Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6430/2024 11.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı MMC, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 267,59 manat ödənilməmiş əsas, 26,41 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 245,07 manat ödənilməmiş əsas, 24,93 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 47,42 manat ödənilməmiş əsas, 4,58 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 259,3 manat ödənilməmiş əsas, 25,7 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 189,85 manat ödənilməmiş əsas, 18,15 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1208,56 manat ödənilməmiş əsas, 120,44 manat cərimə olmaqla, ümumilikdə 2438 manat pulun və ödənilmiş 44,38 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında xx.xx.2023-cü il tarixdə İmei kodu **********35981 olan “Xiaomi Redmi 10A” mobil telefonun və İmei kodu **********184325 olan “Nokia 6310” mobil telefonun nisyə alğı-satqısı barədə 11223233 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyaların ümumi dəyəri 689,04 manat, ödəniş müddəti 18 ay olmaqla, aylıq ödəniş 38,28 manat müəyyən edilmişdir. Əşyalar cavabdehə xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2023-cü il tarixdə “Ninebot” markalı elektrosamokat adlı əşyanın nisyə alğı-satqısı barədə 03374357 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 631,08 manat, ödəniş müddəti 18 ay olmaqla, aylıq ödəniş 35,06 manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2023-cü il tarixdə İmei kodu **********97260 olan “Nokia 3310” mobil telefonun nisyə alğı-satqısı barədə ******* nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 189,96 manat, ödəniş müddəti 12 ay olmaqla, aylıq ödəniş 15,83 manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2023-cü il tarixdə 2 ədəd “Samsung” markalı led televizorun nisyə alğı-satqısı barədə 03374524 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyaların ümumi dəyəri 1100,16 manat, ödəniş müddəti 18 ay olmaqla, aylıq ödəniş 61,12 manat müəyyən edilmişdir. Əşyalar cavabdehə xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2023-cü il tarixdə “Philips” markalı üzqırxanın nisyə alğı-satqısı barədə 03034163 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 269,04 manat, ödəniş müddəti 24 ay olmaqla, aylıq ödəniş 11,21 manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2023-cü il tarixdə “Playstation 5” adlı əşyanın nisyə alğı-satqısı barədə 10756086 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 1553,94 manat, ödəniş müddəti 18 ay olmaqla, aylıq ödəniş 86,33 manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtləri cavabdeh tərəfindən pozulmuş, ümumilikdə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 421,45 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 386,01 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 142,54 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 79,19 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 345,38 manat ödəniş edilmişdir. İddiaçı həmçinin qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2023-cü il tarixində “Samsung” markalı led televizordan imtina etmiş və cavabdehin borcundan 600,12 manat silinmişdir, cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 240,74 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 600,12 manat olmaqla, ümumilikdə 1374,57 manat təşkil edir. Ona görə də cavabdehin iddiaçıdan aldığı xx.xx.2023-cü il tarixli müqavilə üzrə dəyəri 689,04 manat (18 ay x 38,28 manat + 0 manat ilkin ödəniş) olan əşyalara görə 267,59 manat əsas, 26,41 manat dəbbə (güzəştlə) pulu borcu, xx.xx.2023cü il tarixli müqavilə üzrə dəyəri 631,08 manat (18 ay x 35,06 + 0 manat ilkin ödəniş) olan əşyaya görə 245,07 manat əsas, 24,93 manat dəbbə (güzəştlə) pulu borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə dəyəri 189,96 manat (12 ay x 15,83 manat + 0 manat ilkin ödəniş) olan əşyaya görə 47,42 manat əsas, 4,58 manat dəbbə (güzəştlə) pulu borcu, xx.xx.2023cü il tarixli müqavilə üzrə dəyəri 1100,16 manat (18 ay x 61,12 manat + 0 manat ilkin ödəniş) olan əşyaya görə 259,3 manat əsas, 25,7 manat dəbbə (güzəştlə) pulu borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə dəyəri 269,04 manat (24 ay x 11,21 manat + 0 manat ilkin ödəniş) olan əşyaya görə 189,15 manat əsas, 18,15 manat dəbbə (güzəştlə) pulu borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə dəyəri 1553,94 manat (18 ay x 86,33 manat + 0 manat ilkin ödəniş) olan əşyaya görə 1208,56 manat əsas, 120,44 manat dəbbə (güzəştlə) pulu borcu yaranmışdır. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq reyestrdən çıxarış işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iddiaçının verdiyi maliyyə və ödəniş cədvəlinə görə cavabdehin xx.xx.2023cü il tarixli müqavilə üzrə borca görə ödədiyi pul məbləği 421,45 manat, qalıq borcu – 267,59 manat əsas və 26,41 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 294 manat; xx.xx.2023-cü il tarixli müqavilə üzrə borca görə ödədiyi pul məbləği 386,01 manat, qalıq borcu – 245,07 manat əsas və 24,93 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 270 manat; xx.xx.2023-cü il tarixli müqavilə üzrə borca görə ödədiyi pul məbləği 142,54 manat, qalıq borcu – 47,42 manat əsas və 4,58 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 52 manat; xx.xx.2023-cü il tarixli müqavilə üzrə borca ödədiyi pul məbləği 840,86 manat, qalıq borcu - 259,3 manat əsas və 25,7 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 285 manat; xx.xx.2023-cü il tarixli müqavilə üzrə borca ödədiyi pul məbləği 79,19 manat, qalıq borcu – 189,85 manat əsas və 18,15 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 208 manat; xx.xx.2023-cü il tarixli müqavilə üzrə borca ödədiyi pul məbləği 345,38 manat, qalıq borcu – 1208,56 manat əsas və 120,44 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 1329 manat təşkil edir. Hər altı müqavilə üzrə cavabeh tərəfindən ödənişlər qismən aparılmışdır. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə sözügedən müqavilələr üzrə borcunun olması barədə xəbərdarlıq edilmiş, ondan borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəllərində nəzərdə tutulmuşdur ki, ödəniş cədvəlləri üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601.2). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2). Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alğı-satqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə təhvil verilmiş, həmin müqavilələr ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Cavabdehin iddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilələr üzrə yaranmış borcu tələb etməkdə haqlıdır. Məhkəmə, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Beləliklə, məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddia ərizəsində göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor müqavilə bağlayarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, müqavilələr üzrə tələb edilən dəbbə pulu (cərimə) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir. Odur ki, müqavilələr üzrə dəbbə pulu azaldılaraq xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 13,41 manat, xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi 12,93 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2,58 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 13,7 manat, xx.xx.2023cü il tarixli müqavilə üzrə 10,15 manat və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 60,44 manat məbləğində müəyyən edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 267,59 manat əsas, 13,41 manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 245,07 manat əsas, 12,93 manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 47,42 manat əsas, 2,58 manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 259,3 manat əsas, 13,7 manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 189,85 manat əsas, 10,15 manat cərimə və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1208,56 manat əsas, 60,44 manat cərimə olmaqla, ümumilikdə 2331 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 43,31 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 267,59 manat əsas, 13,41 manat cərimə, xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 245,07 manat əsas, 12,93 manat cərimə, xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 47,42 manat əsas, 2,58 manat cərimə, xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 259,3 manat əsas, 13,7 manat cərimə, xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 189,85 manat əsas, 10,15 manat cərimə və xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 1208,56 manat əsas, 60,44 manat cərimə olmaqla, ümumilikdə 2331 (iki min üç yüz otuz bir) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 43,31 (qırx üç manat otuz bir qəpik) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-6430/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6430/2024
11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver