Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6918/2025 27.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi və İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2025-ci il tarixli müqavilə üzrə İphone 15 Pro markalı telefon üçün 2946,38 manat ödənilməmiş hissə, 294,64 manat dəbbə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xərc, xx.xx.2025-ci il tarixli müqavilə üzrə Asus markalı kompüter üçün 2421 manat ödənilməmiş hissə, 242,10 manat dəbbə olmaqla, ümumilikdə 5927,72 manat borcun və 79,28 manat dövlət rüsumunun cavabdehdən alınaraq xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-in nümayəndəsi X2 iddianı müdafiə edib izahatında göstərdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan İphone 15 Pro markalı telefonu 18 ay müddətinə hər ay 173,32 manat və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən Asus markalı kompüteri 12 ay müddətinə hər ay 201,75 manat ödəmək şərti ilə almışdır. Cavabdeh hazırki vaxta kimi üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ödəmə ilə bağlı iddiaçı tərəfindən dəfələrlə müraciət edilsə də, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqavilə üzrə 2946,38 manat ödənilməmiş məbləğ, 294,64 manat dəbbə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xərc və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2421 manat ödənilməmiş məbləğ, 242,10 manat dəbbə olmaqla, cəmi 5927,72 manat borcu yaranmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan:- xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında İphone 15 Pro Max markalı telefonun nisyə alqı-satqısına dair müqavilə bağlanmış, 500 manat ilkin ödəniş etməklə, həmin müqaviləyə görə ödənişlər 18 ay müddətinə hər ay 173,32 manat şərtləndirilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında Asus markalı kompüterin nisyə alqı-satqısına dair müqavilə bağlanmış, 450 manat ilkin ödəniş etməklə həmin müqaviləyə görə ödənişlər 12 ay müddətinə hər ay 201,75 manat şərtləndirilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2946,38 manat ödənilməmiş borcu qalmış, 294,64 manat dəbbə pulu və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2421 manat ödənilməmiş borcu qalmış, 242,10 manat dəbbə hesablanmış, həmçinin xx.xx.2025-ci il tarixli müqavilə üzrə İnnovativ Layihələr Mərkəzinə 23,6 manat rüsum ödənildiyi qeyd olunmuşdur. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcun ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında xx.xx.2025-ci il tarixli, ********** nömrəli və xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqavilələri bağlanmış, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan İphone 15 Pro markalı telefonun dəyərini 500 manat ilkin ödəniş etməklə qalan məbləği 18 ay müddətinə hər ay 173,32 manat və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən Asus markalı kompüterin dəyərini 450 manat ilkin ödəniş etməklə qalan məbləği 12 ay müddətinə hər ay 201,75 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilələrin şərtlərini pozaraq öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini maddi vəziyyətinin ağırlaşmasına səbəb ola biləcəyini nəzərə alaraq hesab edir ki, xx.xx.2025-ci il tarixli müqavilə üzrə tutulmalı olan 294,64 manat cərimə məbləği azaldılaraq 29,4 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə tutulmalı olan 242,10 manat cərimə məbləği azaldılaraq 24,2 manat həddində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2025-ci il tarixli müqavilə üzrə İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsumun utulması ilə bağlı hesab edir ki, iddiaçı tərəfindən rüsumun ödənilməsi ilə bağlı məhkəməyə hər-hansı sübut təqdim edilmədiyinə görə iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilə üzrə 2946,38 manat ödənilməmiş məbləğ, 29,4 manat dəbbə və xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilə üzrə 2421 manat ödənilməmiş məbləğ, 24,2 manat dəbbə olmaqla, ümumilikdə 5420,98 manat pul cavabdehdən alınaraq İddiaçı MMC-yə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 74,21 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilə üzrə 2946,38 manat ödənilməmiş məbləğ, 29,4 manat dəbbə və xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilə üzrə 2421 manat ödənilməmiş məbləğ, 24,2 manat dəbbə olmaqla, ümumilikdə 5420,98 (beş min dörd yüz iyirmi manat 98 qəpik) manat pul və dövlət rüsumunun əvəzi olaraq 74,21 manat alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-6918/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6918/2025
27.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver