Məhkəmə qərarları › İş №e-2(125)-718/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-718/2024

02.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-718/2024 02.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə LG Led markalı televizor, Samsung markalı qabyuyan üçün 2978,4 manat ödənilməmiş məbləğ, 297,6 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Charger İntaleo və Hoffmann markalı musiqi mərkəzi üçün 595,68 manat ödənilməmiş məbləğ, 59,32 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Xiaomi Redmi 10C markalı telefon və Piko Glass üçün 423,1 manat ödənilməmiş məbləğ, 42,9 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Alət dəsti İskra, Trimmer Wahl və Tonometr Beurer üçün 247,96 manat ödənilməmiş məbləğ, 24,04 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Hoffmann markalı tərəzi üçün 21,16 manat ödənilməmiş məbləğ, 2,84 manat cərimə olmaqla, ümumilikdə 4693 (dörd min altı yüz doxsan üç) manat pulun və 66,93 (altmış altı manat 93 qəpik) manat dövlət rüsumunun xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli müqavilələr bağlanmışdır. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən LG Led markalı televizor, Samsung markalı qabyuyan üçün 2978,4 manat ödənilməmiş məbləğ, 297,6 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Charger İntaleo və Hoffmann markalı musiqi mərkəzi üçün 595,68 manat ödənilməmiş məbləğ, 59,32 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Xiaomi Redmi 10C markalı telefon və Piko Glass üçün 423,1 manat ödənilməmiş məbləğ, 42,9 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Alət dəsti İskra, Trimmer Wahl və Tonometr Beurer üçün 247,96 manat ödənilməmiş məbləğ, 24,04 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Hoffmann markalı tərəzi üçün 21,16 manat ödənilməmiş məbləğ, 2,84 manat cərimə olmaqla, ümumilikdə 4693 manat borcu qalmışdır. Cavabdeh avadanlıqları qəbul etmiş, onların qiymətini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə də Cavabdeh müqavilələrin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin olunmalıdır. Ərizəyə əlavə olunmuş xx.xx.2022-ci il tarixli, 03551820 nömrəli müqavilədən görünür ki, cavabdeh İddiaçı MMC-dən LG Led markalı televizoru və Samsung markalı qabyuyanı 24 ay müddətinə hər ay 124,1 manat ödəmək şərti ilə almışdır. xx.xx.2022-ci il tarixli, 04291162 nömrəli müqavilədən görünür ki, cavabdeh İddiaçı MMC-dən Charger İntaleo və Hoffmann markalı musiqi mərkəzini 24 ay müddətinə hər ay 31,37 manat ödəmək şərti ilə almışdır. xx.xx.2022-ci il tarixli, 03551632 nömrəli müqavilədən görünür ki, cavabdeh İddiaçı MMC-dən Piko Glass və Xiaomi Redmi 10C markalı telefonu 18 ay müddətinə hər ay 26,45 manat ödəmək şərti ilə almışdır. xx.xx.2022-ci il tarixli, 03541198 nömrəli müqavilədən görünür ki, cavabdeh İddiaçı MMC-dən Trimmer Wahl, Tonometr Beurer və İskra alət dəstini 24 ay müddətinə hər ay 13,79 manat ödəmək şərti ilə almışdır. xx.xx.2022-ci il tarixli, 03541199 nömrəli müqavilədən görünür ki, cavabdeh İddiaçı MMC-dən Hoffmann markalı tərəzi ni 12 ay müddətinə hər ay 3,58 manat ödəmək şərti ilə almışdır. xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2978,4 manat ödənilməmiş məbləğ, 297,6 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 595,68 manat ödənilməmiş məbləğ, 59,32 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 423,1 manat ödənilməmiş məbləğ, 42,9 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 247,96 manat ödənilməmiş məbləğ, 24,04 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 21,16 manat ödənilməmiş məbləğ 2,84 manat cərimə olmaqla ümumilikdə 4693 (dörd min altı yüz doxsan üç) manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh göstərilən ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-in 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşıyır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə tutulmalı olan 297,6 manat cərimə məbləği azaldılaraq 7,6 manat həddində müəyyən edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli xx.xx.2022-ci il tarixli, 03551820 nömrəli müqavilə üzrə 2978,4 manat ödənilməmiş məbləğ, 7,6 manat cərimə, xx.xx.2022-ci il tarixli, 04291162 nömrəli müqavilə üzrə 595,68 manat ödənilməmiş məbləğ, 59,32 manat cərimə, xx.xx.2022-ci il tarixli, 03551632 nömrəli müqavilə üzrə 423,1 manat ödənilməmiş məbləğ, 42,9 manat cərimə, xx.xx.2022-ci il tarixli, 03541198 nömrəli müqavilə üzrə 247,96 manat ödənilməmiş məbləğ, 24,04 manat cərimə, xx.xx.2022-ci il tarixli, 03541199 nömrəli müqavilə üzrə 21,16 manat ödənilməmiş məbləğ 2,84 manat cərimə olmaqla ümumilikdə 4403 (dörd min dörd yüz üç) manat pul Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hisəsinə mütənasib 64,03 (altmış dörd manat 03 qəpik) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 03551820 nömrəli müqavilə üzrə 2978,4 manat ödənilməmiş məbləğ, 7,6 manat cərimə, xx.xx.2022-ci il tarixli, 04291162 nömrəli müqavilə üzrə 595,68 manat ödənilməmiş məbləğ, 59,32 manat cərimə, xx.xx.2022-ci il tarixli, 03551632 nömrəli müqavilə üzrə 423,1 manat ödənilməmiş məbləğ, 42,9 manat cərimə, xx.xx.2022-ci il tarixli, 03541198 nömrəli müqavilə üzrə 247,96 manat ödənilməmiş məbləğ, 24,04 manat cərimə, xx.xx.2022-ci il tarixli, 03541199 nömrəli müqavilə üzrə 21,16 manat ödənilməmiş məbləğ 2,84 manat cərimə olmaqla ümumilikdə 4403 (dörd min dörd yüz üç) manat pul və dövlət rüsumunun əvəzi olaraq 64,03 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar