Məhkəmə qərarları › İş №e-2(125)-6519/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-6519/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-6519/2024 06.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin materiallarını nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı MMC, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 440,04 manat ödənilməmiş əsas, 44,96 manat cərimə pul olmaqla, ümumilikdə 485 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mülki iş sonradan sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. Göygöl Rayon Məhkəməsinin e-2(066)-1248/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş vəsatət təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair 2(066)-1248/2024 nömrəli mülki iş Gəncə Şəhər Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və ilkin ödənişin qaytarılması tələbinə dair 2(125)-5320/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Halbuki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-5320/2024 nömrəli, 05 noyabr 2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçınə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və ilkin ödənişin qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə, işin düzgün və vaxtında həll edilməsinə yönələn hərəkətlər edib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Göygöl Rayon Məhkəməsi tərəfindən sözügedən mülki işlər bir icraatda birləşdirilsə də, iddiaçı Cavabdeh İddiaçınə qarşı alqısatqı müqaviləsinin ləğv edilməsi və ilkin ödənişin qaytarılması tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanıldığından, Göygöl Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair e-2(066)-1248/2024 nömrəli mülki işə Gəncə Şəhər Məhkəməsində baxılması mümkün deyil. Belə ki, mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını müəyyən etmişdir və bu qaydalara riayət olunmaması aparılmış prosessual hərəkətlərin qəbul edilməməsinə səbəb ola bilər. Çünki «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Аzərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 24.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. MPM-in 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsi aidiyyətlə bağlı ümumi qayda müəyyən edərək göstərir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh ünvan 1i ünvanda qeydiyyatdadır. Odur ki, məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə Göygöl Rayon Məhkəməsindən daxil olmuş mülki işə Gəncə Şəhər Məhkəməsində baxıla bilməz. MPM-in 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, məhkəmə hesab edir ki, ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığı olduğundan hazırki iş ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar