Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6011/2023 25.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, «Huawei» qol saatı üçün 34 (otuz dörd) manat ödənilməmiş hissə, güzəşt olunaraq 3 (üç) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********40745 «Samsung A12» markalı telefon, Ətçəkən «Panasonic», «Aıwa» qulaqlıq üçün 207,9 (iki yüz yeddi manat doxsan qəpik) manat ödənilməmiş hissə, 20,1 (iyirmi manat on qəpik) manat cərimə pulu olmaqla, 265 (iki yüz altmış beş) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrinə əsasən «Huawei» qol saatı və İmei kod **********40745 «Samsung A12» markalı telefon, Ətçəkən «Panasonic», «Aıwa» qulaqlıq almış və nəticədə 265 (iki yüz altmış beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 345 (üç yüz qırx beş) manat (12 ay x 28,75 manat + 0 manat ilkin ödəniş) olan «Huawei» qol saatı üçün ümumilikdə, 37 (otuz yeddi) manat olmaqla ondan, 34 (otuz dörd) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə; xx.xx.2021-ci il müqaviləsinə əsasən, alqı-satqı qiyməti 941,4 (doqquz yüz qırx bir manat qırx qəpik) manat (18 ay x 52,3 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********40745 «Samsung A12» markalı telefon, Ətçəkən «Panasonic», «Aıwa» qulaqlıq üçün ümumilikdə 228 (iki yüz iyirmi səkkiz) manat olmaqla ondan, 207,9 (iki yüz yeddi manat doxsan qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20,1 (iyirmi manat on qəpik) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1044,5 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il tarixli və xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qayda da, bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC tərəfindən əldə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh qeydiyyat yeri Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, ev 475 eyni zamanda həmin arayışdan görünür ki, cavabdeh sözügedən qeydiyyatdan çıxmışdır. Lakin, AR MPM-nin 36.1-ci yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərilməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrdən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 345 (üç yüz qırx beş) manat olan «Huawei» qol saatı, dəyəri 941,4 (doqquz yüz qırx bir manat qırx qəpik) manat olan İmei kod **********40745 «Samsung A12» markalı telefon, Ətçəkən «Panasonic», «Aıwa» qulaqlıq dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1 faizi miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar «Huawei» qol saatı üçün hər ay 28,75 manat, İmei kod **********40745 «Samsung A12» markalı telefon, Ətçəkən «Panasonic», «Aıwa» qulaqlıq üçün hər ay 52,3 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. 16 avqust 2023-cü il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən «Huawei» qol saatı üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 345 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 34 (otuz dörd) manat borcunu ödəmədiyindən, həmin məbləğə 3 (üç) manat cərimə hesablanmış; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kod **********40745 «Samsung A12» markalı telefon, Ətçəkən «Panasonic», «Aıwa» qulaqlıq üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 941,4 manat olan mal almış, borcunu hissəhissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 207,9 (iki yüz yeddi manat doxsan qəpik) manat borcunu ödəmədiyindən, həmin məbləğə 20,1 (iyirmi manat on qəpik) manat cərimə hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" MMCnin xeyrinə Cavabdeh «Huawei» qol saatı üçün 34 (otuz dörd) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, İmei kod **********40745 «Samsung A12» markalı telefon, Ətçəkən «Panasonic», «Aıwa» qulaqlıq üçün 207,9 (iki yüz yeddi manat doxsan qəpik) manat ödənilməmiş hissə, 20,1 (iyirmi manat on qəpik) manat cərimə borcu olmaqla, 265 (iki yüz altmış beş) manat borc pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" MMC-nin xeyrinə Cavabdeh «Huawei» qol saatı üçün 34 (otuz dörd) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, İmei kod **********40745 «Samsung A12» markalı telefon, Ətçəkən «Panasonic», «Aıwa» qulaqlıq üçün 207,9 (iki yüz yeddi manat doxsan qəpik) manat ödənilməmiş hissə, 20,1 (iyirmi manat on qəpik) manat cərimə borcu olmaqla 265 (iki yüz altmış beş) manat borc və məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-6011/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6011/2023
25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver