Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6673/2023 22.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X2, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində baş vermiş sığorta hadisəsi nəticəsində Cavabdeh2 məxsus olan və Cavabdeh1 tərəfindən idarə olunan “VAZ 2107” markalı ** EF *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də (bundan sonra ASC) “avtokasko” risklərindən sığortalanmış "xxxx" markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinmiş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)-1197/2023 saylı qərarı ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Sığorta hadisəsi nəticəsində "xxxx" markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı tərəfimizdən 6347 (altı min üç yüz qırx yeddi) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin məbləğin 4847.26 (dörd min səkkiz yüz qırx yeddi manat, iyirmi altı qəpik) manat məbləğində olan hissəsi “VAZ 2107” markalı ** EF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ödənilsə də, qalıq 1499.74 (min dörd yüz doxsan doqquz manat, yetmiş dörd qəpik) manat məbləğində pul bu günədək ASC-yə geri ödənilməmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, "xxxx" markalı ** JD *** dövlət qeydiyyat nişanlıavtomobil ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)-1197/2023 saylı qərarından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayış”dan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi baş verən vaxt “VAZ 2107” markalı ** EF *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olmuşdur. İddia ərizəsinə əlavə edilmiş zərərin hesablanması aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində"xxxx" markalı ** JD *** dövlət qeydiyyat nişanlıavtomobilə dəymiş zərərin məbləği 6547 (altımin beş yüz qırx yeddi) manat müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş İSB.az portalından çıxarışdan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi baş verən vaxt “VAZ 2107” markalı ** EF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, Mercedes Benz S560” markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı tərəflərindən 6347 (altı min üç yüz qırx yeddi) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından müəyyən olunur ki, 6547 (altı min beş yüz qırx yeddi) manat məbləğində zərərdən 200 (iki yüz) manat məbləğində şərtsiz azadolma məbləği çıxıldıqdan sonra qalıq 6347 (altı min üç yüz qırx yeddi) manat məbləğində sığorta ödənişinin 4847.26 (dörd min səkkiz yüz qırx yeddi manat, iyirmi altı qəpik) manat məbləğində olan hissəsi "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-S-23/2156 saylı geriyə tələb (subroqasiya) məktubundan və poçt xəbərnaməsindən görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 6347 (altı min üç yüz qırx yeddi) manat məbləğində sığorta ödənişinin 4847.26 (dörd min səkkiz yüz qırx yeddi manat, iyirmi altı qəpik) manat məbləğində olan hissəsi çıxıldıqdan sonra qalan 1499.74 (min dörd yüz doxsan doqquz manat, yetmiş dörd qəpik) manat məbləğində olan hissəsinin ASC-yə geri ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. Odur ki, cavabdehlər Cavabdeh2 məxsus olan və Cavabdeh1 müştərək qaydada 1499.74 (min dörd yüz doxsan doqquz manat, yetmiş dörd qəpik) manat sığorta ödənişinin, 35 (otuz beş) manat dövlət rüsumunun və 0.4 (qırx qəpik) manat məbləğində xidmət haqqının, cəmi 1535.14 (min beş yüz otuz beş manat, yetmiş iki qəpik) manat məbləğində pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabınadair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 02 oktyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İşdə olan Gəncə Şəhər Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 3(125)-1197/2023 saylı qərarından görünür ki, “VAZ 2107” markalı ** EF *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törədərək "xxxx" markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilinə zərər vurmasına görə Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 511.1.3-cü maddələrinə əsasən təqsirli bilinərək, 511.1.3-cü maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitələrini idarə etmək hüququ bir il məhdudlaşdırılmaqla, 20 gün müddətə inzibati qaydada həbs edilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 24 iyul 2023-cü il tarixli sığorta aktından görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sığorta olunmuş "xxxx" markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 6547 manat müəyyən edilmiş və 200 manat şərtsiz azadolma məbləği çıxılmaqla 6347 manat təşkil etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 6347 manat dəymiş zərəri qiymətləndirən şəxs X1 "xxxx" ASC-nə olan AZ03PAHA41040AZNSC********** saylı hesabına köçürülmüşdür. İşdə olan "xxxx" ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2023cü il tarixli, BS-S-23/2156 saylı geriyə tələb (subroqasiya) məktubundan görünür ki, həmin məktubla 1499.74 manat məbləğində ödənilmiş sığorta ödənişinin 5 gün müddətində "xxxx" ASC-nə ödənilməsi Cavabdeh1 və Cavabdeh2 tələb edilmişdir İş materiallarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada məhkəmə bildirişi göndərilmişdir . Məhkəmə, cavabdehlərə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 24 iyul 2023-cü il tarixli sığorta aktından və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, sığorta ödənişi 6347 manat təşkil edir və həmin məbləğ xx.xx.2023-cü il tarixdə dəymiş zərəri qiymətləndirən şəxs X1 "xxxx" ASC-nə olan AZ03PAHA41040AZNSC********** saylı hesabına ödənilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-nə dəymiş zərər məbləği, yəni 6347 (altı min üç yüz qırx yeddi) manat məbləğində sığorta ödənişinin 4847.26 (dörd min səkkiz yüz qırx yeddi manat, iyirmi altı qəpik) manat məbləğində olan hissəsi "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmiş, qalan 1499.74 (min dörd yüz doxsan doqquz manat, yetmiş dörd qəpik) manat məbləğində olan hissəsinin ASC-yə geri ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmiş, lakin zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlər tərəfindən ödənilməmişdir. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən dəymiş ziyana görə yaranmış 6347 manat sığorta ödənişi məbləğində pul alınıb iddiaçının hesabına ödənilməlidir. Ödənilmiş 35 manat məbləğində dövlət rüsumu və 0.4 (qırx qəpik) manat məbləğində xidmət haqqı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1535.14 (min beş yüz otuz beş manat, yetmiş iki qəpik) manat sığorta ödənişi alınıb iddiaçı "xxxx" ASC-nə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 35 manat məbləğində dövlət rüsumu və 0.4 (qırx qəpik) manat məbləğində xidmət haqqı alınıb iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(125)-6673/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6673/2023
22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver