Məhkəmə qərarları › İş №e-2(125)-6175/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6175/2023

27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6175/2023 27.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5263,46 (beş min iki yüz altmış üç manat qırx altı qəpik) AZN, 3210 (üç min iki yüz on) AZN dəbbə pulu, vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) AZN və dövlət rüsumu 105 (bir yüz beş) AZN pul vəsaitinin tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında 03 may 2021-ci il tarixli “əməkdaşlıq müqaviləsi” bağlanmışdır. Həmin müqaviləsə əsasən, İddiaçı tərəfindən satışı həyata keçirilən məhsulların pul vəsaiti ödənilmədiyi halda borc məbləği İddiaçındən tutulması nəzərdə tutulmuşdur. Belə ki, BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 647-MEA-0381-22 saylı kredit müqaviləsi üzrə 5263,46 (beş min iki yüz altmış üç manat qırx altı qəpik) AZN məbləğində borcu yaranmışdır. Müqavilə şərtlərinə əsasən İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixində mövcud borc məbləği BOKT "xxxx" QSC-yə ödəmişdir. Cavabdeh 5263,46 (beş min iki yüz altmış üç manat qırx altı qəpik) AZN olan borcu İddiaçı MMC-yə ödəməyə qanunsuz və əsassız olaraq qəsdən yayınır. Bununla da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbini pozur. Həmçinin, Cavabdeh müqavilə cədvəlinə əsasən aprel ayında olunacaq ödənişlərini dayandırmış, yəni müqavilə şərtlərini pozaraq, bu günədək 122 gün gecikdirmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti (alıcı) tərəfindən ödəməli olan dəbbə pulu məbləği aşağıdakı qaydadadır: 5263 manat x 0,5 % = 26,3 manat, 26,3 manat x 122 gün = 3210 (üç min iki yüz on) AZN. Eyni zamanda Cavabdeh şərtləşdiyi (Müqavilənin 1.3-cü maddəsi 18 ay müddəti) müddət ərzində bütün şifahi xəbərdarlıqlara baxmayaraq, ödəmədən imtina etdiyindən Azərbaycan Respublikası Mülki Məcəllənin 445.2-ci maddəsinin tələbinə uyğun olaraq öhdəliyin icrasını gecikdirmiş sayılır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 03 may 2021-ci il tarixli əməkdaşlıq müqaviləsindən görünür ki, satıcı (İddiaçı) bir və ya bir neçə avadanlığı kreditlə əldə etmək istəyən Müştəriyə Kreditordan (BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyəti) müvafiq məbləğə qədər kredit almağı təklif edir. Kreditor həmin müştərinin kredit ödəmə qabiliyyətini qiymətləndirərək təsdiq etdikdən sonra ona bu müqavilədə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş müvafiq kredit qaydalarına uyğun olaraq kredit verməyi öz öhdəsinə götürür. Borc almaq istəyən müştərilərə kreditor tərəfindən verilən kreditlərin illik faiz dərəcəsi, kreditləşdirmə müddəti və məbləği qanunvericiliyə və kreditorun qayda və tələblərinə uyğun olaraq müəyyənləşdirilir. İddiaçı tərəfindən satışı həyata keçirilən məhsulların pul vəsaiti ödənilmədiyi halda borc məbləği İddiaçındən tutulması nəzərdə tutulmuşdur. BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 647-MEA-0381-22 saylı kredit müqaviləsindən görünür ki, “Borcverən” “Borcalan”a İddiaçı MMC tərəfindən satışı həyata keçirilən məhsulu/məhsulları almaq məqsədilə 8000 (səkkiz min) AZN məbləğində istehlak krediti verməyi öhdəsinə götürmüşdür. Bu müqaviləyə əsasən alınmış gözəllik və sağlamlıq üçün texnika/Lumex MS **********1585 1(bir) ədəd (bundan sonra “Girov Predmeti”) “Borcverən”in xeyrinə girov qoyulur. “Girov Predmeti” “Borcalan”da qalır. Kredit “Borcalan”a kreditdən istifadə haqqı illik 0 faiz hesablanmaqla 18 ay müddətinə verilir. Kreditin faktiki illik faiz dərəcəsi 0 faizdir. BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 647-MEA-0381-22 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh 8000 AZN pulu xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 18 ay müddətində hər ayın 20-i tarixində 444 manat, sonuncu ay isə 452 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Gecikdirilən ödəniş məbləğinə hər gün 0,5 faiz cərimə hesablanır. BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 647-MEA-0381-22 saylı əmlak girovu müqaviləsinin surətindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2022-ci il tarixli, 647-MEA-0381-22 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh 18 ay müddətinə qaytarmaq şərti ilə 8000 (səkkiz min) AZN məbləğində kredit verir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 647-MEA- 0381-22 saylı kredit müqaviləsi və həmin müqaviləyə ediləcək əlavələr ilə əlaqədar olaraq Cavabdeh “Borcverən” qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “Girov qoyan” kreditin, ona hesablanmış faizlərin, həmçinin kredit müqaviləsinin lazımi qaydada yerinə yetirilməməsi nəticəsində “Borcverən”ə vurulmuş zərərin əvəzinin ödənilməsinin təminatı olaraq bazar dəyəri 8000 (səkkiz min) AZN olan daşınar əşyanı “Girov saxlayan”a girov qoyur. BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin N MA-00003-23 nömrəli, 19 iyul 2023cü il tarixli maliyyə arayışının surətindən görünür ki, BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 647-MEA-0381-22 saylı kredit müqaviləsi üzrə yaranmış 5263,46 manat məbləğində əsas, 0,00 manat məbləğində faiz borcu, 0,00 manat məbləğində cərimə olmaqla, ümumilikdə 5263,46 manat kredit borcu İddiaçı MMC ilə BOKT "xxxx" QSC arasında bağlanmış 03 may 2021-ci il tarixli əməkdaşlıq haqqında müqavilənin şərtlərinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə BOKT "xxxx" QSC tərəfindən İddiaçı MMC-yə ödənilən məbləğlərdən tutulmuşdur. 11 may 2023-cü il tarixli, 2325/23 nömrəli xəbərdarlığın surətindən görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə onlara qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, iş üzrə iddiaçının nümayəndəsini dinləyərək və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 478-ci maddəsinə əsasən qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. 489.1-ci maddəsinə əsasən qarantın qarantiya üzrə benefisiara ödənilmiş məbləğlərin əvəzinin ödənilməsini prinsipaldan reqres qaydasında tələb etmək hüququ qarantla prinsipialın icrası üçün qarantiya verilmiş razılaşması ilə müəyyənləşdirilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 03 may 2021-ci il tarixli əməkdaşlıq müqaviləsinə əsasən, İddiaçı tərəfindən satışı həyata keçirilən məhsulların pul vəsaiti ödənilmədiyi halda borc məbləği İddiaçındən tutulması nəzərdə tutulmuşdur. BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 647-MEA-0381-22 saylı kredit müqaviləsinə əsasən “Borcverən” “Borcalan”a İddiaçı MMC tərəfindən satışı həyata keçirilən məhsulu/məhsulları almaq məqsədilə 8000 (səkkiz min) AZN məbləğində istehlak krediti verməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə Cavabdeh 5263,46 (beş min iki yüz altmış üç manat qırx altı qəpik) AZN məbləğində borcu yaranmışdır. Müqavilə şərtlərinə əsasən İddiaçı MMC tərəfindən mövcud borc məbləği BOKT "xxxx" QSC-yə ödənilmişdir. Hal-hazırda Cavabdeh 5263,46 (beş min iki yüz altmış üç manat qırx altı qəpik) AZN borcunu İddiaçı MMC-yə ödəmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Müqavilənin şərtlərinə uyğun əsas borca cərimə məbləği hesablamışdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə cərimə (dəbbə) pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 3210 (üç min iki yüz on) AZN məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 20 (iyirmi) AZN məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5263,46 (beş min iki yüz altmış üç manat qırx altı qəpik) AZN məbləğində əsas, 20 (iyirmi) AZN cərimə olmaqla, ümumilikdə 5283,46 (beş min iki yüz səksən üç manat qırx altı qəpik) AZN İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün 105 (bir yüz beş) AZN məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi 105 (bir yüz beş) AZN məbləğində dövlət rüsumunun 72,83 (yetmiş iki manat səksən üç qəpik) AZN hissəsi iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BD1 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına 320 (üç yüz iyirmi) AZN ödəniş edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericiliyin tələbi və iddiaçının xahişi nəzərə alınmaqla, İddiaçı tərəfindən vəkilə hüquqi xidmətə görə ödənilmiş 320 (üç yüz iyirmi) AZN pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5263,46 (beş min iki yüz altmış üç manat qırx altı qəpik) AZN məbləğində əsas, 20 (iyirmi) AZN məbləğində cərimə olmaqla, ümumilikdə 5283,46 (beş min iki yüz səksən üç manat qırx altı qəpik) AZN və məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumunun 72,83 (yetmiş iki manat səksən üç qəpik) AZN hissəsi və vəkilə hüquqi xidmətə görə ödənilmiş 320 (üç yüz iyirmi) AZN tutularaq, İddiaçı hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar