Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6435/2025 09.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X32 Tahir oğlunun sədrliyi, X26 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı miras əmlakda payın qəbul edilməsi və vərəsələrin payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 miras qalmış ünvan 1 ünvanının 1/3 hissəsindən ibarət olan miras əmlakın 1/7 hissədə açıq saxlanılmış payın İddiaçı, Cavabdeh1, Cavabdeh3, Alıcıoğlu (Əliyeva) Jalə Elbrus qızı, Cavabdeh5 və Cavabdeh4 tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, X1 miras qalmış ünvan 1 ünvanının 1/3 hissəsindən ibarət olan miras əmlakın 1/7 hissədə açıq saxlanılmış payın İddiaçı, Cavabdeh1, Cavabdeh3, Alıcıoğlu (Əliyeva) Jalə Elbrus qızı, Cavabdeh5 və Cavabdeh4 tərəfindən qəbul edilməsi, vərəsələrin payının müəyyən edilməsi və 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası X22 08 dekabr 2020-ci il tarixində vəfat etmişdir. Atasının vəfatından sonra ünvan 2 ünvanının 1/3 hissəsi miras qalmışdır. Belə ki, 24 fevral 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********69- 10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında ünvan 3 ünvanının 1/3 hissəsi X12, 1/3 hissəsi X13, 1/3 hissəsi isə atası X9 mülkiyyətində olmuşdur. Atası vəfat edən zaman həmin fərdi yaşayış evində yaşayaraq miras əmlakı qəbul etmişdir. Həmin vaxtdan bu vaxta kimi də eyni ünvanda yaşayır. Həmçinin iddiaçı Cavabdeh1 İddiaçı, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Alıcıoğlu (Əliyeva) Jalə Elbrus qızına (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X23 və Gəncə regional “ASAN xidmət” mərkəzinin notariat ofisi) qarşı mirası qəbul etmə faktının və payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-124/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, hazırda miras qoyanın sağ olan vərəsələri kimi Cavabdeh1, Cavabdeh4, İddiaçı, Cavabdeh3, Cavabdeh5, Alıcıoğlu (Əliyeva) Jalə Elbrus qızı qalmışlar. Məhkəmə qeyd etmişdir ki, mərhum miras qoyan X9 arvadı Cavabdeh4, övladları iddiaçı Cavabdeh1, cavabdehlər İddiaçı, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 (Əliyeva) və onların bacıları X17 miras qoyan X9 birinci növbəli vərəsələri olmaqla, mirasın açıldığı müddətdən 3 ay ərzində mirasın qəbulundan notarial qaydada imtina etmədiklərindən miras əmlakı qəbul etmiş sayılırlar. Ona görə də, miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Həmin mülki iş üzrə məhkəmə qeyd etmişdir ki, tərəflərin bildirməsinə əsasən X3 yaşlarında vəfat etsə də, onun ölümü rəsmiləşdirilmədiyindən, yəni ölüm haqqında şəhadətnamə alınmadığından, habelə ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilmədiyindən və yaxud ölüm faktı müəyyən edilmədən qaldığından, həmçinin hazırkı vəziyyətdə Nərmin Əliyevanın miras qoyan Elbrus Əliyevin öldüyü məqamda sağ olub-olmamasını müəyyən etmək mümkün olmadığından və bu barədə sübutlar mövcud olmadığından X7 da miras qoyan Elbrus Əliyevin övladı olaraq qanun üzrə birinci növbəli vərəsəsi kimi miras əmlakdan pay almaq hüququ vardır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-124/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrası nəticəsində paylar vərəsələr tərəfindən qəbul edilmiş, yalnız X7 qəbul etməsi üçün saxlanılmış həmin 1/7 hissədə pay qəbul edilməmişdir. Adları qeyd edilən vərəsələrdən anası Cavabdeh4, bacıları Alıcıoğlu (Əliyeva) Jalə Elbrus qızı, Cavabdeh3 və Cavabdeh5 miras payın bağışlanması müqaviləsi əsasında miras paylarını ona bağışlamışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən edilən miras əmlakdan 4/7 hissədə miras payını əldə etmişdir. Həmçinin qardaşı Cavabdeh1 mirası qəbul etdikdən sonra ümumi sahəsi 273,4 kv.m olan fərdi yaşayış evindən özünə məxsus 4/84 hissəsini, evin yerləşdiyi ümumi sahəsi 0,0722 ha olan torpaq sahəsindən özünə məxsus 4/84 hissəsini daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən ona satmışdır. Digər vərəsə bacısı Cavabdeh5 da miras paydan ona məxsus olan 1/7 pay qəbul etmişdir. Məhkəmə qətnaməsində vərəsə kimi qeyd edilmiş X17 xx.xx.1994-cü ildə vəfat etmişdir və bununla bağlı ölüm haqqında şəhadətnamə vardır. Lakin məhkəmədə işə baxılarkən həmin şəhadətnamə təqdim edilə bilmədiyi üçün məhkəmə X10 miras qoyan Elbrus Əliyevin vərəsəsi kimi saxlamışdır. Hazırkı halda onun tərəfindən qəbul edilməsi üçün saxlanılmış 1/7 hissədə pay X14 adında qalmışdır. Əslində isə X2 Elbrus Yaqub oğlundan əvvəl vəfat etdiyi üçün o, X14 vərəsəsi ola bilməzdi. Odur ki, hazırda həmin payın vərəsələr tərəfindən qəbul edilməsi məsələsinin həll edilməsi üçün məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Belə ki, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli, 3186 saylı məktubunda da qeyd edilmişdir ki, miras qoyanın ümumilikdə 7 nəfər varisi olmasına baxmayaraq, varislərdən biri olan qızı X17 xx.xx.1994-cü il tarixdə miras qoyandan əvvəl öldüyü üçün onun payına vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün deyildir və miras əmlak ümumilikdə 6 nəfər arasında bölünməlidir. Odur ki, X11 miras qalmış ünvan 2 ünvanda yerləşən əmlaka vərəsələr dairəsini və sağ qalmış vərəsələrin miras payını müəyyən etmək üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, miras əmlakın 5/7 hissəsinə dair özünün, 1/7 hissəsinə dair isə bacısı Cavabdeh5 çıxarış əldə etdiyini göstərərək, vəfat etmiş bacısı Nərmin Əliyevaya münasibətdə açıq saxlanılmış 1/7 hissədə payın digər vərəsələr arasında bərabər hissədə bölünməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, xx.xx.1955-ci ildə anadan olmuş X9 ata qrafasında X28, ana qrafasında isə X4 qeydə alınmış, X22 xx.xx.2020-ci ildə vəfat etmişdir. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, X22 ilə Cavabdeh4 nikahları xx.xx.1988-ci ildə Gəncə şəhər Qeydiyyat şöbəsində 733 nömrə ilə qeydə alınmışdır. AZ-T 219980 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1988-ci ildə anadan olmuş İddiaçı ata qrafasında X22, ana qrafasında isə Cavabdeh4 kimi qeydə alınmışdır. İİ-JQ 485718 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1994-cü ildə ölmüşdür. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-996/2022 nömrəli qətnaməsindən görünür ki, X12 və X13 X5 adına qeydə alınmış Gəncə şəhəri, Ruzigar Qasımov küçəsi, 68 ünvanında yerləşən əmlakı miras qismində qəbul etmələri faktı müəyyən edilmiş, X8 məxsus olmuş Gəncə şəhəri, Ruzigar Qasımov küçəsi, 68 ünvanında yerləşən miras əmlaka X12, X13 və X9 hər birinin 1/3 hissədə payları müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, 8İ-4392 reyestr nömrəli notariat qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, İddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin xx.xx.2020-ci ildə ölmüş atası mərhum X16 məxsus hissəsindən ibarət ondan irs qalmış mirası qəbul etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-124/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Alıcıoğlu (Əliyeva) Jalə Elbrus qızına (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X18 və Gəncə regional “ASAN xidmət” mərkəzinin notariat ofisi) qarşı mirasın qəbul etmə faktının və payın müəyyən edilməsi tələbinə dair iddia qismən təmin edilmiş, X1 miras qalmış ünvan 1 ünvanının 1/3 hissəsindən ibarət olan miras əmlaka Cavabdeh1 1/7 hissədə payı olmaqla ümumi əmlakın 1/21 hissəsinə miras payının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, miras qoyan X9 arvadı Cavabdeh4, övladları iddiaçı Cavabdeh1, cavabdehlər İddiaçı, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 (Əliyeva) və onların bacıları X17 miras qoyan X9 birinci növbəli vərəsələri olmaqla, mirasın açıldığı müddətdən 3 ay ərzində mirasın qəbulundan notarial qaydada imtina etmədiklərindən miras əmlakı qəbul etmiş sayılırlar. Ona görə də miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Lakin miras əmlaka paylarının müəyyən edilməsi barədə müstəqil tələb irəli sürmədiklərindən, başqa sözlə ərizə vermədiklərindən və bu barədə xahişləri olmadığından məhkəmə yalnız iddiaçının miras əmlakda ümumilikdə 1/21 hissədə payının müəyyən edilməsi ilə kifayətlənmişdir. Bununla yanaşı həmin qətnamədə qeyd olunmuşdur ki, tərəflərin bildirməsinə əsasən X3 yaşlarından vəfat etsə də, onun ölümü rəsmiləşdirilmədiyindən, yəni hazırki vəziyyətdə Nərmin Əliyevanın miras qoyan Elbrus Əliyevin öldüyü məqamda sağ olub-olmamasını müəyyən etmək mümkün olmadığından və bu barədə sübutlar mövcud olmadığından X17 da miras qoyan Elbrus Əliyevin övladı olaraq qanun üzrə İ növbəli vərəsəsi kimi miras əmlakdan pay almaq hüququ vardır. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanılmış xx.xx.2024-cü il tarixli, 3M-542 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, birinci tərəf Cavabdeh4 miras qoyan xx.xx.2020-ci ildə ölmüş əri X6 irs qalmış bütün miras əmlakdan özünə çatası miras payını oğlu-ikinci tərəf İddiaçı bağışlamışdır. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanılmış xx.xx.2024-cü il tarixli, 3M-610 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, birinci tərəf Cavabdeh3 miras qoyan xx.xx.2020-ci ildə ölmüş atası X6 irs qalmış bütün miras əmlakdan özünə çatası miras payını qardaşı-ikinci tərəf İddiaçı bağışlamışdır. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanılmış xx.xx.2024-cü il tarixli, 3M-632 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, birinci tərəf Cavabdeh2 miras qoyan xx.xx.2020-ci ildə ölmüş atası X6 irs qalmış bütün miras əmlakdan özünə çatası miras payını qardaşı-ikinci tərəf İddiaçı bağışlamışdır. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2V-1276 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X9 vərəsəsioğlu İddiaçı paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinin miras qoyan X16 məxsus 24/84 hissəsindən ibarət miras əmlakdan 4/7 hissədə irs almalıdır. Göstərilən miras əmlakın 1/7 hissəsinə Cavabdeh1 xx.xx.2024-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, qalan 2/7 hissəsində olan miras paylar isə açıq saxlanılmışdır. Gəncə şəhər 1 saylı notariat ofisində bağlanılmış xx.xx.2025-ci il tarixli, 4Ə-638 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə özünə məxsus 4/84 hissəsini alqı-satqı qiyməti 24000 manat müəyyən edilməklə alıcı İddiaçı satmışdır. xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0722 ha. torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla paylı mülkiyyət hüququ üzrə 28/84 hissədə X19 (qeydiyyat tarixi xx.xx.2023, qeydiyyat nömrəsi **********), 28/84 hissədə X20 (qeydiyyat tarixi xx.xx.2024, qeydiyyat nömrəsi **********), 20/84 hissədə İddiaçı (qeydiyyat tarixi xx.xx.2025, qeydiyyat nömrəsi **********) və 4/84 hissədə Cavabdeh5 (qeydiyyat tarixi xx.xx.2025, qeydiyyat nömrəsi **********) adına rəsmi reyestrdə qeydə alınmış, 4/84 hissədə isə X9 adı göstərilməklə açıq saxlanılmışdır. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3186 nömrəli məktubun surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsində mirasın 1/7 hissəsinin Cavabdeh1 verilməsi müəyyən edilsə də, 6/7 hissəsinin digər varislər arasında necə bölünməli olduğu müəyyən edilmədiyindən məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İşin müəyyən olunmuş hallarından görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0722 ha. torpaq sahəsinin 1/3 hissəsi iddiaçının atası X6 miras qalmışdır. X22 xx.xx.2020-ci ildə vəfat etmiş və miras açılandan sonra mirasqoyanın vərəsələri- arvadı Cavabdeh4, oğlu İddiaçı, oğlu Cavabdeh1, qızı Cavabdeh2, qızı Cavabdeh3 və qızı Cavabdeh5 miras əmlakı qəbul etmişdirlər. Bu fakt Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-124/2024 nömrəli qətnaməsinə əsasən öz təsdiqini tapmışdır. Digər vərəsələr Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 miras paylarını notariat qaydada bağlanmış bağışlanma müqaviləsinə əsasən, İddiaçı bağışlamış, Cavabdeh1 isə miras payını satmışdır. Qalan vərəsə Cavabdeh5 isə öz payına münasibətdə 4/84 (1/7) hissədə çıxarış əldə etmişdir. Miras əmlakın 4/84 (1/7) hissəsi isə miras qoyanın adına açıq saxlanılmışdır. İddiaçı iddia etmişdir ki, hazırki vaxtda miras əmlakın 5/7 hissəsi ona, 1/7 hissəsi bacısı Cavabdeh5 məxsusdur, mərhum bacısı X17 isə vəfat etdiyindən ona çatası 1/7 hissədə pay mərhum atasının adına açıq saxlanılmışdır. Buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verib hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. MM-in 1243.1-1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göründüyü kimi ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0722 ha. torpaq sahəsinin 1/3 hissəsi iddiaçının atası X6 miras qalmışdır. Miras qoyanın sağ olan altı vərəsəsinin miras əmlakdan hər birinin 1/7 hissədə payları müəyyən olunmuş, miras qoyanın ölmüş vərəsəsi X17 vəfat etdiyindən ona çatası 1/7 hissədə pay miras qoyanın adına açıq saxlanılmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, X1 miras qalmış ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0722 ha. torpaq sahəsinin 1/3 hissəsindən ibarət olan miras əmlakın 1/7 hissədə açıq saxlanılmış payının 1/42 hissəsində İddiaçı, 1/42 hissəsində Cavabdeh1, 1/42 hissəsində Cavabdeh3, 1/42 hissəsində Alıcıoğlu (Əliyeva) Jalə Elbrus qızının, 1/42 hissəsində Cavabdeh5 və 1/42 hissəsində Cavabdeh4 payları müəyyən edilməlidir. İddia tələbinin 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırki qətnamə miras əmlak üzərində payların rəsmi reyestrdə qeydə alınması üçün əsas olduğundan iddia həmin hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu tələb olunmadığından iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. X1 miras qalmış ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0722 ha. torpaq sahəsinin 1/3 hissəsindən ibarət olan miras əmlakın 1/7 hissədə açıq saxlanılmış payın 1/42 hissəsində İddiaçı, 1/42 hissəsində Cavabdeh1, 1/42 hissəsində Cavabdeh3, 1/42 hissəsində Alıcıoğlu (Əliyeva) Jalə Elbrus qızının, 1/42 hissəsində Cavabdeh5 və 1/42 hissəsində Cavabdeh4 payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-6435/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6435/2025
09.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver