödəniş 15 azn olmaqla, kreditlə 12 ay 25 manat hissə-hissə ödəmək şərtilə 1 ədəd 315 manat məbləğində Tozsoran və ilkin ödəniş 11 azn olmaqla, kreditlə 8 ay 30 manat, 4 ay 25 manat hissə-hissə ödəmək şərtilə 1 ədəd 351 manat məbləğində Samovar satmışdır, dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 332323 saylı müqavilə üzrə 175 manat əsas, 0 manat cərimə borcu və xx.xx.2024-cü il tarixli, 332320 saylı müqavilə üzrə 200 manat əsas borc, 0 manat cərimə borcu ümumilikdə 375 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında nisyə alqısatqı barədə müqavilə bağlandıqdan sonra, cavabdeh müqavilə üzrə pul öhdəliyini lazımınca yerinə yetirməmişdir, onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas məbləğlərinin ödənilməsini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 332323 saylı müqavilə üzrə 175 manat əsas borc və xx.xx.2024-cü il tarixli, 332320 saylı müqavilə üzrə 200 manat əsas borc olmaqla, ümumilikdə 375 (üç yüz yetmiş beş) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-5841/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5841/2024
18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver