Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-6086/2024 18.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu, "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə "xxxx" MMC Cavabdeh qarşı xx.xx.2019-cu il tarixli, 00735038 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.827 manat, cərimə qismində 869 manat, xx.xx.2019-cu il tarixli, 00735081 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.898 manat, cərimə qismində 570 manat, cəmi 6.164 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 81 manat 64 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab olunur ki, "xxxx" MMC-nin Cavabdeh qarşı hazırki iddia tələbi üzrə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-2755/2020 nömrəli qətnaməsi olduğundan iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-2755/2020 nömrəli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən «Hoffman» markalı mikrodalğalı soba və soyuducu, «Samsung» markalı paltaryuyan üçün 2.877 manat ödənilməmiş hissə, 7 manat cərimə, «Gorenje» markalı qabyuyan, soba və piltə üçün 1.898 manat ödənilməmiş hissə, 6 manat cərimə, ümumilikdə 4.788 manat borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Göründüyü kimi "xxxx" MMCnin Cavabdeh qarşı hazırki iddia tələbinə dair iddiasına Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-2755/2020 nömrəli qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yeni iddia qaldırmağa mane olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən ödənilmiş 81 manat 64 qəpik məbləğində dövlət rüsumu (tarix:xx.xx.2024; qəbz nömrəsi:********) dövlət büdcəsindən "xxxx" MMC-yə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin. Ödənilmiş 81 (səksən bir) manat 64 (altmış dörd) qəpik məbləğində dövlət rüsumu (tarix:xx.xx.2024; qəbz nömrəsi:********) dövlət büdcəsindən İddiaçınə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-6086/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-6086/2024
18.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver