Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-7277/2023 28.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh X2 İstismar İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 3110,40 manat məbləğində hesablanmış borcun və sayğacın dəyər məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa İddiaçı məhkəməyə ərizə ünvanlayaraq cavabdeh X2 İstismar İdarəsinin əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. MPM-in 54-cü maddəsinə əsasən cavabdeh X2 İstismar İdarəsi əsl Cavabdeh ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Asəf Zeynallı küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evi onun mülkiyyətindədir. Həmin ünvanda təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtında ödəmişdir və qaz sayğacına heç zaman müdaxilə olunmamışdır. xx.xx.2023-cü il tarixində Cavabdeh əməkdaşları tərəfindən mülkiyyətində olan fərdi yaşayış evinin qapısı döyülmüş və ona qaz sayğacının borusunda sızıntı olduğu bildirilmiş, o isə nə lazımdırsa edin deyib, həmin yerdən uzaqlaşmışdır. Təxmini bir saatdan sonra ona bildirilmişdir ki, guya evin sayğacının membranında deşik var və həmin səbəbdən sayğac dəyişdirilməlidir. Sayğaca baxış qanunvericiliyə zidd qaydada, mülkiyyətçinin iştirakı olmadan keçirilmiş və guya baxış keçirilən zaman sayğacın çıxış membranında deşik aşkar olunduğu ona bildirilmişdir. Baxış keçirilmədən öncə o əmkdaşların iştirakı ilə sayğacın plombunun yrində olduğunu telefonun kamerasına çəkərək həmin yerdən aralaşmışdır. Qeyd olunan hadisə xx.xx.2023-cü il tarixdə baş vermiş, lakin həm akt, həm də borc haqqında tələbnamə xx.xx.2023-cü il tarixdə aparıldığı qeyd olunmuşdur. Bu isə Cavabdeh saxtakarlıq və qanunsuzluqla məşğul olduğunu göstərir. Bu faktın xx.xx.2023-cü il tarixdə olması yoxlamanı keçirən şəxslərin iştirakı ilə aparılan video çəkilişlə də sübut olunur. Yoxlama barədə tərtib olunmuş akt ona yalnız xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Aktda qeyd olunanlara əsasən absurd dərəcədə hesablanan dəymiş ziyan hesablanaraq 25920 m3 artıq istifadə kimi istifadə olunmuş təbii qazın ödənişi onun tərəfindən ödənilməlidir. Akta əsasən baxış Gəncə RQİİ Gəncə XS-nin TQQ VƏ XS-nin əməkdaşları Turqay Oktay, Hüseynov Fuad və Rüstəmov Cümşüd tərəfindən keçirilmişdir. Baxışda iştirakı olmaması səbəbindən ona heç bir akt təqdim olunmamışdır. Bu yoxlama onun iştirakı olmadan aparılmış, lakin yalandan “istehlakçının nümayəndəsi olaraq aktı imzalamaqdan imtina olunması” qeyd olunmuşdur, üstəlik keçmiş tarixlə. O, onları yalnız yeni sayğac qurulan zaman görmüş, onlar köhnə sayğacın yararsız olduğunu və yenisi ilə əvəz olunmalı olduğunu bildirmişdirlər. O, nə lazımdırsa edin demiş və yeni sayğacın quraşdırılmasına dair akta lazımı qeydləri apararaq imza etməkdən imtina etmişdir. xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-6457/Q002 saylı akta əsasən xx.xx.2023-cü il tarixində əhali sektorunda istismarda olan Gəncə RQİİ Metrologiya Departamentinə gətirilmiş aşağıda nömrələri qeyd olunan G4 markalı İtron tipli (Smart Payment) qaz sayğacları xx.xx.2023-cü il tarixində yoxlama nəticəsində yararsız hesab olunmuşdur. Yoxlamanın nəticəsi olaraq aktda qeyd olunmuşdur ki, sayğaca baxış keçirildi, sayğacın çıxış plastmas borusu deşilmişdir. Qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Xətalar normadan artıqdır. Sayğac mənfiyə işləyib. Sayğacda istismar müddətində Alarm 1 rejimi aşkar olunmayıb. Sayğac nominal və minimal sərfiyyatda- 100% nisbi xətayla işləyir. Hesablama mexanizmi nominal və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Bu problemlərin bir qismi yeni deyildir, sayğac quraşdırılan gündən mövcuddur və bu nasazlıqlar barədə X2 İstismar İdarəsinin xəbəri olmuşdur. xx.xx.2023cü il tarixli tələbnaməyə əsasən G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 3110,40 manat məbləğ ödənilməlidir. xx.xx.2022-ci il tarixli opentext A00513 saylı yeni təlimata əsasən 25920 m3 həcmində vəsaitin 3110,40 manat borc hesablanmışdır. X2 İstismar İdarəsindən İtron tipli sayğaca olan ödənişlər barədə cədvəl əldə olunmuşdur. Əgər onun mənzilində quraşdırılan əvvəlki qaz sayğacında hər hansı nasazlıq var idisə, dövlət yoxlanılması zamanı bu aşkara çıxa bilərdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunda çıxış edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2017-ci il tarixli, RX ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan İtron tipli, G4 markalı, 1302AZ**********42 nömrəli qaz sayğacı açılaraq, ZENNER tipli, G4 markalı, STS**********999 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi sızma aşkarlanması, sayğacın çıxış membranının deşilməsi olaraq qeyd edilmişdir. Aktın tərtib olunmasında istehlakçı İddiaçı iştirakı göstərilsə də, istehlakçı aktı imzalamamış və imzalamamasının səbəbi imtina etməsi kimi qeyd olunmuş, İddiaçı tərəfindən aktda qeyd aparılaraq bu evdə yaşamadığı üçün nasazlıqlardan xəbərinin olmaması, sayğacın plombunun üzərində olduğu qeyd edilmişdir. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, abonentin mənzilinə quraşdırılan sayğaca baxış keçirilən zaman sayğacın çıxış borusunun deşici alətlə deşilməsi, sayğacın istismara yararsız olması aşkar edilmişdir. Aktın tərtib olunmasında istehlakçının iştirakı göstərilsə də, istehlakçı aktı imzalamamış və imzalamamasının səbəbi imtina etməsi kimi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı 25920 m3 itirilmiş qaz sərfiyyatına görə dəymiş ziyanın məbləği tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da, mübahisə iddiaçının «sayğaca müdaxilə etməsi ilə bağlı itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə» bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının istifadəsində olan qaz sayğacında olan qüsura görə 25920 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı həmin sayğacda yaranmış qüsurun iddiaçının təqsiri nəticəsində baş verməsi sübuta yetməmişdir. Belə ki, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan İtron tipli, G4 markalı, 1302AZ**********42 nömrəli qaz sayğacı açılaraq, ZENNER tipli, G4 markalı, STS**********999 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi sızma aşkarlanması və sayğacın çıxış membranının deşilməsi ilə əlaqələndirilmişdir. Lakin abonentin təqsiri nəticəsində baş verməsinin nə ilə təsdiq olunması barədə hər hansı sübut təqdim edilməmişdir. Bununla belə akt tərtib olunarkən istehlakçı həmin akta imza etməmiş və imza etməməsinin səbəbi imtina etməsi kimi göstərilmiş, istehlakçı tərəfindən aktda qeyd aparılaraq həmin evdə yaşamadığı üçün bu nasazlıqdan xəbərinin olmaması, sayğacın plombunun üzərində olması qeyd edilmişdir. Sayğac labarator müayinədən keçərkən istehlakçı məlumatlandırılmamış, iştirakı təmin olunmamış, ümumiyyətlə istehlakçıya labarator müayinədə iştirak etməsi barədə məlumat verilməsinə dair hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.2-ci bəndinə görə istehlakçı -alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Göründüyü kimi, “Qazdan istifadə Qaydaları” istehlakçıları iki qrupa bölmüşdür, bunlar hüquqi və ya fiziki şəxslər olmaqla, İddiaçı fiziki şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı, Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan istifadə qaydalarını pozması, yəni qaz sayğacına müdaxilə etməsi məhkəmə araşdırması zamanı sübut olunmadığından iddia qismən təmin olunmalı, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 25920 m3 itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 3110,40 manat pul silinməlidir. Sayğacın dəyərinin silinməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı həmin tələbin nədə ifadə olunmasını əsaslandırmadığından iddia tələbi həmin hissətdə təmin edilməməlidir. MPM-in 124.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq iş üzrə ödənilməli olan 51,10 manat dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə itirilmiş 25920 m3 qaz sərfiyyatına görə İddiaçı hesablanmış 3110,40 manat pul silinsin. Cavabdehndən dövlət rüsumu hesabına 51,10 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-7277/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-7277/2023
28.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver