Məhkəmə qərarları › İş №e-2(125)-6633/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6633/2025

11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6633/2025 11.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli, 02677788 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2162,92 manat, cərimə qismində 216,29 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumun əvəzi qismində 23,60 manat, xx.xx.2024-cü il tarixli, ******* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1765,40 manat, cərimə qismində 176,54 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumun əvəzi qismində 23,60 manat, xx.xx.2024-cü il tarixli, 03937591 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 392,04 manat, cərimə qismində 39,20 manat, xx.xx.2023-cü il tarixli, 02655529 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 86,67 manat, cərimə qismində 8,67 manat olmaqla ümumilikdə 4894,93 manat borc pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 68,95 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin ünvanına göndərilmiş xx.xx.2025 il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli, 02677788 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay ərzində hissə-hissə ödəmək şərtilə “Samsung Galaxy S24 Ultra” markalı mobil telefon, 2 ədəd Plyonka istehsal xidmətini 3245,04 manat məbləğinə İddiaçı MMC-dən almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay ərzində hissə-hissə ödəmək şərtilə “Samsung Galaxy S24 Ultra “markalı mobil telefonu 3000,60 manat məbləğinə İddiaçı MMC-dən almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, 03937591 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı həmin müqaviləyə əsasən 6 ay ərzində hissə-hissə ödəmək şərtilə 2 ədəd “TCL” markalı kondisioneri 1748.98 manat məbləğində İddiaçı MMC-dən almışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, 02655529 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay ərzində hissə-hissə ödəmək şərtilə “Hoffmann” markalı led tv, yupiter asqını 520,02 manat məbləğində iddiaçı «ABC-Telecom MMC-dən almışdır. Mülki işdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh hazırda iddiaçıya olan borcu xx.xx.2024-cü il tarixli, 02677788 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2162,92 manat əsas, cərimə borcu 216,29 qəpik, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumun əvəzi qismində 23,60 manat, cəmi 2402,81 manat, xx.xx.2024-cü il tarixli, ******* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1765,40 manat, cərimə qismində 176,54 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumun əvəzi qismində 23,60 manat, cəmi 1965,54 manat təşkil edir. xx.xx.2024-cü il tarixli, 03937591 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 392,04 manat, cərimə qismində 39,20 manat, xx.xx.2023-cü il tarixli, 02655529 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 86,67 manat, cərimə qismində 8,67 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, xx.xx.2024-cü il tarixli, 02677788 nömrəli müqavilə üzrə 216,29 manat təşkil edən cərimə məbləğinin 20 manat, xx.xx.2024-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 176,54 manat təşkil edən cərimə məbləğinin 10 manat, xx.xx.2024-cü il tarixli, 03937591 nömrəli müqavilə üzrə 39,20 manat təşkil edən cərimə məbləğinin 3 manat, xx.xx.2023-cü il tarixli, 02655529 nömrəli müqavilə üzrə 8,67 manat cərimə məbləğinin 1 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, xx.xx.2024-cü il tarixli, 02677788 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2162,92 manat, cərimə qismində 20 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumun əvəzi qismində 23,60 manat, xx.xx.2024-cü il tarixli, ******* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1765,40 manat, cərimə qismində 10 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumun əvəzi qismində 23,60 manat, xx.xx.2024-cü il tarixli, 03937591 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 392,04 manat, cərimə qismində 3 manat, xx.xx.2023-cü il tarixli, 02655529 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 86,67 manat, cərimə qismində 1 manat olmaqla ümumilikdə bütün müqavillər üzrəi 4488,23 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 64.89 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2024-cü il tarixli, 02677788 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2162 (iki min yüz altmış iki) manat 92 (doxsan iki) qəpik, cərimə qismində 20 (iyirmi) manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumun əvəzi qismində 23 (iyirmi üç) manat 60 (altmış) qəpik, xx.xx.2024-cü il tarixli, ******* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1765 (bir min yeddi yüz altmış beş) manat 40 (qırx) qəpik, cərimə qismində 10 (on) manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumun əvəzi qismində 23 (iyirmi üç) manat 60 (altmış) qəpik, xx.xx.2024-cü il tarixli, 03937591 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 392 (üç yüz doxsan iki) manat 04 (dörd) qəpik, cərimə qismində 3 (üç) manat, xx.xx.2023-cü il tarixli, 02655529 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 86 (səksən altı) manat 67 (altmış yeddi) qəpik, cərimə qismində 1 ( bir) manat, cəmi 4488 (dörd min dörd yüz səksən səkkiz) manat 23 (iyirmi üç) qəpik borc və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 64 (altmış dörd) manat 89 (səksən doqquz) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar