Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-7016/2025 16.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 İsa oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 5 ƏDƏD SAMSUNG TV üçün 4085,1 manat ödənilməmiş hissə, 408,51 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 2 ƏDƏD HİSENSE TV üçün 2048,16 manat ödənilməmiş hissə, 204,82 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 2 ƏDƏD SAMSUNG TV üçün 1706,04 manat ödənilməmiş hissə, 170,60 manat dəbbə və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 3 ƏDƏD PS5 DUALSENSE OYUN PULTU üçün 198 manat ödənilməmiş hissə, 19,8 manat dəbbə pulu borcu olmaqla ümumilikdə 8841,03 manat borc, 108,42 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarasınız. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, 7 ƏDƏD SAMSUNG TV,2 ƏDƏD HİSENSE TV, 3 ƏDƏD PS5 DUALSENSE OYUN PULTU almış və nəticədə 8841,03 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 4085,1 manat (18 ay x 226,95 manat + 0 manat ilkin ödəniş) olan 5 ƏDƏD SAMSUNG TV üçün ümumilikdə, 4493,61 manat olmaqla ondan, 4085,1 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 408,51 manat dəbbə pulu xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2048,16 manat (24 ay x 85,34 manat + 0 manat ilkin ödəniş) olan 2 ƏDƏD HİSENSE TV üçün ümumilikdə, 2252,98 manat olmaqla ondan 2048,16 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 204,82 manat dəbbə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1706,04 manat (18 ay x 94,78 manat + 0 manat ilkin ödəniş) olan 2 ƏDƏD SAMSUNG TV üçün ümumilikdə, 1876,64 manat olmaqla ondan, 1706,04 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 170,60 manat dəbbə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 198 manat (6 ay x 33 manat + 0 manat ilkin ödəniş) olan 3 ƏDƏD PS5 DUALSENSE OYUN PULTüçUün ümumilikdə, 217,80 manat olmaqla ondan, 198 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19,8 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmədə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iştirak etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərərkj, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslznmzqlz cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, "xxxx" MMC ilə Cavabdeh nisyə qaydada müxtəlif mallar satılmışdır. Mülki işin materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh "xxxx" MMC-dən nisyə qaydada aldığı mallara görə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 4085,1 manat ödənilməmiş hissə (əsas borc) və 408,51 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 2048,16 manat ödənilməmiş hissə və 204,82 manat dəbbə pulu xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1706,04 manat ödənilməmiş hissə və 170,60 manat dəbbə və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 198 manat ödənilməmiş hissə və 19,8 manat dəbbə pulu borcu olmaqla, ümumilikdə 4 müqavilə üzrə cəmin 8841,03 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1 -ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Hesab edilir ki, cavabdeh ABC TELECOM” MMC ilə bağladığı əşyaların hissə-hissə ödənilməsi nəzərdə tutulan nisyə alqı-satqı müqavilələri üzrə əmələ gələn öhdəliklərə görə məsuliyyət daşıyır. İrəli sürülən iddianın əsas borc tələbi hissəsinin təmin edilməsi üçün qanuni əsaslar Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 108,42 (bir yüz səkkiz) manat 42 qəpik dövlət rüsumu cavabdehə aid edilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli və "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 5 ƏDƏD SAMSUNG TV üçün 4085,1 manat ödənilməmiş hissə, 408,51 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 2 ƏDƏD HİSENSE TV üçün 2048,16 manat ödənilməmiş hissə, 204,82 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 2 ƏDƏD SAMSUNG TV üçün 1706,04 manat ödənilməmiş hissə, 170,60 manat dəbbə və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 3 ƏDƏD PS5 DUALSENSE OYUN PULTU üçün 198 manat ödənilməmiş hissə, 19,8 manat dəbbə pulu borcu olmaqla ümumilikdə 8841,03 manat borc, 108,42 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçı "xxxx" MMC-nə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 4085,1 manat ödənilməmiş hissə və 408,51 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 2048,16 manat ödənilməmiş hissə və 204,82 manat dəbbə pulu xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 1706,04 manat ödənilməmiş hissə və 170,60 manat dəbbə pulu və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 198 manat ödənilməmiş hissə və 19,8 manat dəbbə pulu borcu olmaqla, ümumilikdə 8841,03 (səkkiz min səkkiz yüz qırx bir) manat 03 qəpik məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 108,42 (bir yüz səkkiz) manat 42 qəpik məbləğində pul Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-7016/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-7016/2025
16.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver