Məhkəmə qərarları › İş №e-2(125)-6896/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6896/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6896/2023 12.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5000 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 70.40 manat dövlət rüsumu, ümumilikdə 5070.40 manat tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Vaz 21074” markalı, **-KA-*** dövlət nömrə nişanlı avtomobil Gəncə şəhəri, Sədi küçəsi ilə hərəkət edən zaman yolayrıcını keçmə qaydalarını pozmuş, nəticədə, “BMW X-6” markalı, **-DK-*** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, qeyd olunan hadisə ilə bağlı Gəncə şəhər DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli qərarla “Vaz 21074” markalı, **-KA-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2 və 332.1-ci maddələrində (yolayrıcını keçmə qaydalarının pozulması, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi “Bmw X-6” markalı **-KD-*** dövlət nömrə nişanlı avtomobilə 5148 manat maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsinə və İAS230329 saylı xx.xx.2023-cü il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh hadisə vaxtı “Vaz 21074” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan yəni, idarəetmə hüququ olmadan idarə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmiş, cavabdeh iclasa gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: "xxxx" ASC tərəfindən tərib edilmiş, İAS230329 nömrəli, xx.xx.2023-cü il tarixli sığorta aktından görünür ki, sığortalanmış “Vaz 21074” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2023-cü il tarixdə törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində “BMW X-6” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 5148 manat təşkil edir; X1 5000 manat sığorta ödənişi ödənilməsi, Cavabdeh subroqasiya qaydasında 5000 manat pulun tutulması müəyyən olunmuşdur; xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyəti X1 5000 manat ödəniş etmişdir; xx.xx.2022-ci il tarixli icbari sığorta müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən “Vaz 21074” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığorta məbləği 5000 manat olmaqla sığorta olunmuşdur; xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən **-DK-*** dövlət qeydiyyat nişanlı «BMW X-6» markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 5148 manat müəyyən edilmişdir; TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Tural oğlu “Vaz 21074” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsiylə törətdiyi inzibati xətaya görə təqsirli bilinərək İXM-nin 327.1-ci, 327.2-ci və 332.1-ci maddəsi ilə 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh yazılı ərizə təqdim edərək hazırkı iş üzrə iddianı qəbul etdiyini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Vaz 21074” markalı, **-KA-*** dövləq qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2023-cü il tarixdə «BMW X-6» markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində «BMW X- 6» markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5148 manat maddi ziyan dəymişdir. "xxxx" ASC tərəfindən tərəfindən avtomobilə dəymiş ziyana görə 5000 manat X1 5000 manat ödənilmişdir. Hazırda iddiaçı cavabdehə qarşı iddia irəli sürərək ödəmiş olduğu 5000 manat sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tutularaq ona ödənilməsini tələb edir, həmin tələb cavabdeh tərəfindən verilmiş yazılı ərizə ilə etiraf edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.2-ci (subroqasiya hüququ) maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh idarə etdiyi avtomobillə xx.xx.2023-cü il tarixdə «BMW X-6» markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı subroqasiya qaydasında ödəmiş olduğu sığorta ödənişi məbləğində tələb irəli sürməkdə haqlıdır, tələb cavabdeh tərəfindən etiraf edilmişdir və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Subroqasiya hüququ” sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan səxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 70.40 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh cəmi 5000 (beş min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat 40 (qırx) qəpik pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar