Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6665/2025 23.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU 58267/64YF01277 XİAOMİ POCO PAD planşüeçtün 659,04 manat ödənilməmiş hissə, 65,90 manat cərimə. xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, İMEİ KODU 58267/64Z300135 XİAOMİ POCO PAD planşüeçtün 659,04 manat ödənilməmiş hissə, 65.90 manat cərimə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********81186 SAMSUNG GALAXY A55 5G markalı telefoünçün 639,63 manat ödənilməmiş hissə, 63,96 manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU SJTQ4X21FCW İPAD planşeütçün 154,02 manat ödənilməmiş hissə, 15,40 manat cərimə, ümumilikdə 2322,90 manat borc və 43,23 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmı2ş2.04.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İMEİ KODU 58267/64YF01277 XİAOMİ POCO PAD planşeİMt,Eİ KODU 58267/64Z300135 XİAOMİ POCO PAD planşet, İMEİ KODU **********81186 SAMSUNG GALAXYA55 5G markalı telefon, İMEİ KODU SJTQ4X21FCW İPAD planşet almış və nəticədə 2322,90 (iki min üç yüz iyirmi iki manat, 90 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 659,04 (altı yüz əlli doqquz manat, 04 qəpik) manat (12 ay x 54,92 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU 58267/64YF01277 XİAOMİ POCO PAD planşet üçün ümumilikdə, 724,94 (yeddi yüz iyirmi dörd manat, 94 qəpik) manat olmaqla ondan, 659,04 (altı yüz əlli doqquz manat, 04 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 65,90 (altmış beş manat, 90 qəpik) manat cərimə. xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 659,04 (altı yüz əlli doqquz manat, 04 qəpik) manat (12 ay x 54,92 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU 58267/64Z300135 XİAOMİ POCO PAD planşüeçtün ümumilikdə, 724,94 (yeddi yüz iyirmi dörd manat, 94 qəpik) manat olmaqla ondan 659,04 (altı yüz əlli doqquz manat, 04 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 65.90 (altmış beş manat, 90 qəpik) manat cərimə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 903 (doqquz yüz üç) manat (15 ay x 60.2 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********81186 SAMSUNG GALAXY A55 5G markalı telefoünçün ümumilikdə, 703,59 (yeddi yüz üç manat, 59 qəpik) manat olmaqla ondan, 639,63 (altı yüz otuz doqquz manat, 63 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 63,96 (altmış üç manat, 96 qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1391,04 (min üç yüz doxsan bir manat, 04 qəpik) manat (18 ay x 77,28 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU SJTQ4X21FCW İPAD planşeütçün ümumilikdə, 169,42 (yüz altmış doqquz manat,42 qəpik) manat olmaqla ondan, 154,02 (yüz əlli dörd manat, 02 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15,40 (on beş manat, 40 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1500,39 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İş materiallarında olan satıcı "xxxx" ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 659,04 manat olan İMEİ KODU 58267/64YF01277 XİAOMİ POCO PAD planşet; xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 659,04 manat olan İMEİ KODU 58267/64Z300135 XİAOMİ POCO PAD planşet; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 903 manat olan İMEİ KODU **********81186 SAMSUNG GALAXY A55 5G markalı telefon və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1391,04 manat olan İMEİ KODU SJTQ4X21FCW İPAD planşeüt satıcı tərəfindən alıcının mülkiyyətinə verilmiş, alıcı əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU 58267/64YF01277 XİAOMİ POCO PAD planşüeçtün 659,04 manat ödənilməmiş hissə, 65,90 manat cərimə. xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, İMEİ KODU 58267/64Z300135 XİAOMİ POCO PAD planşüeçtün 659,04 manat ödənilməmiş hissə, 65.90 manat cərimə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********81186 SAMSUNG GALAXY A55 5G markalı telefoünçün 639,63 manat ödənilməmiş hissə, 63,96 manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU SJTQ4X21FCW İPAD planşeütçün 154,02 manat ödənilməmiş hissə, 15,40 manat cərimə, ümumilikdə 2322,90 manat borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında nisyə alqı-satqı barədə müqavilələr bağlandıqdan sonra, cavabdeh müqavilə üzrə pul öhdəliyini lazımınca yerinə yetirməmişdir, onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Odur ki, iddiaçı cavabdehdən müqavilələr üzrə yaranmış əsas borcların ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı gecikdirilmiş ödənişlərə görə cavabdehdən xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 65.9 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 65.9 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 63.96 manat cərimə və xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 15.4 manat cərimə tutulmasını tələb etmişdir. Məhkəmə, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, tələb olunan dəbbə pulu (cərimə) əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 0.96 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 0.96 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 0.37 manat cərimə və xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 0.98 manat məbləğində cərimə müəyyən edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, müqavilə üzrə əsas borclar və azaldılmış cərimə borcları cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq məhkəmə xərci olan dövlət rüsumunun əvəzi qismində 41.15 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 659.04 manat ödənilməmiş hissə, 0.96 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən, 659.04 manat ödənilməmiş hissə, 0.96 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 639.63 manat ödənilməmiş hissə, 0.37 manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən 154.02 manat ödənilməmiş hissə, 0.98 manat cərimə, ümumilikdə 2115 (iki min yüz on beş) manat pul və 41 (qırx bir) manat 15 (on beş) qəpik ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-6665/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6665/2025
23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver