Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6581/2023 16.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «nisyə alğı-satqı müqaviləsi üzrə pulun ödənilməsi» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 823,68 manat ödənilməmiş hissə, 82,32 manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 688,57 manat ödənilməmiş hissə, 68,43 manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 361,84 manat ödənilməmiş hissə, 36,16 manat dəbbə pulu olmaqla, ümumilikdə 2061 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40,61 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-ci il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən “Petlas İmperium” markalı 8 ədəd təkər, İMEİ kodu **********11603 “Samsung Galaxy A33” markalı telefon və “Samsung 25W charger” və “Petlas İmperium” markalı 4 ədəd təkər almış və nəticədə 2061 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 823,68 manat (6 ay x 137,28 manat) olan Petlas İmperium” markalı 8 ədəd təkər üçün 823,68 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 82,32 manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 770,97 manat (12 ay x 61,55 manat+32,37 manat ilkin ödəniş) “Samsung Galaxy A33” markalı telefon və “Samsung 25W charger” üçün 688,57 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 68,43 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 411,84 manat (06 ay x 68,64 manat) “Petlas İmperium” markalı 4 ədəd markalı təkər üçün 361,84 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 36,16 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 132,4 təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: Tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-əslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Blə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 823,68 manat olan “Petlas İmperium” markalı 8 ədəd təkəri nisyə qaydada almış, ayda 137,28 manat olmaqla, 06 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 770,97 manat olan “Samsung Galaxy A33” markalı telefon və “Samsung 25W charger” cihazını 32,37 manat ilkin ödəniş edərək nisyə qaydada almış, malın qalıq dəyərini ayda 61,55 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 411,84 manat olan “Petlas İmperium” markalı 4 ədəd təkəri nisyə qaydada almış, ayda 68,64 manat olmaqla, 06 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-ci il tarixli müqavilə üzrə əsas məbləğdən ödəniş etməmiş, 823,68 manat borcu qalmışdır. Ödənişlərin 180 gün gecikdirilməsinə görə 82,32 manat dəbbə pulu hesablanmışdır. xx.xx.2023-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 82,4 manat ödəmiş, 688,57 manat borcu qalmışdır. Ödənişlərin 210 gün gecikdirilməsinə görə 68,43 manat dəbbə pulu hesablanmışdır. xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas məbləğdən 50 manat ödəmiş, 361,84 manat borcu qalmışdır. Ödənişlərin 150 gün gecikdirilməsinə görə 36,16 manat dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Tərəflər arasında əşyanın dəyərinin hissə-hissə ödənilməsi şərti ilə nisyə-alğı-satqı müqavilələri bağlanmışdır. İddiaçı müqavilələr üzrə öhdəliyini icra edərək satılmış əşyanı alıcıya təhvil vermişdir. Cavabdeh müqavilələr üzrə öhdəliyini tam icra etmədiyindən iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən gecikdirilmiş ödənişlərə görə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 82,32 manat, xx.xx.2023-ci il tarixli müqavilə üzrə 68,43 manat və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 36,16 manat dəbbə pulu tələb etmişdir. Cavabdehin müqavilələr üzrə gecikdirdiyi məbləğ və müddətlər nəzərə alınmaqla gecikdirilən hər günə görə gecikdirilən ödəniş məbləğinin 1 faizi miqdarında cərimə nəzərdə tutulduğundan iddiaçının hesabladığı cərimə məbləği müqavilələrin şərtlərinə uyğundur. Buna baxmayaraq məhkəmə tərəflərin maddi vəziyyətini, o cümlədən iddiaçının əmlak mənafelərini də nəzərə alaraq gecikdirilmiş məbləğə münasibətdə tənasübsüz dərəcədə yüksək olan dəbbə pulunun azaldılmasını məqsədəmüvafiq hesab edir. Buna uyğun olaraq məhkəmənin qənaətinə görə cavabdehdən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2 manat, xx.xx.2023-ci il tarixli müqavilə üzrə 2 manat və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1 manat dəbbə pulu tutulmalıdır. Beləliklə, iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 823,68 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu, xx.xx.2023-ci il tarixli, müqavilə üzrə 688,57 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 361,84 manat ödənilməmiş hissə, 1 manat dəbbə pulu olmaqla ümumilikdə 1879,09 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 40,61 manat dövlət rüsumunun 38,79 manatı cavabdehdən tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 823,68 (səkkiz yüz iyirmi üç manat altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat dəbbə pulu, xx.xx.2023-ci il tarixli, müqavilə üzrə 688,57 (altı yüz səksən səkkiz manat əlli yeddi qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 361,84 (üç yüz altmış bir manat səksən dörd qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat dəbbə pulu olmaqla ümumilikdə 1879,09 (bir min səkkiz yüz yetmiş doqquz manat doqquz qəpik) manat və ödənilmiş dövlət rüsumunun 38,79 (otuz səkkiz manat yetmiş doqquz qəpik) manatı tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-6581/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6581/2023
16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver