Məhkəmə qərarları › İş №e-2(125)-7007/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-7007/2025

27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-7007/2025 27.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair kiçik iddialara dair işlər üzrə ərizəyə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********18279 İPHONE 15 PRO markalı telefon üçün 1757,4 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 175,74 manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, İMEİ KODU **********75474 İPHONE 14 markalı telefon üçün 1150,56 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 115,06 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, MASİN CARPAYİ, MATRAS – FLORA üçün 503,04 manat ödənilməmiş hissə, 50,30 manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********68091 SAMSUNG GALAXY S23 markalı telefon üçün 486 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 48,6 manat cərimə olmaqla ümumilikdə 4357,50 manat borc, 63,58 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İMEİ KODU **********18279 İPHONE 15 PRO markalı telefon İM, Eİ KODU **********75474 İPHONE 14 markalı telefon, MASİN CARPAYİ, MATRAS – FLORA, İMEİ KODU **********68091 SAMSUNG GALAXY S23 markalı telefon almış və nəticədə 4357,50 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2651,4 manat (18 ay x 147,3 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********18279 İPHONE 15 PRO markalı telefon üçün ümumilikdə, 1956,74 manat ,olmaqla ondan, 1757,4 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 175,74 manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2071,08 manat (18 ay x 115,06 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********75474 İPHONE 14 markalı telefon üçün ümumilikdə, 1289,22 manat olmaqla ondan 1150,56 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 115,06 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 605,04 manat (12 ay x 50,42 manat + 0 manat ilkin ödəniş) olan MASİN CARPAYİ, MATRAS – FLORA üçün ümumilikdə, 553,34 manat olmaqla ondan, 503,04 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 50,30 manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1765,08 manat (18 ay x 98,06 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********68091 SAMSUNG GALAXY S23 markalı telefon üçün ümumilikdə, 558,20 manat olmaqla ondan, 486 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 48,6 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3195,6 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edilir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İMEİ KODU **********18279 İPHONE 15 PRO markalı telefonİM, Eİ KODU **********75474 İPHONE 14 markalı telefon, MASİN CARPAYİ, MATRAS – FLORA, İMEİ KODU **********68091 SAMSUNG GALAXY S23 markalı telefon almış və nəticədə 4286,70 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1 -ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Hesab edilir ki, Cavabdeh ABC TELECOM” MMC ilə bağladığı əşyaların hissə-hissə ödənilməsi nəzərdə tutulan nisyə alqı-satqı müqaviləsi üzrə əmələ gələn öhdəliklərə görə məsuliyyət daşıyır. İrəli sürülən iddianın təmin edilməsi üçün qanuni əsaslar Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarından müəyyən olunur ki, hazırki iddianın qaldırılması üçün "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyəti tərəfindən 63,58 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********18279 İPHONE 15 PRO markalı telefon üçün 1757,4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 175,74 manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, İMEİ KODU **********75474 İPHONE 14 markalı telefon üçün 1150,56 manat ödənilməmiş hissə, və 115,06 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, MASİN CARPAYİ, MATRAS – FLORA üçün 503,04 manat ödənilməmiş hissə və 50,30 manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********68091 SAMSUNG GALAXY S23 markalı telefon üçün 486 manat ödənilməmiş hissə və 48,6 manat cərimə olmaqla ümumilikdə 4286,7 manat borc, 63,58 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İnnovativ Layihələr Mərkəzinə ödənilən cəmi 70,6 manat rüsumun cavabdehdən tutulub, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi tələbini məhkəmə əsaslı saymır. Belə ki, həmin məbləğdə pulun İnnovativ Layihələr Mərkəzinə ödənildiyini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220,284-5-284-6-cı, 357 və 360-cı maddələrinə əsasən, q ə t e t d i: İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024cü il tarixli müqaviləyə əsasən 1757,4 manat ödənilməmiş hissə və 175,74 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1150,56 manat ödənilməmiş hissə və 115,06 cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 503,04 manat ödənilməmiş hissə, 50,30 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 486 manat ödənilməmiş hissə, 48,6 manat cərimə borcu olmaqla, ümumilikdə 4286,7 (dörd min iki yüz səksən altı) manat 70 qəpik məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 63,58 (altmış üç) manat 58 qəpik məbləğində pul Cavabdeh alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən,onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar