Məhkəmə qərarları › İş №e-2(125)-6046/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6046/2023

02.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6046/2023 02.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X31 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 qarşı miras mülkə vərəsə tanınmaqla, payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 5-ci dalanda istifadəsində olan, 0,0224 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 17,4 kv.m qeyri-yaşayış, 42,4 kv.m köməkçi sahədən ibarət 1A nömrəli fərdi yaşayış evinə vərəsə tanınmaqla, həmin miras mülkə payın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa iddiaçın nümayəndəsi (vəkili) Vəkil məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddia ərizəsində miras əmlakın ünvanı düzgün göstərilmədiyindən, iddiaçının anası Cavabdeh2 Fətəli qızından miras qalmış Gəncə şəhəri, Vaqif küçəsi, 12 nömrəli evə vərəsə tanınmaqla həmin miras mülkə payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası X14, anaları isə Cavabdeh2 Fətəli qızı olmuşdur. X28 xx.xx.1981-ci ildə, anaları Cavabdeh2 isə xx.xx.2021-ci ildə vəfat etmişdir. Ata və analarının birgə nikahlarından 3 övladları olmuşdur. Həmin övladlar o, yəni İddiaçı, X7 və X3r. xx.xx.2004-cü il tarixdə ünvan 1 ünvanında yerləşən evə dair anası Cavabdeh2 5/8, bacıları Zülfıyyə Hüseynovaya 1/8, Həqiqət Vəliyevaya 1/8 və ona 1/8 pay verilərək qeydiyat vəsiqəsi verilmişdir. X22 xx.xx.2016-cı ildə, digər bacısı Həqiqət Hüseynova isə xx.xx.2019-cu ildə vəfat etmişdir. Mərhum bacısı Zülfıyyə Həsənovanın övladları, hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2dır. Digər mərhum bacısı Həqəqiət Hüseynovanın övladı isə hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12r. Anası və bacıları öldükdən sonra o, evdə həm anasının, həm də bacılarının yaslarını yola vermişdir, anasından və bacılarından qalan miras əmlakı o və hazırki iş üzrə cavabdehlər qəbul edərək idarə etmişdirlər. Məhz bu səbəblərdən anasından və bacılarından qalan miras əmlakla bağlı notariat kontoruna müraciət edərək vərəsəlik şəhadətnaməsi verilməsi xahiş olunsa da, Gəncə şəhər 6 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli məktubu ilə ərizənin icrası mümkün olmamışdır. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uğun izahat verib, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq göstərdi ki, üçüncü şəxs X16 ilə razılıq əldə etdiklərinə görə onun da payının müəyyən olunmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 öz payından dayısı İddiaçı xeyrinə imtina etdiyini göstərərək, iddianın təmin olunmasına heç bir etirazının olmadığını bildirdi. Məhkəmə iclasında Cavabdeh2 öz payından dayısı İddiaçı xeyrinə imtina etdiyini göstərərək, iddianın təmin olunmasına heç bir etirazının olmadığını bildirdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 anası X4 çatacaq payı qəbul etdiyindən, miras əmlaka dair onun da payının müəyyən olunmasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 22056 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Vaqif küçəsi- 12 ünvanda yerləşən «A»-35,4 kv.m 2(iki); «B»- 26,1 kv.m 1 (bir) yaşayış otağından ibarət yaşayış evi 1 (tikilisi, bir hissəsi) 5/8 hissədə Cavabdeh2 Fətəli qızının, 1/8 hissədə Zülfiyyə Hüseynovanın, 1/8 hissədə Arzu Cahangir oğlunun və 1/8 hissədə X5 adına mülkiyyət hüququ əsasında xx.xx.2004-cü ildə qeydə alınmışdır. AZB 039963 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1971-ci ildə doğulmuş İddiaçı ata qrafasında X15, ana qrafasında Cavabdeh2 Fətəli qızı kimi qeyd olunmuşdur. AZ-İİ 238763 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 Fətəli qızı xx.xx.2021-ci ildə ölmüşdür. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q-663/15 nömrəli arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Cavabdeh2 Fətəli qızı barəsində xx.xx.2022-ci ilədək yoxlama aparılmış və sağ qalan vərəsəsi oğlu İddiaçı müəyyən edilmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı, Cavabdeh2, Cavabdeh1, X16, ünvan 1 ünvanında qeydiyyatdadır. AZ-İ 790310 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q-682 nömrəli arayışdan görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X8 barəsində xx.xx.2022ci ilədək yoxlama aparılmış və sağ qalan vərəsələri oğlu Cavabdeh1 və qızı Cavabdeh2 müəyyən edilmişdir. İ-AZ 026379 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ata qrafasında X17, ana qrafasında isə X1 qeyd olunmuşdur. İ-AZ 164755 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ata qrafasında X17, ana qrafasında isə X1 qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli, 8İ-6071 reyestr nömrəli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Cavabdeh1 nənəsi Cavabdeh2 Fətəli qızından miras qalmış əmlakın ona çatası payından dayısı İddiaçı xeyrinə imtina etmişdir. xx.xx.2023-cü il tarixli, 8İ-6069 reyestr nömrəli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Cavabdeh2 nənəsi Cavabdeh2 Fətəli qızından miras qalmış əmlakın ona çatası payından dayısı İddiaçı xeyrinə imtina etmişdir. AZ-İ 994928 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2019-cu ildə ölmüşdür. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 05/09İS/174026-23 nömrəli arayışdan görünür ki, X10 barəsində xx.xx.2023-cü ilədək yoxlama aparılmış və sağ qalan vərəsəsi qızı X16 müəyyən edilmişdir. İX-JQ 293127 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ata qrafasında X20, ana qrafasında isə X2 qeyd olunmuşdur. 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisi tərəfindən X11 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1535 nömrəli məktubdan görünür ki, miras qoyan Cavabdeh2 Fətəli qızının qanun üzrə vərəsələri arasında ünvan 1 ünvanında yerləşən miras əmlaka dair mübahisə olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunmuş və məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Gəncə şəhəri, Vaqif küçəsində yerləşən 12 nömrəli fərdi yaşayış evinin 5/8 hissəsi Cavabdeh2 Fətəli qızından miras qalmışdır. Cavabdeh2 Fətəli qızı 2021-ci ildə öldükdən sonra onun birinci növbə vərəsələrindən oğlu İddiaçı, nəvələri Cavabdeh1, Cavabdeh2 və X6 qalmışdır. Həmin vərəsələrdən Cavabdeh1 və Cavabdeh2 nənələri Cavabdeh2 Fətəli qızından miras qalmış əmlakın onlara çatası paylarından dayıları, hazırki iş üzrə İddiaçı xeyrinə imtina etmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 isə nənəsindən miras qalmış və anası X4 çatacaq mirası qəbul etdiyindən, miras əmlaka dair onun da payının müəyyən olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil X16 ilə razılıq əldə etdiklərinə görə onun da payının müəyyən olunmasına heç bir etirazlarının olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verib hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci məaddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir (MM. mad. 1151.2.) MM-in 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. MM-in 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. MM-in 1243.1-1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülkü hüquqda mirasın “qəbul etmə sistemi deyilir”. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsində isə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, ünvan 3 ünvanda yerləşən «A»-35,4 kv.m 2(iki); «B»- 26,1 kv.m 1 (bir) yaşayış otağından ibarət fərdi yaşayış evinin Cavabdeh2 Fətəli qızından miras qalmış 5/8 hissədə payının 10/24 hissəsində İddiaçı, 5/24 hissəsində isə X9 payı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. ünvan 3 ünvanda yerləşən «A»-35,4 kv.m 2(iki); «B»- 26,1 kv.m 1 (bir) yaşayış otağından ibarət fərdi yaşayış evinin Cavabdeh2 Fətəli qızından miras qalmış 5/8 hissədə payının 10/24 hissəsində İddiaçı, 5/24 hissəsində isə X9 payları müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar