Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-622/2025 13.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı cavabdeh Həsənova (Muxtarova) İradə Müstəqil qızına qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı MMC, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 630 manat ödənilməmiş əsas və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1610 manat ödənilməmiş əsas borcu və ödənilmiş 42,40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2282,40 manat pul vəsaitinin cavabdeh Həsənova (Muxtarova) İradə Müstəqil qızından tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış GNK5985870 nömrəli müqavilədə cavabdeh ümumi qiyməti 1240 manat olan məişət avadanlığını almasını, əşyanın dəyərinin ilkin 106 manatını ödəməsini, qalan 1134 manat borcunu isə hər ay 63 manat olmaqla 18 ay müddətinə kreditora ödəyəcəyini etiraf etmişdir. Bundan başqa, tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış GNK6398285 nömrəli müqavilədə cavabdeh ümumi qiyməti 2150 manat olan məişət avadanlığını almasını, əşyanın dəyərinin ilkin 425 manatını ödəməsini, qalan 1725 manat borcunu isə hər ay 115 manat olmaqla 15 ay müddətinə kreditora ödəyəcəyini etiraf etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, cavabdehin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 2240 manat əsas borcu qalıb. Müqavilələrdə tərəflər arasında yaranmış mübahisənin pretenziya qaydasında həll olunmağı nəzərdə tutulmadığından cavabdeh tərəfə pretenziya məktubu göndərilməmişdir. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq xəbərnamə işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçının verdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş 630 manat və xx.xx.2023cü il tarixli müqavilə üzrə ödənilməmiş 1610 manat, ümumilikdə 2240 manat əsas (qalıq) borcu vardır. İddia tələbinə görə cavabdeh tərəfindən hər iki müqavilə üzrə qismən ödəniş edilmişdir. Hər iki müqavilədə nəzərdə tutulmuşdur ki, borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğə görə hər gün üçün 1 %-dək faiz dərəcəsi ilə hesablanan cərmə faizləri ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (maddə 882.1). Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında şifahi qaydada məişət əşyasının alğı-satqısı barədə müqavilələr bağlandıqdan sonra, borcun etiraf edilməsinə dair müqavilələr bağlanmış, cavabdeh iddiaçı qarşısında müqavilələr üzrə borc öhdəliyi olduğunu etiraf etmişdir. Lakin, cavabdeh müqavilələr üzrə etiraf etdiyi pul öhdəliyini lazımınca yerinə yetirməmiş, onun iddiaçı qarşısında xx.xx.2023-cü il tarixli müqavilə üzrə 630 manat və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1610 manat icra edilməmiş pul öhdəliyi qalmışdır. Odur ki, iddiaçı cavabdehdən hər iki müqavilə üzrə yaranmış əsas borc məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2023-cü il tarixli müqavilə üzrə yaranmış 630 manat əsas borc və xx.xx.2023-cü il tarixli müqavilə üzrə yaranmış 1610 manat əsas borc olmaqla, cəmi 2240 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia tələbi təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 42,40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Həsənova (Muxtarova) İradə Müstəqil qızından xx.xx.2023-cü il tarixli müqavilə üzrə yaranmış 630 manat əsas borc və xx.xx.2023-cü il tarixli müqavilə üzrə yaranmış 1610 manat əsas borc olmaqla, ümumilikdə 2240 (iki min iki yüz qırx) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 42,40 (qırx iki manat qırx qəpik) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-622/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-622/2025
13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver