Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-630/2023 12.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" MMC-nin Cavabdeh Fərrux qızına qarşı "borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh Fərrux qızına qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Soyuducu LG üçün 717 (yeddi yüz on yeddi) manat ödənilməmiş hissə, 71 (yetmiş bir) manat cərimə olmaqla, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********88871 HONOR 8S PRİME markalı telefon üçün 120 (yüz iyirmi) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə olmaqla, ümumilikdə 920 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh Fərrux qızından alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, Soyuducu LG, İmei kodu **********88871 HONOR 8S PRİME markalı telefon almış və nəticədə 920 (doqquz yüz iyirmi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1728 (min yeddi yüz iyirmi səkkiz) manat (18 ay x 96 manat + 0 manat ilkin ödəniş) Soyuducu LG,üçün ümumilikdə, 788 (yeddi yüz səksən səkkiz) manat olmaqla ondan, 717 (yeddi yüz on yeddi) manat ödənilməmiş hissə, güzəşt olunaraq 71 (yetmiş bir) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 360 (üç yüz altmış) manat (12 ay x 30 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********88871 HONOR 8S PRİME markalı telefon üçün ümumilikdə, 132 (yüz otuz iki) manat olmaqla ondan, 120 (yüz iyirmi) manat ödənilməmiş hissə, güzəşt olunaraq 12 (on iki) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1251 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Odur ki, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Soyuducu LG üçün 717 (yeddi yüz on yeddi) manat ödənilməmiş hissə, 71 (yetmiş bir) manat cərimə olmaqla, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********88871 HONOR 8S PRİME markalı telefon üçün 120 (yüz iyirmi) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə olmaqla, ümumilikdə 920 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh Fərrux qızından alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan müqavilənin şərtlərinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Borclu müqavilənin bu şərtlərini pozaraq, qeyd edilən borcunun vaxtında ödənilməsini təmin etməmişdir. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materialları araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, Soyuducu LG, İmei kodu **********88871 HONOR 8S PRİME markalı telefon almış və nəticədə 920 (doqquz yüz iyirmi) manat borc yaranmış, həmçinin "xxxx" MMC məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 448.1, 462.1 və 465.2-ci maddələrinə uyğun olaraq məhkəmə hesab edir ki, Cavabdeh Fərrux qızı, 20167767, 21035407 nömrəli alqı-satqı müqavilələri üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia tələbi təmin edilməli və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Soyuducu LG üçün 717 (yeddi yüz on yeddi) manat ödənilməmiş hissə, 71 (yetmiş bir) manat cərimə olmaqla, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********88871 HONOR 8S PRİME markalı telefon üçün 120 (yüz iyirmi) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə olmaqla, ümumilikdə 920 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh Fərrux qızından alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360, 284-5-284-6-cı maddələrinə əsasən, q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Soyuducu LG üçün 717 (yeddi yüz on yeddi) manat ödənilməmiş hissə, 71 (yetmiş bir) manat cərimə olmaqla, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********88871 HONOR 8S PRİME markalı telefon üçün 120 (yüz iyirmi) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə olmaqla, ümumilikdə 920 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh Fərrux qızından alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(125)-630/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-630/2023
12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver