Məhkəmə qərarları › İş №e-2(125)-6052/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6052/2023

25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6052/2023 25.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X10, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2750 (iki min yeddi yüz əlli) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 47,90 (qırx yeddi manat doxsan qəpik) manat dövlət rüsumu ümumilikdə 2797,90 (iki min yeddi yüz doxsan yeddi manat doxsan qəpik) manat tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Ford” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil Gəncə şəhəri, F.Əliyev küçəsi ilə hərəkət edən zaman yol hərəkəti qaydalarını pozmuş və nəticədə “Hyundai Elantra” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin hadisə ilə bağlı Gəncə Şəhər Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərarla “Ford” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Gəncə şəhər BPİ tərəfindən qəbul edilmiş, xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda Cavabdeh “Ford” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan idarə etdiyi götərilmiş və xx.xx.2023-cü il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Cavabdeh idarə etdiyi “Ford” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etməsi polisə verdiyi izahatında da öz təsdiqini tapmışdır. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Elantra” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2000 (iki min) manat maddi zərər dəymiş, həmin avtonəqliyyat vasitəsinin sürücüsü X1 yüngül xəsarət yetirilmişdir. PME********** saylı sığorta şəhadətnaməsinə, İAS2305071 və İAS230507 saylı, xx.xx.2023-cü il tarixli Sığorta ödənişi aktlarına əsasən "xxxx" ASC tərəfindən “Hyundai Elantra” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərə görə 2000 (iki min) manat, X1 dəyən zərərə görə 750 (yeddi yüz əlli) manat, cəmi 2750 (iki min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh hadisə vaxtı “Ford” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan yəni, idarəetmə hüququ olmadan idarə etmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş: 27 aprel 2023-cü il tarixli, İAS2305071 nömrəli sığorta ödənişi aktının surətindən görünür ki, PME********** seriya və nömrəli sığorta şəhadətnaməsi əsasında sığortlanmış “Ford” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən xx.xx.2023-cü il tarixində Gəncə şəhəri, F.Əliyev küçəsində manevretmə qaydasının pozulmasına görə X1 dəyən zərərə görə 750 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 27 aprel 2023-cü il tarixli, İAS230507 nömrəli sığorta ödənişi aktının surətindən görünür ki, PME********** seriya və nömrəli sığorta şəhadətnaməsi əsasında sığortlanmış “Ford” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən xx.xx.2023-cü il tarixində Gəncə şəhəri, F.Əliyev küçəsində manevretmə qaydasının pozulmasına görə “Hyundai Elantra” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərə görə 2000 (iki min) manat sığorta ödənişi həyata keçirilmişdir. PME********** nömrəli, 26 sentyabr 2022-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, müqavilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək qüvvədədir. Sığortalı X9, sığorta olunan nəqliyyat vasitəsi “Ford” markalı, **- MA-*** dövlət qeydiyyat nişanlı avtomobildir. 31 mart 2023-cü il tarixli qüsur aktının surətindən görünür ki, xx.xx.2023-cü il tarixində baş vermiş sığorta hadisəsi zamanı “Hyundai Elantra” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 955 manat təmir olunmalı ehtiyyat hissələri, 1045 manat işçilik olmaqla, cəmi 2000 (iki min) manat məbləğində ziyan dəymişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 25 aprel 2023-cü il tarixli, 572-04/23 SH nömrəli məktubunda Cavabdeh “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə uyğun olaraq zərərçəkənə ödəniləcək sığorta ödənişinin ondan geri alınacağı bildirilmişdir. Gəncə Şəhər Məhkəməsinin 3(125)-815/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və ona 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. 13 aprel 2023-cü il tarixli, İXP ******* nömrəli “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən” X12 Protokolun surətindən görünür ki, 20 mart 2023-cü il tarixində saat 10:49-da Cavabdeh tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.8-ci maddələrində göstərilən hallara yol verilmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. 15 may 2023-cü il tarixli “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, Cavabdeh 20 mart 2023-cü il tarixində saat 10:49-da “Ford” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarının pozulması, Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yerinə yetirilməsi nəticəsində Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiyinə görə xx.xx.2023-cü il tarixdə sürücülük hüququndan 6 aylıq məhrum olunmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 04 aprel 2023-cü il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində qeydn olunan yol-nəqliyyat hadisəsi faktı üzrə sürücü X5 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsin ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci (əməldə cinayət tərkibi olmadıqda) maddəsi ilə rədd edilməsi, qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokuroruna göndərilməsi, qəbul edilmiş qərarın surəti sürücü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. X4 Gəncə şəhər Baş Polis İdarəsində verdiyi izahatının surətindən görünür ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. 2022-ci ildən “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır. “Hyundai Elantra” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 məxsusdur. Həmin avtomobili ebtibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində idarə etdiyi “Hyundai Elantra” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Zərifə Əliyeva küçəsi ilə üzü Heydər Əliyev prospektinə doğru 40-50 km/saat sürətlə hərəkətdə olmuşdur. Həmin vaxt o, avtomobildə tək olmuşdur. O, idarə etdiyi avtomobillə Zərifə Əliyeva küçəsi ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində yerləşən işıqfora çatanda görmüşdür ki, işıqforun qırmızı işığı yanır, bu zaman avtomobilin tormuz sistemini sıxaraq avtomobili dayandırmışdır ki, işıqforun yaşıl işığı yansın və hərəkətini davam etdirsin. Bu zaman Üzeyir Hacıbəyov küçəsindən, yəni sağ tərəfdən işıqforun yaşıl işığından sola tərəf dönmə əməliyyatı edən “Ford” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək onun üzərinə doğru gəlməsini görmüş və həmin avtomobilin qabaq sol tərəfi ilə onun avtomobilinin sol yan tərəfi toqquşmuşdur. Nəticədə o, sağ əlindən xəsarət almışdır. Hadisə zamanı hadisə yerinə tanınmadığl şəxslər toplaşmışlar. Sonradan hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. Sonra hər iki avtomobili DYPŞ-nin müvəqqəti duracağına yerləşdirmişlər. Daha sonra o, narkoloji dispanserə getmiş orada sərxoşluq müayinəsindən keçmiş və sərxoş olmadığı müəyyən olunmuşdur. Sonradan sağ əlində ağrılar artdığından xx.xx.2023-cü il tarixdə 3 nömrəli xəstəxanaya müayinə və müalicə olunmaq üçün getmişdir. Xəstəxanada tibb işçiləri tərəfindən tibbi yardım göstərildikdən sonra o, yaşadığı evə getmişdir. Cavabdeh Gəncə şəhər Baş Polis İdarəsində verdiyi izahatının surətindən görünür ki, rəsmi olaraq heç bir yerdə işləmir. 2021-ci ildən “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. “Ford” tranzit yük markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsusdur. O, həmin avtomobili etibarnamə olmadan idarə edir. xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində idarə etdiyi ““Ford” tranzit yük markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi ilə 40 km/saat sürətlə hərəkətdə olmuşdur. Həmin vaxt o, avtomobildə tək olmuşdur. O, idarə etdiyi avtomobillə Üzeyir Hacıbəyov küçəsi ilə Zərifə Əliyeva küçəsinin kəsişməsində yerləşən işıqfora çatanda görmüşdür ki, işıqforun yaşıl işığı yanır. O, həmin vaxt sola tərəf dönmə əməliyyatı edəndə idarəetməni itirərək¸ avtomobilin qabaq sol tərəfi ilə Zərifə Əliyeva küçəsində işıqforun qırmızı işığında dayanmış vəziyyətdə olan “Hyundai Elantra” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfi ilə toqquşmuşdur. Hadisə zamanı hadisə yerinə tanımadığı şəxslər toplaşmışlar. Sonradan hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. Sonra hər iki avtomobili DYPŞ-nin müvəqqəti duracağına yerləşdirmişlər. Daha sonra polis əməkdaşları onu orada sərxoşluq müayinəsindən keçirtmişlər və onun sərxoş olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X14 canlı şəxsin ekspertizası barədə 27 mart 2023-cü il tarixli, 422 nömrəli ekspert rəyinin surətindən görünür ki, vətəndaş X4 bədəni üzərində müəyyən edilmiş xəsarət – sağ əlin V barmağının yumşaq toxumalarının əzilməsi, qançır və şişkinliyi – bərk KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. ƏN-Vİİİ seriyalı, 738221 nömrəli, 13 fevral 2023-cü il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, X8 “Hyundai Elantra” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə verməyi X7 etibar etmişdir. Etibarnamə 1 il müddətinə verilmişdir və xx.xx.2024-cü il tarixinədək qüvvədədir. BD102283 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh sürücülük hüququ vardır. Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsusdur. BD106498 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X2 hüququ vardır. Nəqliyyat vasitəsinin uçot kartoçkasının surətindən görünür ki, “Hyundai Elantra” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 məxsusdur. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən 2750 manat məbləğində pul X4 hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş gün müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun: 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 25.2-ci maddəsində qeyd olunur ki, “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Ford” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil yol hərəkəti qaydalarını pozmuş və nəticədə “Hyundai Elantra” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. 13 aprel 2023-cü il tarixli, İXP ******* nömrəli “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən” X12 Protokola əsasən Cavabdeh tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.8-ci maddələrində göstərilən hallara yol verilmiş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. 15 may 2023cü il tarixli “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” qərara əsasən Cavabdeh 20 mart 2023-cü il tarixində saat 10:49-da “Ford” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarının pozulması, Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yerinə yetirilməsi nəticəsində Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Gəncə Şəhər Məhkəməsinin 3(125)-815/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və ona 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Eyni zamanda Cavabdeh Gəncə şəhər Baş Polis İdarəsində verdiyi verdiyi izahatında da “Ford” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etdiyini qeyd etmişdir. 27 aprel 2023-cü il tarixli, İAS2305071 nömrəli və 27 aprel 2023-cü il tarixli, İAS230507 nömrəli sığorta ödənişi aktlarına əssən PME********** seriya və nömrəli sığorta şəhadətnaməsi əsasında sığortlanmış “Ford” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən xx.xx.2023-cü il tarixində Gəncə şəhəri, F.Əliyev küçəsində manevretmə qaydasının pozulmasına görə X1 dəyən zərərə görə 750 (yeddi yüz əlli) manat məbləğində “Hyundai Elantra” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərə görə 2000 (iki min) manat sığorta ödənişləri həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından da görünür ki, "xxxx" ASC tərəfindən 2750 manat məbləğində pul X4 hesabına köçürülmüşdür. Bununla da iddiaçının Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, sığorta ödənişinin əvəzi olaraq 2750 (iki min yeddi yüz əlli) manat pul Cavabdeh alınaraq iddiaçı "xxxx" ASCyə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 47,90 (qırx yeddi manat doxsan qəpik) manat dövlət rüsumu da Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 2750 (iki min yeddi yüz əlli) manat və məhkəmə xərci qismində 47,90 (qırx yeddi manat doxsan qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 2797,90 (iki min yeddi yüz doxsan yeddi manat doxsan qəpik) manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar