Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-621/2023 16.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, xx.xx.2020-ci il tarixli müqavilə üzrə HOFFMANN LED Tv üçün 41 (qırx bir) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə olmaqla, ümumilikdə 45 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2020ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN LED Tv almış və nəticədə 45 (qırx beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 648 (altı yüz qırx səkkiz) manat (12 ay x 54 manat + 0 manat ilkin ödəniş ) olan HOFFMANN LED Tv üçün ümumilikdə 45 (qırx beş) manat olmaqla, ondan, 41 (qırx bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4 (dörd) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 607 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlər əsas gətirilərək, xx.xx.2020-ci il tarixli müqavilə üzrə HOFFMANN LED Tv üçün 41 (qırx bir) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə olmaqla, ümumilikdə 45 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, bildirmişdir ki, xx.xx.2020-ci il tarixli müqaviləyə əlavə tərtib edilmiş, ödənişi emanat və MilliÖn terminallarında, kontakt.az saytında əldə edə biləcəkləri, mağazalar şəbəkəsi və E-Ticarət qovluğuna daxil olmaq lazım olduğu qeyd olunmuş və Cavabdeh ünvanına poçt vasitəsilə göndərilmişdir. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, o iddia tələbini qəbul etmir ,"xxxx" MMC ilə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən ona verilmiş ödəniş cədvəli üzrə o, hər ayın 20-də vaxtlı-vaxtında ödənişlər etmişdir. Lakin o, xx.xx.2020-ci il tarixdə rəsmən bildirişə əsasən COVİD-19 xəstəliyinə yoluxduğu üçün ödəniş edə bilməmişdir. 1 saylı şəhər poliklinikasının 11 iyun 2021-ci il tarixli arayışı da sübut edir ki, o, həqiqətən xəstə olmuşdur. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə görə xəstə olduğu dövrdə ona yalnız qapalı mühitdə olması tövsiyyə olunursa, o necə xx.xx.2020-ci ildə sərbəst hərəkət edərək, ödəniş cədvəlinə əsasən vaxtında ödəniş edə bilərdi. Buna görə də onun üzrlü səbəbdən gecikməsi olduğu üçün iddianı əsassız hesab edir. Hər gecikən gün üçün 2 manata cərimə hesablanmış və həmin cəriməni də uzun müddət gecikdirdikləri üçün bu günə 45 manata çatdırmışlar. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 648 (altı yüz qırx səkkiz) manat (12 ay x 54 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN LED Tv almışdır. İş materiallarına əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-nə HOFFMANN LED Tv üçün 41 (qırx bir) manat ödənilməmiş hissə, 4 (dörd) manat dəbbə pulu, ümumilikdə 45 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər 1 №li şəhər poliklinikasının 356/21 saylı arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək COVİD-19 xəstəliyi ilə Gəncə şəhər 1 №li şəhər poliklinikasında qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN LED Tv almış, lakin alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, müqavilə üzrə ödənişləri nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdeh xəstə olduğu və qapalı mühitdə olduğu üçün ödənişi üzürlü səbəbdən gecikdirdiyini qeyd etsə də, təqdim edilmiş sübutlardan görünür ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək xəstə olmuşdur ki, bu da ödəmələrini həyata keçirməsinə maneə yaratmamışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, alqı-satqı müqaviləsi üzrə 41 (qırx bir) manat əsas borc, 4 (dörd) manat dəbbə pulu olmaqla, cəmi 45 manat borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 41 (qırx bir) manat manat əsas borc, 4 (dörd) manat dəbbə pulu olmaqla, cəmi 45(qırx beş) manat borc və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(125)-621/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-621/2023
16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver