Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-7214/2025 19.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X2, «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X1 Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə ərizəyə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X1 Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1800.77 manat borcun (abonent kodu:**********000) və 38.01 (otuz səkkiz) manat 01 qəpik dövlət rüsumunun tutularaq iddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X3 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kiçik iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs tərəfindən Cavabdeh (abonent kodu: **********000) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdehin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri həmin ünvana ailə tərkibi 4 nəfər olmaqla normativ qaydada hesablama yolu ilə 2019-ci ilə dək müəyyən edilmişdir. Cavabdeh əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2025-ci il tarixinə 1800.77 manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə xx.xx.2025cü il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. Məhkəmə daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.1-ci maddəsinə əsasən ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. Həmin məcəllənin 284-4.1.3-cü maddəsinə görə, məhkəmə, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadıqda kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Hazırkı işdə iddia ərizəsinə tələbi təsdiq edən sənədlər əlavə edilmədiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Cavabdeh yaşayış yeri üzrə Ağstafa rayonunda qeydiyyatdadır və su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi ilə bağlı tərəflər arasında bağlanmış müqavilə ərizəyə əlavə edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə məhkəmə ərazi aidiyyəti qaydalarına riayət edilməməklə verildiyindən və su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi ilə bağlı tərəflər arasında bağlanmış müqavilə ərizəyə əlavə edilmədiyindən ərizənin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in qeyd edilən maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X1 Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə ərizənin icraata qəbul olunmasından imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İş üzrə ödənilmiş 38,01 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-7214/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-7214/2025
19.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver