Məhkəmə qərarları › İş №e-2(125)-625/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-625/2024

08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-625/2024 08.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu: **********47258 olan Samsung Galaxy A32 markalı telefon üçün 437.6 manat ödənilməmiş hissə, 43.4 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu: **********00966 olan Samsung Galaxy A32 markalı telefon üçün 433.76 manat ödənilməmiş hissə, güzəşt olunaraq 43.24 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu: **********35059 olan Samsung Galaxy A22 markalı telefon üçün 49.6 manat ödənilməmiş hissə, 4.4 manat cərimə olmaqla, ümumilikdə 1012 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.12 manat pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu: **********47258 olan Samsung Galaxy A32 markalı telefon, İMEİ kodu: **********00966 olan Samsung Galaxy A32 markalı telefon və İMEİ kodu: **********35059 olan Samsung Galaxy A22 markalı telefon almış və nəticədə 1012 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 588 manat (12 ay x 49 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu: **********47258 olan Samsung Galaxy A32 markalı telefon üçün ümumilikdə 481 manat olmaqla ondan, 437.6 manat ödənilməmiş hissə, güzəşt olunaraq 43.4 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 699.96 manat (12 ay x 58.33 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu: **********00966 olan Samsung Galaxy A32 markalı telefon üçün ümumilikdə 477 manat olmaqla ondan, 433.76 manat ödənilməmiş hissə, güzəşt olunaraq 43.24 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 648 manat (12 ay x 54 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu: **********35059 olan Samsung Galaxy A22 markalı telefon üçün ümumilikdə 54 manat olmaqla ondan, 49.6 manat ödənilməmiş hissə, güzəşt olunaraq 4.4 manat cərimə borcu var. Cavabdehin cəmi ödədiyi məbləğ 1015 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İş materiallarında olan satıcı "xxxx" ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, dəyəri 588 manat olan İMEİ kodu: **********47258 olan Samsung Galaxy A32 markalı telefon; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, dəyəri 699.96 manat olan İMEİ kodu: **********00966 olan Samsung Galaxy A32 markalı telefon və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, dəyəri 648 manat olan İMEİ kodu: **********35059 olan Samsung Galaxy A22 markalı telefon satıcı tərəfindən alıcının mülkiyyətinə verilmiş, alıcı əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu: **********47258 olan Samsung Galaxy A32 markalı telefon üçün 437.6 manat ödənilməmiş hissə, 43.4 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu: **********00966 olan Samsung Galaxy A32 markalı telefon üçün 433.76 manat ödənilməmiş hissə, güzəşt olunaraq 43.24 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu: **********35059 olan Samsung Galaxy A22 markalı telefon üçün 49.6 manat ödənilməmiş hissə, 4.4 manat cərimə olmaqla, ümumilikdə 1012 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında nisyə alqı-satqı barədə müqavilələr bağlandıqdan sonra, cavabdeh müqavilə üzrə pul öhdəliyini lazımınca yerinə yetirməmişdir, onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Odur ki, iddiaçı cavabdehdən müqavilələr üzrə yaranmış əsas borcların ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı gecikdirilmiş ödənişlərə görə cavabdehdən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 43.4 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 43.24 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 4.4 manat cərimə tutulmasını tələb etmişdir. Məhkəmə, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, tələb olunan dəbbə pulu (cərimə) əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 0.4 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 0.24 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 0.4 manat cərimə məbləğində müəyyən edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, müqavilələr üzrə əsas borclar və azaldılmış cərimə borcları cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq məhkəmə xərci olan dövlət rüsumunun əvəzi qismində 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 437.6 manat ödənilməmiş hissə, 0.4 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 433.76 manat ödənilməmiş hissə, 0.24 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 49.6 manat ödənilməmiş hissə, 0.4 manat cərimə olmaqla, ümumilikdə 922 (doqquz yüz iyirmi iki) manat pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar