Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-7267/2023 04.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Əli oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı miras əmlaka payın müəyyən edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: X1 miras qalmış Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0.8566 ha torpaq sahəsinə 6/7 hissədə İddiaçı, 1/7 hissədə isə Cavabdeh payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, iddiaçının atası X9 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, bu barədə xx.xx.2021ci ildə Bakı şəhər Nəsimi Rayon Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilmişdir. Cavabdeh mərhum Q.Q.Həsrətovun ikinci nikahdan olan arvadıdır. Mərhum Q.Q.Həsrətovun vəfatından sonra tərəflər arasında miras qalmış əmlaklarla bağlı mübahisə olmuş və tərəflər iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-134/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia və qarşılıqlı iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə iddiaçı Cavabdeh və ilkin iddia üzrə cavabdeh İddiaçı X1 qalmış mirası qəbul etmələrinin müəyyən edilməsi, X1 miras qalmış Gəncə şəhəri, Nizami rayonu, İsmayılxan Ziyatxanov küçəsi, 14 saylı fərdi yaşayış evindən, Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.3113 ha torpaq sahəsindən, Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsindən, “Mercedes Benz ML320” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobildən 8/14 hissədə Cavabdeh, 6/14 hissədə İddiaçı paylarının müəyyən edilməsi, X1 miras qalmış Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.961235 ha torpaq sahəsindən, Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.9298 ha torpaq sahəsindən, Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.9395 ha torpaq sahəsindən, Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.320422 ha torpaq sahəsindən, Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.32 ha torpaq sahəsindən, Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0.0289 ha torpaq sahəsindən (xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsindən sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş yerdə qalan hissəsi) və Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsindən qanun üzrə vərəsəlik üzrə 1/7 hissədə ilkin iddia üzrə iddiaçı Cavabdeh, 6/7 hissədə ilkin iddia üzrə cavabdeh İddiaçı vərəsəlik üzrə mülkiyyət paylarının müəyyən edilməsi, cavabdehlər İddiaçı, X4, X8, X5, X6 və X2 50571 (əlli min beş yüz yetmiş bir) ABŞ dolları məbləğində pulun müştərək qaydada alınaraq iddiaçı Cavabdeh verilməsi, ilkin iddia və qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən tərəflər apellyasiya şikayəti vermişlər və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-147/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-134/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və tərəflər qətnaməyə uyğun olaraq öz paylarına çıxarış almışlar. Məhkəməyə müraciət edilərkən tərəflər X7 adına olan Göygöl rayonu, Qızılqaya qəsəbəsində 0.8566 ha torpaq sahəsinə dair iddia tələbi irəli sürməmişlər və hazırda da həmin torpaq sahəsi xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında X7 adınadır. Göründüyü kimi tərəflər arasında mirasla bağlı pay bölgüsü məhkəmə tərəfindən müəyyən edilmişdir. Bu baxımdan iddiaçı ilk növbədə notariat orqanına müraciət etməli, notariat orqanı imtina verdikdə məhkəməyə müraciət etməli idi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən ərizədə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizamasalınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən, İddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi üçün Notariat Ofisinə müraciət etmələrinə dair məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı miras əmlaka payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(125)-7267/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-7267/2023
04.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver