Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6404/2023 05.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********91165 İPHONE 13 PRO markalı telefon üçün, 4221.54 (dörd min iki yüz iyirmi bir manat əlli dörd qəpik) manat ödənilməmiş hissə, 744.26 (yeddi yüz qırx dörd manat iyirmi altı qəpik) manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********18109 İPHONE 11 markalı telefon üçün, 697.2 (altı yüz doxsan yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 208.8 (iki yüz səkkiz manat səksən qəpik) manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********36401 SAMSUNG GALAXY A12 markalı telefon üçün 83.96 (səksən üç manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 25.24 (iyirmi beş manat iyirmi dörd qəpik) manat dəbbə olmaqla, ümumilikdə 5981 manat borc, 79.81 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********91165 İPHONE 13 PRO markalı telefon, İmei kod **********18109 İPHONE 11 markalı telefon, İmei kod **********36401 SAMSUNG GALAXY A12 markalı telefon almış və nəticədə 5981 (beş min doqquz yüz səksən bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 4469.94 (dörd min dörd yüz altmış doqquz manat doxsan dörd qəpik) manat (18 ay x 248.33 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********91165 İPHONE 13 PRO markalı telefon üçün ümumilikdə, 4965.8 (dörd min doqquz yüz altmış beş manat səksən qəpik) manat olmaqla ondan, 4221.54 (dörd min iki yüz iyirmi bir manat əlli dörd qəpik) manat ödənilməmiş hissə, 744.26 (yeddi yüz qırx dörd manat iyirmi altı qəpik) manat dəbbə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 2095.2 (iki min doxsan beş manat iyirmi qəpik) manat (12 ay x 174.6 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********18109 İPHONE 11 markalı telefon üçün ümumilikdə, 906 (doqquz yüz altı) manat olmaqla ondan, 697.2 (altı yüz doxsan yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 208.8 (iki yüz səkkiz manat səksən qəpik) manat dəbbə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 504.96 (beş yüz dörd manat doxsan altı qəpik) manat (12 ay x 42 manat + 0.96 manat ilkin ödəniş) olan İmei kod **********36401 SAMSUNG GALAXY A12 markalı telefon üçün ümumilikdə, 109.2 (yüz doqquz manat iyirmi qəpik) manat olmaqla ondan, 83.96 (səksən üç manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 25.24 (iyirmi beş manat iyirmi dörd qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2067.4 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul etdiyini, iddia tələbinin cərimə hissəsi ilə bağlı razı olmadığını bildirmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ilkin ödəniş etmədən "xxxx" MMC-dən dəyəri 4469.94 manat olan İmei kod **********91165 İPHONE 13 PRO markalı telefon almış və 18 ay müddətinə, aylıq 248.33 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ilkin ödəniş etmədən "xxxx" MMC-dən dəyəri 2095.2 manat olan İmei kod **********18109 İPHONE 11 markalı telefon almış və 12 ay müddətinə, aylıq 174.6 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh 0.96 manat ilkin ödəniş etməklə "xxxx" MMC-dən dəyəri 504.96 manat İmei kod **********36401 SAMSUNG GALAXY A12 markalı telefon almış və 18 ay müddətinə, aylıq 42 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 07 sentyabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən 5002,7 manat əsas borc, 978.3 manat dəbbə pulu olmaqla, cəmi 5981 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə)567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrin əlavə ödəniş cədvəlinə əsasən "xxxx" MMC-nin ödəniş cədvəli üzrə göstərilən ödəniş şərtləri "Alıcı" tərəfindən yerinə yetirilmədikdə "xxxx" MMC müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz olaraq yerinə yetirməlidir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********91165 İPHONE 13 PRO markalı telefon, İmei kod **********18109 İPHONE 11 markalı telefon, İmei kod **********36401 SAMSUNG GALAXY A12 markalı telefon almış, lakin alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəlikləri icra etməmiş, müqavilə üzrə ödənişləri nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********91165 İPHONE 13 PRO markalı telefon üçün, 4221.54 (dörd min iki yüz iyirmi bir manat əlli dörd qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********18109 İPHONE 11 markalı telefon üçün, 697.2 (altı yüz doxsan yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********36401 SAMSUNG GALAXY A12 markalı telefon üçün 83.96 (səksən üç manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 5(beş) manat dəbbə pulu, ümumilikdə 5027,7 manat borc və ödənilmiş dövlət rüsumunun 67.07 manatı Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********91165 İPHONE 13 PRO markalı telefon üçün, 4221.54 (dörd min iki yüz iyirmi bir manat əlli dörd qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********18109 İPHONE 11 markalı telefon üçün, 697.2 (altı yüz doxsan yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********36401 SAMSUNG GALAXY A12 markalı telefon üçün 83.96 (səksən üç manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 5(beş) manat dəbbə pulu, ümumilikdə 5027,7 manat borc və ödənilmiş dövlət rüsumunun 67.07 manatı Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(125)-6404/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6404/2023
05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver