Məhkəmə qərarları › İş №e-2(125)-6815/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6815/2023

17.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6815/2023 17.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, İddiaçı "xxxx" Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, müştərək qaydada 1950 manat məbləğində vurulmuş zərər və 39.50 ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “VAZ 21061” markalı, 60–BV–832 dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il fevralın 24-də X6 idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 21061” markalı, 60–BV–832 dövlət nömrə nişanlı avtomobillə Şəmkir rayonu, Yeni Həyat yolunda, X5 idarə etdiyi “Opel Vectra” markalı, 90–CO–922 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Şəmkir DYPB-in xx.xx.2021-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokola əsasənX6 Azərbaycan Respublikası İXMnin 327.2 və 332.4-cü maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Şəmkir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(076)-180/2021 saylı qərarına əsasən X6 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərərək 400 manat məbləğində cərimə edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 0331-05/21 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Opel Vectra“ markalı, 90–CO–922 dövlət nömrə nişanlı avtomobilə 1950 manat məbləğində zərər dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 2322 nömrəli ödəniş tapşırığı ilə həmin məbləği zərərçəkmiş şəxs X7 ödəmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1714/2022 saylı qərardadına əsasənX6vəfat etdiyi üçün mülki iş üzrə icraata xitam verilmişdir. 1 saylı Gəncə “Asan Xidmət” Mərkəzində notariat ofisinin notariusu Zülfüqar Ağcayev tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 2199 nömrəli məlumata əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış şəxslər – xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2004-cü il təvəllüdlü Cavabdeh1, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki, “Opel Vectra“ markalı, 90–CO–922 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi tam sığorta olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qiymətləndirilməsi aktından görünür ki, “Opel Vectra“ markalı, 90–CO–922 dövlət nömrə nişanlı avtomobilə ümumilikdə 1950 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan Şəmkir DYPB-in xx.xx.2021-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X6 Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4-cü maddələri ilə məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(076)- 180/2021 saylı qərarına əsasən X6 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərərək 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2021 -ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" Sığorta şirkəti ASC tərəfindən X7 1950 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmçinin, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Sadalanan xüsusatlara və qanuvericilik aktı normalarına istinadən hesab edirəm ki, iddiaçı "xxxx" Sığorta şirkəti” ACS-nin subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 39.50 manat məbləğində pul vəsaiticavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 1950 (bir min doqquz yüz əlli) manat pul və dövlət rüsumunun əvəzi kimi 39 (otuz doqquz) manat 50 (əlli) qəpik tutularaq "xxxx" Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar