Məhkəmə qərarları › İş №e-2(125)-702/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-702/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-702/2025 14.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh öğluna qarşı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 818.99 manat ödənilməmiş hissə, 81.01 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 478.82 manat ödənilməmiş hissə, 47.18 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 470 manat ödənilməmiş hissə, 47 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, 133.28 manat ödənilməmiş hissə, 13.72 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 42.99 manat ödənilməmiş hissə, 4.01 manat cərimə, ümumilikdə 2137 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41.37 manat pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2023cü il tarixli müqavilələrə əsasən, İMEİ KODU **********51031 HONOR X9B markalı telefon, İMEİ KODU **********03472 OPPO RENO 7 markalı telefon, KİESLECT CALLİNG WATCH KS PRO QOL SAATİ, İMEİ KODU**********47826 SAMSUNG GALAXYA14 markalı telefon, FEN-DARAQ PHİLİPS , ROMOSS POWERBANK SENSE 6PS+ hesablanmış və nəticədə 2137 manat borc yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1140.98 manat (18 ay x 61.61 manat + 32 manat ilkin ödəniş) olan İMEİ KODU **********51031 HONOR X9B markalı telefon üçün ümumilikdə 900 manat olmaqla, ondan, 818.99 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 81.01 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1201.08 manat (18 ay x 66.56 manat + 3 manat ilkin ödəniş) olan İMEİ KODU **********03472 OPPO RENO 7 markalı telefon üçün ümumilikdə 526 manat olmaqla, ondan, 478.82 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47.18 manat cərimə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 845.92 manat (12 ay x 67.16 manat + 40 manat ilkin ödəniş) olan İMEİ KODU **********47826 SAMSUNG GALAXY A14 markalı telefon üçün ümumilikdə 517 manat olmaqla, ondan, 470 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47 cərimə xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 199.98 manat (18 ay x 11.11 manat + 0 manat ilkin ödəniş) olan FEN-DARAQ PHİLİPS üçün ümumilikdə 147 manat olmaqla, ondan, 133.28 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13.72 manat cərimə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 86.04 manat (12 ay x 7.17 manat + 0 manat ilkin ödəniş) olan ROMOSS POWERBANK SENSE 6PS+ ədəd üçün ümumilikdə 47 manat olmaqla, ondan, 42.99 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4.01 manat cərimə borcu yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixində PAKET XXL və QİZİL ZƏMANƏT ULTRA2 İL (KONTAKT) xidmətindən imtina etmiş və məhsul 289.99 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 32 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 289.99 manat, digər 4 müqavilə üzrə cəmi ödədiyi məbləğ 1207.93 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İş materiallarında olan satıcı "xxxx" ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, dəyəri 1140.98 manat olan İMEİ KODU **********51031 HONOR X9B markalı telefon; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, dəyəri 1201.08 manat olan İMEİ KODU **********03472 OPPO RENO 7 markalı telefon, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, dəyəri 845.92 manat olan İMEİ KODU **********47826 SAMSUNG GALAXY A14 markalı telefon; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, dəyəri 199.98 manat olan FEN-DARAQ PHİLİPS və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, dəyəri 86.04 manat olan ROMOSS POWERBANK SENSE 6PS+ satıcı tərəfindən alıcının mülkiyyətinə verilmiş, alıcı əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 818.99 manat ödənilməmiş hissə, 81.01 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 478.82 manat ödənilməmiş hissə, 47.18 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 470 manat ödənilməmiş hissə, 47 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, 133.28 manat ödənilməmiş hissə, 13.72 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 42.99 manat ödənilməmiş hissə, 4.01 manat cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında nisyə alqısatqı barədə müqavilə bağlandıqdan sonra, cavabdeh müqavilə üzrə pul öhdəliyini lazımınca yerinə yetirməmişdir, onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borc məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı cavabdehdən gecikdirilmiş ödənişlərə görə xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən 81.01 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən 47.18 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən 47 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən 13.72 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən isə 4.01 manat cərimə tələb etmişdir. Məhkəmə, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, tələb olunan dəbbə pulu (cərimə) əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən 1,01 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən 1,18 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən 1 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən 1,72 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən isə 1,01 manat cərimə borcumüəyyən edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, müqavilə üzrə əsas borc və azaldılmış cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq məhkəmə xərci olan dövlət rüsumunun əvəzi qismində 39.05 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən 818.99 manat ödənilməmiş hissə, 1,01 manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən 478.82 manat ödənilməmiş hissə, 1,18 manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən 470 manat ödənilməmiş hissə, 1 manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, 133.28 manat ödənilməmiş hissə, 1,72 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 42.99 manat ödənilməmiş hissə, 1,01 manat cərimə, ümumilikdə 1950 (min doqquz yüz əlli) manat pul və 39 (otuz doqquz) manat 5 (beş) qəpik ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar