Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-6222/2023 12.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X4, Ərizəçi İddiaçı maraqlı şəxslər Mikayılova (Həsənova) Saçlı Hüseyn qızı, X2, Qarayeva (Həsənova) Rahilə Hüseyn qızı, Maraqlı şəxs2 və Gəncə şəhəri 1 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, müəyyən etdim: Ərizəçi İddiaçı maraqlı şəxslər Mikayılova (Həsənova) Saçlı Hüseyn qızı, X2, Qarayeva (Həsənova) Rahilə Hüseyn qızı, Maraqlı şəxs2 və Gəncə şəhəri 1 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 miras qalmış ünvan 1 ünvanında yerləşən əmlaka ərizəçi tərəfindən faktiki qəbul edilməsi, əmlaka sahiblik etməyi və əmlakı faktiki idarə etmək faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki ərizəni icraata götürmək haqqında qərardad çıxarılana qədər ərizəçi İddiaçı nümayəndəsi (vəkil) Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Odur ki, hesab edirəm ki, ərizəçi İddiaçı maraqlı şəxslər Mikayılova (Həsənova) Saçlı Hüseyn qızı, X2, Qarayeva (Həsənova) Rahilə Hüseyn qızı, Maraqlı şəxs2 və Gəncə şəhəri 1 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçi İddiaçı geri qaytarılmalıdır. Həmçinin ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçi İddiaçı geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara аldım: Ərizəçi İddiaçı maraqlı şəxslər Mikayılova (Həsənova) Saçlı Hüseyn qızı, X2, Qarayeva (Həsənova) Rahilə Hüseyn qızı, Maraqlı şəxs2 və Gəncə şəhəri 1 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçi İddiaçı geri qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçi İddiaçı geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-6222/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-6222/2023
12.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver