Məhkəmə qərarları › İş №e-2(125)-7013/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-7013/2025

23.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-7013/2025 23.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü əy y ə n e t d i: İddia tələbi: İddiaçı MMC Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********33518 İPHONE 13 üçün 1369.08 (min üç yüz altmış doqquz manat, 8 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.69 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 136.91 manat dəbbə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********30354 İPHONE 13 üçün , 1191.6 (min yüz doxsan bir manat, 60 qəpik) manat ödənilməmiş hissə, 119.16 (yüz on doqquz manat, 16 qəpik) manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********69098 Samsung galaxy A56, zəmanət + 1 il xidməti üçün 1108.2 (min yüz səkkiz manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 110.82 (yüz on manat, səksən iki qəpik) manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********46849 Samsung Galaxy A56 üçün, 874.8 (səkkiz yüz yetmiş dörd manat, səksən qəpik) manat ödənilməmiş hissə, 87.48 (səksən yeddi manat, qırx səkkiz qəpik) manat dəbbə pulu, ümumilikdə 5021.65 manat borc, 70.22 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025 -ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********33518 İphone 13, İMEİ Kodu **********30354 İPHONE 13, İMEİ Kodu **********69098 SAMSUNG GALAXY A56, zəmanət + 1 il xidmətini, İMEİ Kod **********46849 Samsung Galaxy A56 almış və nəticədə 5021.65 (beş min iyirmi bir manat 65 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1499.08 (min dörd yüz doxsan doqquz manat, 8 qəpik) manat (18 ay x 76.06 manat + 130 manat ilkin ödəniş) olan İMEİ KodU **********33518 İphone 13 üçün ümumilikdə, 1529.59 (min beş yüz iyirmi doqquz manat, 59 qəpik) manat olmaqla ondan, 1369.08(min üç yüz altmış doqquz manat, 8 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 136.91 (yüz otuz altı manat, 91 qəpik) manat dəbbə. xx.xx.2025 -cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1441.6 (min dördyüz qırx bir manat, 60 qəpik) manat (18 ay x 66.2 manat - 250 ilkin ödəniş) olan İMEİ Kod **********30354 İphone 13 üçün ümumilikdə, 1310.76 (min üç yüz on manat 76 qəpik) manat olmaqla ondan, 1191.6 (min yüz doxsan bir manat, 60 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 119.16 (yüz on doqquz manat 16 qəpik) manat dəbbə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1182.2 (min yüz səksən iki manat, 20 qəpik) manat (12 ay x 92.35 manat + 74 manat ilkin ödəniş) olan İMEİ Kodu **********69098 Samsung Galaxy A56, Zəmanət + 1 il xidməti üçün ümumilikdə, 1219.02 (min iki yüz on doqquz manat, 2 qəpik) manat olmaqla ondan, 1108.2 (min yüz səkkiz manat, 20 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 110.82 (yüz on manat, 82 qəpik) manat dəbbə; xx.xx.2025 -cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 984.8 (doqquz yüz səksən dörd manat, 80 qəpik) (12 ay x 72.9 manat+ 110 manat ilkin ödəniş) olan İMEİ Kod **********46849 Samsung Galaxy A56 üçün ümumilikdə, 962.28 (doqquz yüz altmış iki manat, 28 qəpik) manat olmaqla ondan, 874.8 (səkkiz yüz yetmiş dörd manat, 80 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 87.48 (səksən yeddi manat, 48 qəpik) manat dəbbə miqdarında dəbbə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 564 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların Təhvil-Təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri “Müqavilə”-nİn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icıa etmədiyi hal(lar)da “ABC” “mal-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən innovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri"nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Tərəflərin izahatları: İddiaçı MMC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli hazırlıq iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iş yerindən çıxdığına görə borcunu ödəyə bilməyib. Müvafiq cərimə məbləğləri azaldıldığı təqdirdə borcundan hissə-hissə ödəniş edə bilər. İş materiallarına əlavə edilmiş: xx.xx.2025-ci il tarixli ********** nömrəli alğı-satqı müqaviləsi və müqaviləyə əlavədən görünür ki, Cavabdeh İddiaçı MMC-dən 1499.08 manat dəyərində İPHONE 13 128GB- MİDNİGHT” markalı mobil telefonu əldə etmiş və həmin məbləği 130 manat ilkin ödəniş etməklə 18 aylıq müddətə satıcıya ödəməyi öhdəsinə götürür. xx.xx.2025-ci il tarixli ********** nömrəli alğı-satqı müqaviləsinin xx.xx.2025-ci il tarixli əlavəsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən 1441.6 manat dəyərində İPHONE 13 128GB-MİDNİGHT” markalı mobil telefonu əldə etmiş və həmin məbləği 250 manat ilkin ödəniş etməklə 18 aylıq müddətə satıcıya ödəməyi öhdəsinə götürür. xx.xx.2025-ci il tarixli müqavilənin xx.xx.2025-ci il tarixli əlavəsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən ümumi qiyməti 1182.2 manat olan “Samsung Galaxy A56 (Sm-A566e) 8/256 Gb Black” mobil telefonu və zəmanət + 1 il adlı məhsulu əldə etmiş, həmin məbləği 74 manat ilkin ödəniş etməklə 12 aylıq müddətə satıcıya ödəməyi öhdəsinə götürür. xx.xx.2025-ci il tarixli müqavilənin xx.xx.2025-ci il tarixli əlavəsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən qiyməti 984.8 manat olan “Samsung Galaxy A56 (Sm-A566e) 8/128 Gb Black” mobil telefon adlı məhsulu əldə etmiş, həmin məbləği 110 manat ilkin ödəniş etməklə 12 aylıq müddətə satıcıya ödəməyi öhdəsinə götürür. 24 noyabr 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında satılmış İMEİ KOD **********33518 İPHONE 13 markalı mobil telefonun açılıb-bağlanılması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23.60 (iyirmi üç manat, 60 qəpik) AZN pul ödənilmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə Müqavilənin 4.1-ci maddəsinə əsasən aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmənin mövqeyi: Tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən aldığı malların qiymətini müqavilə ilə müəyyən edilmiş vaxtda və qaydada ödəməyərək öhdəliyini icra etməmişdir. Öhdəliyin icra edilməsini sübuta yetirmək vəzifəsi borclunun üzərinə düşür. Lakin borclu öhdəliyi icra etməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada verilmiş əşyanın ödənilməsini tələb etməkdə haqlıdır. Müqavilə şərtlərinə uyğun olaraq iddiaçının müqaviləni birtərəfli qaydada ləğv etməsi və qeyd edilən məbləğlərin ödənilməsini tələb etməsi əsaslıdır. Eyni zamanda iş materiallarından cavabdehin öhdəliklərin icrasını gecikdirdiyi müəyyən edilmişdir. Buna görə də hesablanmış dəbbə pulu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Lakin, Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 136.91 manat təşkil edən cərimə məbləğinin 36 manat məbləğinə qədər; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 119.16 manat təşkil edən cərimə məbləğinin 19 manat məbləğinə qədər; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 110.82 manat təşkil edən cərimə məbləğinin 20 manat məbləğinə qədər; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 87.48 manat təşkil edən cərimə məbləğinin 10 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, xx.xx.2025-ci il tarixli müqavilə üzrə əsas borcun əvəzi qismində 1369.08 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum və cərimə qismində 36 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə əsas borcun əvəzi qismində 1191.6 manat və cərimə qismində 19 manat, xx.xx.2025ci il tarixli müqavilə üzrə əsas borcun əvəzi qismində 1108.2 manat və cərimə qismində 20 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə əsas borcun əvəzi qismində 874.8 manat və cərimə qismində 10 manat olmaqla ümumilikdə 4652.28 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iddia tələbi qismən təmin edildiyinə görə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 66.53 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə əsas borcun əvəzi qismində 1369.08 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum və cərimə qismində 36 manat; xx.xx.2025-ci il tarixli müqavilə üzrə əsas borcun əvəzi qismində 1191.6 manat və cərimə qismində 19 manat; xx.xx.2025-ci il tarixli müqavilə üzrə əsas borcun əvəzi qismində 1108.2 manat və cərimə qismində 20 manat; xx.xx.2025-ci il tarixli müqavilə üzrə əsas borcun əvəzi qismində 874.8 manat və cərimə qismində 10 manat olmaqla – ümumilikdə 4652 (dörd min altı yüz əlli iki) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 66.53 (altmış altı manat əlli üç qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar