Məhkəmə qərarları › İş №e-2(125)-6120/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6120/2024

11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6120/2024 11.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********88353 «İPHONE 15 PRO» markalı telefon, «APPLE» Adapter üçün 3129,7 (üç min yüz iyirmi doqquz manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 441,3 (dörd yüz qırx bir manat otuz qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən «Playstation 5, PS5 oyun pultu» üçün 1877,42 (bir min səkkiz yüz yetmiş yeddi manat qırx iki qəpik) manat ödənilməmiş hissə, 297,58 (iki yüz doxsan yeddi manat əlli səkkiz qəpik) manat cərimə pulu olmaqla, ümumilikdə 5746 (beş min yeddi yüz qırx altı) manat borc və 77,46 (yetmiş yeddi manat qırx altı qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmı xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********88353 İPHONE 15 PRO markalı telefon, APPLE ADAPTER , PLAYSTATİON 5, PS5 oyun pultu almış və nəticədə 5746 (beş min yeddi yüz qırx altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4013,8 (dörd min on üç manat səksən qəpik) manat (18 ay x 184.1 manat + 700 manat ilkin ödəniş) olan İmei kod **********88353 İPHONE 15 PRO markalı telefon, APPLE ADAPTER üçün ümumilikdə, 3571 (üç min beş yüz yetmiş bir) manat olmaqla ondan, 3129.7 (üç min yüz iyirmi doqquz manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 441.3 (dörd yüz qırx bir manat otuz qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1987.92 (min doqquz yüz səksən yeddi manat doxsan iki qəpik) manat (18 ay x 110.44 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATİON 5, PS5 oyun pultu üçün ümumilikdə, 2175 (iki min yüz yetmiş beş) manat olmaqla ondan, 1877.42 (min səkkiz yüz yetmiş yeddi manat qırx iki qəpik) manat ödənilməmiş hissə, 297.58 (iki yüz doxsan yeddi manat əlli səkkiz qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 994.6 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il və xx.xx.2023-cü il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanmaqla, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə tərəfindən bildiriş cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilmiş və həmin orqan tərəfindən məhkəmə bildirişinin üzərində müvafiq qeydlər olunmaqla bildirişin kötüyü məhkəməyə qaytarılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2023cü il tarixli müqavilələrdən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 4013,8 manat olan İmei kod **********88353 «İPHONE 15 PRO» markalı telefon, «APPLE» Adapter və dəyəri 1987,92 manat olan «Playstation 5, PS5 oyun pultu» dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1 faizi miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilələr üzrə sonrakı aylar İmei kod **********88353 «İPHONE 15 PRO» markalı telefon, «APPLE» Adapter üçün hər ay 184,1 manat, «Playstation 5, PS5 oyun pultu» üçün hər ay 110,44 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən olan İmei kod **********88353 «İPHONE 15 PRO» markalı telefon, «APPLE» Adapter üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 4013,8 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 3129,7 (üç min yüz iyirmi doqquz manat yetmiş qəpik) manat borcunu ödəmədiyindən, həmin məbləğə 441,3 (dörd yüz qırx bir manat otuz qəpik) manat cərimə hesablanmış; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən «Playstation 5, PS5 oyun pultu» üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 1987,92 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 1877,42 (bir min səkkiz yüz yetmiş yeddi manat qırx iki qəpik) manat borcunu ödəmədiyindən, həmin məbləğə 297,58 (iki yüz doxsan yeddi manat əlli səkkiz qəpik) manat cərimə hesablanmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 77,46 (yetmiş yeddi manat qırx altı qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən İmei kod **********88353 «İPHONE 15 PRO» markalı telefon, «APPLE» Adapteri 4013,8 manata almış, həmin məbləğdən 884,1 manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-yə 3129,7 manat əsas borcu qalmış, qalıq borca 441,3 manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən «Playstation 5, PS5 oyun pultu» 1987,92 manata almış, həmin məbləğdən 110,5 manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-yə 1877,42 manat əsas borcu qalmış, qalıq borca 297,58 manat dəbbə pulu hesablanmışdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə cərimə (dəbbə) pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 738,88 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 6 (altı) manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC-nin xeyrinə Cavabdeh İmei kod **********88353 «İPHONE 15 PRO» markalı telefon, «APPLE» Adapter üçün 3129,7 (üç min yüz iyirmi doqquz manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, «Playstation 5, PS5 oyun pultu» üçün 1877,42 (bir min səkkiz yüz yetmiş yeddi manat qırx iki qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə borcu olmaqla, ümumilikdə 5013,12 (beş min on üç manat on iki qəpik) manat borc pul tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 77,46 (yetmiş yeddi manat qırx altı qəpik) manat dövlət rüsumunun 70,13 (yetmiş manat on üç qəpik) manatı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" MMC-nin xeyrinə Cavabdeh İmei kod **********88353 «İPHONE 15 PRO» markalı telefon, «APPLE» Adapter üçün 3129,7 (üç min yüz iyirmi doqquz manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, «Playstation 5, PS5 oyun pultu» üçün 1877,42 (bir min səkkiz yüz yetmiş yeddi manat qırx iki qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə borcu olmaqla, ümumilikdə 5013,12 (beş min on üç manat on iki qəpik) manat və məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumunun 70,13 (yetmiş manat on üç qəpik) manatı tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar