Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-6017/2023 31.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizənin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən "xxxx" MMC-in xeyrinə 224,5 manat ödənilməmiş məbləğ, 22,5 manat cərimə olmaqla, cəmi 247 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, ərizədən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı cavabdehdən xx.xx.2021-ci il tarixli müqavilə üzrə LG Led televizorun ödənilməmiş hissəsini tələb etsə də, həmin televizorun cavabdehə satılmasını təsdiq edən sənədi ərizəyə əlavə etməmişdir. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatdan bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-3-cü maddəsinə əsasən tələbin əsaslığını təsdiq edən sənəd ərizədə göstərilməlidir. 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə ərizənin qəbul olunmasından imtina edir. 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul olunmasından imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Beləliklə, məhkəmə qanunun göstərilən müddəalarına əsaslanaraq hesab edir ki, ərizəçi "xxxx" MMC-in Cavabdeh qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərzənin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 284-4.1.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ərizəçi "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərzənin icraata qəbul edilməsindən imtina edilsin . Qərardaddan şikayət verilə bilməz. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-6017/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-6017/2023
31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver