Məhkəmə qərarları › İş №e-2(125)-6133/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-6133/2024

18.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-6133/2024 18.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə "xxxx" MMC Cavabdeh qarşı xx.xx.2018-ci il tarixli, 00323865 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 49 manat 74 qəpik, cərimə qismində 4 manat 26 qəpik, xx.xx.2018-ci il tarixli, 00371733 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.500 manat 40 qəpik, cərimə qismində 150 manat 60 qəpik, cəmi 1.705 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 manat 05 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab olunur ki, İddiaçı MMC-nin Cavabdeh qarşı həmin tələb üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-3134/2020 nömrəli qətnaməsi olduğundan iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-3134/2020 nömrəli qətnaməsinə əsasən Cavabdeh cəmi 1.705 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Göründüyü kimi İddiaçı MMC-nin Cavabdeh qarşı həmin tələb üzrə iddiasına Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-3134/2020 nömrəli qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yeni iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən ödənilmiş 37 manat 05 qəpik məbləğində dövlət rüsumu (tarix:xx.xx.2024; qəbz nömrəsi:********) dövlət büdcəsindən "xxxx" MMC-yə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin. Ödənilmiş 37 (otuz yeddi) manat 05 (beş) qəpik məbləğində dövlət rüsumu (tarix:xx.xx.2024; qəbz nömrəsi:********) dövlət büdcəsindən İddiaçı MMC-yə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar